İnduktiv əqli nəticədə buraxılan əsas səhvlər – Ensiklopedik bilgi

Post date:

Author:

Category:

                                          Post hoc ergo propter hoc

 Hər bir mühakimə prosesində olduğu kimi, induksiyada da müəyyən səhvlər vardır. Bunlardan ən geniş yayılanı hadisələrin səbəbiyyət əlaqələri ilə zaman ardıcıllığının eyniləşdirilməsidir. Məntiqdə bu səhv xüsusi bir adla “Post hoc ergo propter hoc ” (bundan sonra – bu səbəbə görə) adlanır.

Bu səhv o vaxt baş verir ki, hadisələrin səbəbiyyət əlaqəsi düzgün olmayaraq onların sadəcə ardıcıllığı ilə eyniləşdirilir. Nəzərə alınmır ki, hər cür səbəbiyyət əlaqəsi hadisələrin zamanca əlaqəsidir, bunlardan biri həmişə əvvəl gəlir, digəri hadisəni törədir, lakin zamanca ardıcıl gələn hər bir hadisədə səbəbiyyət əlaqələri axtarmaq olmaz. Məsələn, gecədən sonra həmişə gündüz gəlir, lakin bu, o demək deyildir ki, gecə gündüzün, gündüz gecənin səbəbidir. Bu hadisələrin hər ikisinin səbəbi Yerin Günəş ətrafında hərlənməsidir. Yaxud qaranquşun uçub gəlməsilə baharın başlanması eyni vaxta düşür, lakin bunların arasında heç bir səbəbiyyət əlaqəsi yoxdur.

Buna bənzər səhvlərə biz istintaq praktikasında da rast gəlirik. Belə fərz edək ki, hər hansı bir adam başqasının evini yandırmaqla hədəliyir. Bir neçə gündən sonra bu ev həqiqətən də yanır. Buradan tez-tələsik nəticə çıxartmaq olmaz ki, evi hədə-qorxu gələn adam yandırmışdır. Bu hadisələr sadəcə olaraq təsadüfən eyni vaxta düşür, zamanca yanğının səbəbi isə müxtəlif hadisələrin baş verməsidir, evə ildırım da düşər, elektrik xətlərinin nasazlığından və digər səbəblərdən də ev yana bilər. Buna bənzər səhvlər o vaxt baş verir ki, insan bir neçə təsadüfi faktların əsasında ümumi müddəalar çıxarır. Məsələn, müstəntiq bir neçə yalan ifadə verən şahidi dindirdikdən sona belə nəticəyə gəlir ki, “Bütün şahidlər yalan ifadə verir”, yaxud bir neçə dəfə müşahidə edirik ki, həmsöhbətimiz qəzet və kitab oxumur və buradan nəticə çıxartsaq ki, “o ümumiyyətlə qəzet və kitab oxumur”. Bu da yanlış nəticədir. Bunun müxtəlif səbəbləri ola bilər (gözləri xəstə ola bilər; başqa bir iş başını qatmış ola bilər, yaxud fasilə verə bilər). Məntiqdə bu cür səhvlər “tələsik ümumiləşdirmələr” adlanır.

                                         “Tələsən təndirə düşər”

Xalq misalında əbəs deyildir ki, belə deyilir: “Tələsən təndirə düşər”. Lakin bu praktiki işlərdə də belədir. Mühakimələrdə tələsməklə insan ciddi səhvlər buraxa bilər. Buna bənzər səhvlərdən qaçmaq məqsədilə bir çox halları dərin təhlil və ümumiləşdirmə süzgəcindən keçirmək və nəzərdə tutulan nəticələrin tipik cəhətlərini götürmək lazımdır. Əmək və əmlak  mübahisələrinin həllində, cinayət işlərinin istintaqında bu cür “tələsik ümumiləşdirmələr” daha qorxuludur, çünki bu cür işlərdə buraxılan səhvlər insanın taleyilə bağlıdır. Burada insan taleyi durur.

Beləliklə, induksiyanın problemləri induktiv məntiq tərəfindən tədqiq olunur. Hazırki dövrdə bunlar məntiqi biliklərin nisbi müstəqil sahəsi kimi ayrılmışdır və intensiv surətdə inkişaf edir. Baxmayaraq ki, burada əsas tədqiqat obyekti induktiv nəticələrdir, lakin burada nəticələr anlayışının özü əvvəlkinə nisbətən daha geniş mənada şərh olunur. Əgər F. Bekon və C. Millin məntiqində ancaq induktiv nəticələrin tədqiqi məsələlərilə məşğul olunurdusa, indi münasibətlərin digər növləri, məsələn, faktların, alınan yekun biliklərinin təsdiqi, sübutu təhlil olunur. İnduktiv məntiqin formallaşdırılması məqsədilə ehtimal nəzəriyyəsi aparatından istifadə olunur, ehtimali məntiq adlandırılan sahənin özünü də bəzən məntiqin müasir forması adlandırırlar. Müasir dövrdə məntiqin müxtəlif sahələri (modal məntiq, konstruktiv məntiq, semantik məntiq və s. bu barədə gələcək yazılarımızda danışacağıq) yarandığından bunu da təbii hesab etmək lazımdır. İdrak prosesində elmi-nəzəri problemlərin həllində və kainatın insana məlum olmayan sirlərinə yiyələnməkdə və güclü abstraksiyalar (ing. Abstraction – ayırma, təcridetmə – mücərrədlik.) Elmi tədqiqat metodudur. Obyektiv aləmi dərk etməyə istiqamətlənmişdir.) aparmaqda ehtimali məntiqin spesifik rolu vardır ki, bunun da dərin tədqiqata ehtiyacı duyulur.

Maraqlıdır ki, insan əqli nəticənin induktivdeduktiv formaları ilə heç vaxt kifayətlənməmişdir. Predmet və hadisələrin hərtərəfli hərtərəfli tədqiqində bir çox vasitə və metodlardan istifadə edilir ki, bunlardan biri də traduktiv (analoji) metoddur.

Mənbə:

M.M.İsrafilov – “Məntiq kursu”. Bakı, “Turan” nəşriyyatı 2001

Adilə Nəzərova – “Fəlsəfə terminlərinin izahlı lüğəti”. Bakı, “Elm və təhsil”,  2014

Müəllif: Şəhriyar Yaqubov

Redaktor: Ziya Mehdiyev

STAY CONNECTED

20,753FansLike
2,380FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.