Mərkəzi Bankların Meydana Gəlməsi və Bankçılığın Təkümülü

Post date:

Author:

Category:

16 iyun 1583-cü ildə İsveçin Enköpinq adlı qəsəbəsində sonradan İsveçin yüksək vəzifəli kanslerlərindən biri olacaq Axel Gustafsson (Aksel Qustavson) dünyaya gəldi. İsveçin ən köklü ailələrindən birinə məxsus olan Axel, Almaniya universitetlərindən birində təhsil almışdı. 1609-cu ildə krallığın Məsləhət Şurasının üzvlərindən biri oldu. 6 noyabr 1632-ci ildə İsveç kralı II Adolf “30 İllik Müharibə” zamanı (1618-1648) dünyasını dəyişdi. Bundan sonra Axel Gustafssonun yüksəlişi başladı. Kralın ölümündən sonra bütün səltənətin 6 yaşındakı qızı Kristinaya keçməsi dövlət idarəçiliyində böyük boşluqlar yaratmışdı. Belə bir vəziyyətdə Axel, Yüksək Kansler adını qazandı. Bu dövr həm də “Kralın Ölümü, Bir Kanslerin Yüksəlişi “ kimi xarakterizə olunurdu. Artıq böyük qüvvə, güc kanslerdə idi.

Axel Gustafsson
Axel Gustafsson

Axel Kral Məsləhət Şurası üzvlüyünə daxil olduğu ilk gündən etibarən , fərqli şəhərlərdə şöbələri olan , depozit toplayan və banknotlar çap etmək səlahiyyəti olan bir bank fikrini müdafiə etməyə başladı. Bunun sayəsində nağd pul sıxıntısı çəkən İsveç Krallığı öz xərclərini rahatlıqla idarə edə biləcək, həmçinin digər tərəfdən pul dövriyyəsi artmış olacaqdı. Amma sonralar dünyanın ilk mərkəzi bankı kimi qəbul edilən bu bankın qurulması yalnız Axelin ölümündən 2 il sonra – 1656-cı ildə baş verdi. Axel hər nə qədər İsveçin ilk bankının qurulmasını görə bilməsə belə, onun meydana gəlməsində böyük rol oynadı.
Kanslerin ölümündən 2 il sonra tarix səhnəsinə çıxan bu qurum, Stocholms Banco olaraq adlandırıldı. Johan Palmstruch tərəfindən qurulan bank qısa zaman içində bazara külli miqdarda “Palmstruchare” adlı banknotlar buraxmağa başladı. Banknotların gündəlik həyata bəlkə də ən böyük qatqısı, ağırlığı 20 kq-a çatan İsveç sikkələrinin istifadəsinin böyük ölçüdə aradan qalxması idi. Bank bir tərəfdən depozit toplayarkən digər tərəfdən verdiyi kreditlər ilə əhalini borclandırırdı. Xülasə, depozit olaraq yığdığı sikkələrin əvəzində insanlara banknotlar verirdi. Yeni sistem bankın kredit şöbəsi və inamlı geri ödəmə öhdəliyi üzərində qurulmuşdu. Dolayısıyla insanlar tələb etdikləri anda banknotları metal pullara çevirə bilmək imkanına malik idilər. Bank tərəfindən isə hər kəsin eyni vaxtda banknotları gətirib bankdan pulunu geri götürmək istəməsi mümkünsüz və çox aşağı bir ehtimal kimi hesab edilirdi. Bu səbəbdən əldə olunan metal pul ehtiyatına faiz nisbəti ilə yüksək miqdarda banknot çap edilərək bir kredit mexanizmi yaradıldı. Digər tərəfdən bazarda metal pul qarşılığı olmadan nəhəng miqdarda bir dövriyyə gedirdi. Bank depozitləri ilə kreditlər arasındakı fərqin getdikcə artması ilə pulun dəyəri düşməyə başladı. Həmçinin əhalinin artıq banklara inamı qalmamışdı. Davam edən inflyasiya xalqı günü-gündən yoxsullaşdırırdı. İnsanların öz pullarını geri götürmək üçün bank şöbələrinə axın etdiyi bir vaxtda bankın rezervlərində bu pulları qarşılaya biləcək qədər məbləğ yox idi. Bank tamamilə iflasa uğramışdı və heç bir əməliyyatı etmək qabiliyyətində deyildi. Yarandığından cəmi 8 il sonra, 1666-cı ildə Stocholms Banco fəaliyyətini dayandırdı. O tarixdə sadəcə Avropa qitəsinin ilk banknot çap edən bankı kimi yadda qaldı. Bankı səriştəsiz idarə etməkdə ittiham olunan Palmstruch isə ölüm cəzasına məhkum edilsə də, sonradan cəzası həbslə əvəz olundu.

Qəzaya uğramış bir təyyarə düşünün. Bədbəxt bir hadisə baş versə belə, hadisədən çıxarılan dərs və təcrübə nəticəsində artıq başqa təyyarələrin daha təhlükəsiz uçuş etmələri üçün nəticə çıxarılır. Stocholms Banco da bankçılıq anlayışının inkişaf etməsi və səhvlərin sonradan təkrar edilməməsi üçün böyük örnək idi. Səriştəsiz kredit siyasətinin nəticəsinin necə olacağı artıq bir dəfə müşahidə olunmuşdu. İsveç Riksdaqı (Parlamenti) hadisədən dərs almışdı. Növbəti addım isə Stocholms Banconun qırıntıları üzərində İsveçin yeni bankçılıq sistemini qurmaq idi.

1668-ci ildə Rikseks Standers adlı yeni bir bank qurumu yarandı. Sonralar isə bu bank Sveriges Riksbank adlandırıldı. Qurum həm də Stocholms Banconun xələfi hesab edilirdi. Onun ilk binası isə Alex Gustafssonun Stokholmda olan sarayı idi. Sveriges Riksbank bu günə qədər İsveçin Mərkəzi Bankı hesab olunur. Riksbankın ardından 1694-cü ildə İngiltərə Mərkəzi Bankı (The Bank of England) dövlət borclarını satın alan özəl bir şirkət kimi quruldu. Daha sonralar Avropanın başqa-başqa yerlərində də belə bir qurumlar yaradılmışdı. “Banque de France” dövlət xərclərinin pul çap edilərək idarə edilməsi ilə meydana çıxan hiperinflyasiya dövrü zamanı 1800-cü ildə Napoleon tərəfindən yaradılmışdı. Bu üsul o dövrdə bir çox ölkələri dərin maliyyə böhranına bürümüşdü.

 

Tərcümə etdi: Tofiq Cəfərov

Mənbə: https://evrimagaci.org/merkez-bankalarinin-ortaya-cikisi-ve-bankacilik-fikrinin-evrimi-6986

STAY CONNECTED

20,125FansLike
2,240FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Tofiq Cəfərovhttp://rezonanss.com
AZƏRBAYCAN TURİZM VƏ MENECMENT UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN, İQTİSADİYYAT VƏ COĞRAFİYA ÜZRƏ MƏQALƏLƏR YAZIR.

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...