Məntiqin funksiyaları və əhəmiyyəti

Post date:

Author:

Category:

Cəmiyyətin ən zəruri tələbatlarından meydana gəlmiş və onunla birlikdə inkişaf edən məntiq elmi öz növbəsində cəmiyyətə təsir edir. Məntiqin cəmiyyətdə sosial məqsədi və rolu tutduğu həqiqi yerlə müəyyən olunur.

“Mədəniyyət” anlayışı altında bəşəriyyət tərəfindən toplanmış maddi və mənəvi sərvətlərin məcmusu nəzərdə tutulur. Lakin bu anlayışa təkcə insanların maddi və mənəvi fəaliyyətinin nəticələri deyil, bu fəaliyyətin vasitələri, onun həyata keçirilməsi üsulları da daxildir. Məntiq də mədəniyyətin mənəvi komponentlərindən biri kimi, onun vasitəsilə maddi mədəniyyətin bu və digər elementlərində təcəssüm edir. Bəşəriyyətin tarixində daha qədim və vacib elmlərdən olan məntiq mənəvi mədəniyyətin intellektual nüvəsini təşkil edən elmlər sisteminin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, cəmiyyətdə cürbəcür və məsul funksiyaları yerinə yetirir. Məntiqin bu sosial funksiyalarında onun mahiyyəti və bir elm kimi dərin spesifikliyi aşkara çıxarır. Təəssüf ki, respublikamızda səlahiyyətli dövlət nümayəndələri məntiqin cəmiyyətin inkişafındakı rolunu və funksiyalarını dərindən anlamaq istəmirlər. Bu baxımdan bu elmin funksiyalarını qısaca da olsa səciyyələndirmək vacibdir.

Məntiqin funksiyaları:

1) İdraki funksiyasını nəzərdən keçirək. Bütün elmlər kimi, məntiqin işi də obyektiv qanunların kəşfi və tədqiqi ilə bağlıdır. Lakin fərq ondadır ki, Məntiq gerçək aləmin qanunlarını deyil, təfəkkürün qanunlarını tədqiq edir. Bu mənada gerçəkliyin dərk olunmasının ümumi sistemində mühüm yer tutan məntiq ümumelmi idrakı, yəni izahedicilik və gələcəkdən xəbər vermək funksiyasını yerinə yetirir. Məntiq təfəkkürün müəyyən hadisələr qrupunun və proseslərinin az və ya çox dərəcədə dəqiq izahını verir, başqa cür deyilsə, məntiqdə uzaqgörənlik ondadır ki, hansı şəraitdə həqiqi biliklərə nail olmaq mümkündür və mühakimə prosesinin gedişinin yanlış nəticələrini necə aşkara çıxarmaq olar.

 2) Dünyagörüşü funksiyasıdır. Yuxarıda qeyd edildiyi kimi, məntiq xüsusi, praktik elmdir. Əgər təbiətşünaslıq və ictimai elmlərdə təfəkkür gerçəkliyin dərk olunması vasitəsinə xidmət edirsə, məntiqdə o bilavasitə idrakın məqsədidir. Buna görə də məntiq təbiət və cəmiyyət arasındakı qarşılıqlı əlaqələri tədqiq etməklə, təfəkkürün qanunauyğunluqlarını aşkara çıxarır və fəlsəfənin fundamental problemlərinin həllinə kömək edir. Deməli, məntiq insanların dünyagörüşünün formalaşmasında fəal iştirak edir və onlara gerçəklik haqqında ümumiləşmiş dəqiq, ciddi fikirlər verir.

3) Metodoloji funksiyanı qeyd etmək olar. Hər bir nəzəriyyə kimi, məntiqi nəzəriyyə də əvvəlcədən dərk olunmuş predmet və hadisələrin gələcək nəticələridir, vasitəsidir və onların dərindən dərk olunma metodudur. Məntiqdə tətbiq olunan konkret xüsusi metodlar əqli nəticələrin, sübutun və həmçinin yeni yekun biliklərinin alınmasının da əsasını təşkil edir. Fikir əməliyyatlarının həllində bu metodlar xüsusi riyazi metodlarla müqayisədə daha sərfəlidir, bunların əsasında yaranan və bir çox elmlərdə tətbiq olunan dialektik metodun da rolunu heç cür danmaq olmaz.

 4) Məntiqin ideoloji funksiyası aydındır ki, sinifli cəmiyyətdə meydana gəlmiş və inkişaf etmişdir. Bu baxımdan məntiq heç vaxt ideoloji mübarizədə bitərəf mövqe tutmamışdır. Məntiq müəyyən ideologiyanın əsaslandırılmasında, onun digər ideologiya ilə mübarizəsində insanların əlində tutarlı bir silah olmuşdur. Məntiq mühüm fəlsəfi cərəyanların (materializm və idealizmin, dialektika və metafizikanın) ideya mübarizəsinin aşkarlanmasında həmişə bir silah olmuşdur. Onun ideoloji funksiyası da buradan irəli gəlir.

Məntiq özünün bütün inkişaf mərhələlərində müxtəlif dövrlərdə müxtəlif cür təzahür etsə də, öz funksiyasını yerinə yetirmişdir. Orta əsrlərdə cəmiyyətdə din hakim rol oynadığından kilsə xadimləri dini müddəaları həyata keçirmək məqsədilə məntiqdən bir alət kimi istifadə etmişlər. Müasir dövrdə məntiqin rolu və əhəmiyyəti xüsusilə artmaqdadır. Bunu iki əsas cəhətlə şərtləndirmək olar:

a) Cəmiyyətin özünün müasir inkişaf mərhələsinin mürəkkəb xüsusiyyətlərilə bağlıdır. Bu mərhələ elmlərin ictimai həyatın bütün sahələrində durmadan artan rolu ilə və onun sosial orqanizmin bütün sahələrinə nüfuz etməsilə səciyyələnir. Buna uyğun olaraq məntiqin elmi idrakın vasitə və qanunauyğunluqlarının tədqiqində rolu və əhəmiyyəti daha da artır. Azərbaycanın bazar iqtisadiyyatına keçdiyi bir vaxtda elmlərin, xüsusilə məntiqin rolu böyükdür.

b) Digər xüsusiyyət elmi-texniki inqilabın inkişafına artan tələbatlardır. Bu inqilab onu bildirir ki, elm və texnika öz inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə keçir, artıq yeni texnologiya, yeni idarəetmə metodları tələb olunur, bu isə mücərrəd təfəkkürün əhəmiyyətini daha da gücləndirir. Bu qarşılıqlı əlaqədə məntiqin əhəmiyyəti artır, onun strukturu, formaları və qanunlarının tədqiqi aktual bir problem kimi qarşımıza çıxır. Elmi-texniki inqilabın genişləndiyi, istehsalın, idarəetmənin, xidmət sahələrinin kompüterləşdirildiyi, informasiya bolluğuna artdığı bir şəraitdə məntiqə xüsusilə də simvolik məntiqə tələbat daha çox nəzərə çarpır. Unutmamalı ki,  simvolik məntiqin, Lütfi Zadənin adı ilə bağlı olan qeyri-səlist çoxluqlar nəzəriyyəsinin əsasını da klassik və dialektik məntiq təşkil edir. Bu barədə münasib bölmələrdə izahat veriləcəkdir. Bizi maraqlandıran məsələ hələlik insanın məntiqi mədəniyyətinin formalaşmasında bu elmin roludur.

 

 

 

Mənbə:

M.M.İsrafilov-Məntiq kursu (Dərslik)

 

Müəllif: Şəhriyar Yaqubov

Redaktə etdi: Ziya Mehdiyev

STAY CONNECTED

19,112FansLike
2,048FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Karl Saqan – Təkamül (Dünya necə yarandı?)

Müəllif: Karl Saqan (ing. Carl Sagan) – “Cosmos” (II fəsil) Təkamül? Dörd milyard il əvvəl...

Yer kürəsinin həqiqətdə neçə yaşı var?

Yerin yaşı: Planetimizin həqiqi yaşının izlərini axtaran fosil axtarıcılar və radiometrik yaş təyini. Müəllif: Stifen Bakster (ing. Stephen...

Böyük Partlayış nəzəriyyəsi: Bütün zamanların ən böyük partlayışını necə sübut etdilər?

Müəllif: Naycl Henbest (ing. Nigel Henbest) – “Cambridge” Universitetinin doktoru, astronom, “The History of Astronomy” kimi 50-dən çox...