Məlikəjdər türbəsi / Azərbaycan memarlığı

Post date:

Author:

Category:

Yenə bu dövrə aid olan son dərəcə maraqlı abidələrdən biri də Laçın rayonunun Cicimli kəndindəki Məlikəjdər adı ilə tanınan türbədir. Bu türbənin əsas, fərqi onun məhz həcm quruluşundadır. Planda səkkizbucaqlı quruluşda olsa da, Cicimli türbəsi xaricdən həndəsi bir həcm kimi deyil, tamamilə başqa bir plastik şəkildə qavranır. Çünki türbənin divarları şaquli xətlərlə həll edilməmiş, abidənin tilləri əyri xətlə işlənmiş, türbənin silueti yumşaq cizgilərlə çərçivələnmişdir. Cicimli türbəsinin ümumi şəkli parabolanı xatırladır. Bu parabolanın səthləri arasındakı tillər oyma çıxıntılar ilə işlənmişdir; nəticədə abidənin ümumi görünüşü köçəri, türk dilli xalqlar arasında geniş yayılmış yurd quruluşunu xatırladır. Beləliklə, bu abidənin memarlıq səciyyəsində ənənəvi səkkizbucaqlı türbədən uzaqlaşaraq, tamamilə fərdi bir memarlıq surətinin yarandığı görünür. Heç də təəccüblü deyildir ki, bunun ümumi görünüşü, obrazı köçəri xalqların yurdunu xatırladır. Yaşayış tikintiləri ilə başqa tikintilər, xüsusilə xatirə tikintiləri arasında mənşə etibarilə əlaqə olması memarlıq tarixində təsadüf edilən, daha doğrusu geniş yayılmış bir hadisədir. Cicimli türbəsinin maraqlı bir xüsusiyyəti də onun giriş qapısından yuxarı və giriş qapısının sağ və sol tərəflərində yonulmuş daş oymalardır. Bu daş oymalarının hər 3 halda öküzü təsvir etdiyi aydınlaşdırılmışdır. Son dərəcə ekspressiv vəziyyətdə rəsm edilmiş bu öküz təsvirləri abidənin bədii xüsusiyyətlərini daha da zənginləşdirir və eyni zamanda Azərbaycanda heyvan təsvirlərinin bu vaxta qədər ehtimal etdiyimizdən daha genış yayıldığını göstərir. Cicimli abidəsinin üzərində kitabə olmadığından, onun nə vaxt inşa edildiyini dəqiq surətdə demək olduqca çətindir. Cicimli abidəsini ilk dəfə görmüş və nəşr etmiş İ.Şeblikin bu binanın Səlcuqilər dövrünə aid olduğunu qeyd edir, bu da onun tarixini, təxminən XII əsrə və yaxud XIII əsrin əvvəllərinə aparır

 

Məlik Əjdər türbəsi

 

Mənbə: AZƏRBAYCAN İNCƏSƏNƏTİ

STAY CONNECTED

18,750FansLike
1,988FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.