Makedonyalı İsgəndərin izindən – Ellinizm mədəniyyəti

Post date:

Author:

Category:

B.e.ə. IV əsrin sonuna doğru kiçik yunan şəhər dövlətləri – polisləri daha güclü şəkildə canlanmağa
başladı. Klassik yunan dünyası özünü içəridən müharibələrə praktik cəhətdən yox etməyə başladı. Yeni bir tarixi
dövrün əsası qoyuldu: sərhədlər aradan qaldırıldı, xalqlar birləşərək böyük bir mədəniyyətin əsasını qoydular.
Buna böyük yunan sərkərdəsi Makedoniyalı İskəndərin məşhur hərbi yürüşləri çox böyük köməklik göstərdi.
Makedoniyalı İskəndər öz ordusu ilə bir çox qədim xalqları özünə tabe etmiş və Hindistana qədər böyük bir
ərazini öz imperiyasına daxil etmişdir. Onun ölümündən sonra – b.e.ə. 323-cü ildə nəhəng monarxiya bir çox
vilayətlərə bölündü. Yunanıstanın özü isə get-gedə əyalətə çevrildi: yeni hakimlərin saraylarında sənətkarlar
sifarişlər qəbul edir, bu və ya digər sənət sahəsi üzrə işləri həyata keçirirdilər. Makedoniyalı İskəndərdən
sonrakı tarixi dövrün «ellinlərin dövrü» kimi qəbul edilməsinin əsas səbəbi yerli ənənə və məktəblərin, məhz
hamı tərəfindən qəbul edilmiş ellin üslubunun təqlidi ilə əlaqədar olduğundan irəli gəldi. Ellin mədəniyyətində
yunan və şərq mədəniyyətlərinin vəhdəti də başlıca amillərdən biri kimi qiymətləndirilməlidir. Ellin
mədəniyyətinin xronoloji dövrü, yuxarıda qeyd etdiyimiz kimi Makedoniyalı İskəndərin vəfatından sonra
başlamış və Misirin Roma imperiyasına birləşməsinədək davam etmişdir.
Ellin sivilizasiyası bədii mədəniyyət sahəsində ciddi dəyişikliklərlə müşayiət olunurdu. Bu, sivilizasiyanın
incəsənətində klassik qaydalara və ciddiliyə son qoyur, bədii fəaliyyəti xeyli səviyyədə professionallaşdırırdı.
Ellinizmin digər cəhətlərindən biri yunanların mövcud dini təsəvvürlərinin dəyişilməsidir. Ellin monarxiyasının
təşkili yunan polis demokratiyasına son qoyur ki, bu da Qədim Yunanıstanda yeni mədəni istiqamət, norma və
dəyərlərin müəyyənləşməsinə səbəb olur.
Ellinizmin əsas xüsusiyyətlərindən biri olan kosmopolitizm insanların özünü köməksiz hiss etməsinə
səbəb oldu. Bu hisslər tez bir zamanda öz təzahürünü fəlsəfə və dində tapdı. Bu şəraitdə yunanların dinə olan
məhəbbəti də dəyişdi. Bütün bu proseslərin praktik nəticələri incəsənətin bütün növlərində özünü bədii formada
göstərdi.
Ellinizm dövründə klassik dövrdən fərqli olaraq nəzəriyyə, təcrübə və elmi texnika arasındakı fərq aradan
götürüldü. Bu, xüsusilə, Arximedin (b.e.ə. 287-212) yaradıcılığında özünü göstərdi. O, elmə hidravlik qanunun

banisi kimi daxil oldu ki, bu da gələcəkdə nəzəri mexanikanın əsasını təşkil etmiş oldu. Bunlardan başqa Ar-
ximed gələcək texnikanın inkişafına təkan verən vintvari nasos, müdafiə qurğuları, hərbi-döyüş atıcı maşınlarının konstruksiyalarını da vermişdi.
Yeni şəhərlərin tikintisi dənizçiliyin, hərbi texnikanın inkişafı riyaziyyat, mexanika, astronomiya, coğrafiya kimi elmlərin inkişafından xəbər verirdi. Bu dövrün görkəmli alimləri Evklid (b.e.ə. 365-300) elementar həndəsəni, Eratosfen (b.e.ə. 320-250) yer kürəsi meridianının uzunluğunu müəyyənləşdirməklə Yerin

ölçüsünü dəqiqləşdirdi, Aristarx Samoslu (b.e.ə. 320-250) Yerin öz oxu ətrafında, onun Günəş ətrafında
hərəkətini sübut etdi.
Bütün bunlar göstərirdi ki, ellinizm dövrü yunan mədəniyyətində elmə ciddi nailiyyətlər bəxş etmişdi. Bu
dövrdə elmlə yanaşı ədəbiyyat da inkişaf edirdi.
Ədəbiyyat demək olar ki, dini mahiyyət kəsb etdi. Ellin dövründə fəlsəfi ideyalar ilə əhəmiyyət kəsb edən
Bibliya kitabları meydana çıxır: «Ekklecuast», «Mahnılar mahnısı» kitabları belələrindəndir. İnsani
çərçivələrdən Allahlar aləminə cəhd – ellin epoxasının başlıca xarakterik cəhətlərindən biridir.
Yunan dramı, idman oyunları, bayramları, bütövlükdə yunan incəsənəti Şərq ideologiyasına həyat sevinci
elementləri bəxş etdi, yunan plastikasının parlaq obrazları sərt Şərq sənətini, memarlığını yüngülləşdirdi. İnsan
şəxsiyyəti, onun düşüncələri, əhvali-ruhiyyəsi, maraq və tələbatları yaşamaq üçün hüquq əldə edir.
Memarlıq insanlara daha emosional şəkildə təsir etməyə başlayır. Bu sənətdə order sistemi üstünlük təşkil
etdi. Şərq rayonlarında tac və gümbəzlərdən daha çox istifadə edildi. Yeni tikili tipləri – bazar, alver
meydançaları, cərgələri, portiklər, mürəkkəb memarlıq ansamblları təşəkkül tapmağa başladı ki, bu da şəhərlərə
yeni görkəm verdi. Lakin ellinizm memarları klassik memarlarla müqayisədə, insanlara güclü mənəvi təsir
göstərən memarlıq obrazları yarada bilməmişlər. Ən nəhəng ellin memarlıq tikintisi məşhur Zevsin Perqamdakı
mehrabı hesab edilir ki, bu da dünyanın «Yeddi möcüzəsi»ndən biridir. Digər yeddi möcüzədən biri Faros

adasındakı mayakdır. Tikili təxminən 135 m hündürlükdə idi. Onun lap ucunda dəniz Allahı Poseydonun 7 metrlik heykəli ucaldılmışdır. Memarı Sostrat olan bu Mayak XIV əsrə qədər qalmışdı.

Ellin memarlığının klassik memarlıqdan əsas fərqi ondan ibarət idi ki, əgər klassizmdə polis vətəndaşlarının maraq, hiss, zövqləri bu sənətdə öz əksini tapırdısa, ellinizmdə zövqlər saray və varlı zümrələrin tələblərindən irəli gəlirdi. Ona görə də memarlıqda yeni istiqamətlər də yaranmağa başladı. Əvvəla, ictimai

binaların sayı artdı, şəhər icma binaları, idman məktəbləri (palestra), məktəb binaları (gimnaziya), stadion, kitabxana və s. təşəkkül tapmağa başladı.

Heykəltəraşlıqda ellinizmin əsas əlamətləri hissləri heykəlin üz cizgi və qamətində, fiqurunda
bildirilməsinə üstünlük verildi – dinamizm, ifadəlilik bu dövr heykəltəraşlıq sənətinin başlıca estetik
dəyərləridir.

Dekorativ heykəltəraşlıq ellin incəsənətində geniş yer tutan sahələrdən biri oldu. Bunlar bağ, park və d.
yerləri bəzəyirdi. Belə yerlərdə Afroditanın utancaqlıq, şıltaqsayağı nazetmə ədalarında təsvirinə daha üstünlük
verilir. Ellinizm heykəltəraşlığında gözəllik, cazibədarlıqdan əlavə həm də kobud, pinti, qeyri-cəzbedici kimi
mənfi insani məqamlara da üstünlük verilirdi.
Ellinizm dövründə bir sıra memarlıq məktəbləri – İskəndəriyyə, Rodos, Attika, Perqam kimi sənət
ocaqları fəaliyyət göstərirdi. Bunların içərisində heykəllərinin nəhəng ölçülərinə görə fərqlənən Rodos məktəbi

fərqlənirdi. Bu məktəbin nümayəndəsi Xoresin 35 m hündürlüyündə olan Günəş Allahı Heliosun «Rodos sütunu» da dünyanın yeddi möcüzəsindən biridir.

Portret heykəltəraşlığında insan həyəcanlarının, mənəvi vəziyyətlərin, ruhi məqamların ifadəsinə ilkin ola-
raq yer verilir. Ellinizmin heykəltəraşlıq nümunələrinə coşqun emosionallıq, gərgin anlar, irəliyə cəhd

məqamları ən spesifik xüsusiyyətlər kimi dəyərləndirilməlidir. Belə ifadəni təzahür etdirən görkəmli ellin
heykəllərindən biri yunanların dənizdəki qələbəsinə həsr olunan Samafrikiyalı Niki heykəli mühüm yer tutur.
Qələbə Allahı qanadlı Nikinin gəminin ucuna enməsi anını təsvir edən bu heykəl çox həyəcanlandırıcı bir
əsərdir. Müəllif bu anla qələbənin güclü və yüksək əhvali-ruhiyyəsini ifadə edir.
Ellinizm sənətkarları – heykəltəraş və rəssamları hərəkətlərin ekspressivliyi, vəziyyətlərin gərginliyini
yüksək qiymətləndirirdilər. «Laokoon oğulları ilə» adlı heykəltəraşlıq nümunəsində bu ifadənin şahidi olmaq
mümkündür.

Lakin ellinizm çağının Afroditanın simasını əks etdirən «Miloslu Venera» kimi heykəli də vardır ki, burada sakitlik, təmkinliyin harmoniyasını görmək mümkündür. Bu sənət nümunəsində heykəltəraş gözəl qadın bədənini nümayiş etdirərək, insanda həm də ruhun gözəlliyini təzahür etdirmişdir.

Qədim Yunan sənət korifeyləri dünya bədii mədəniyyətinə güclü təsir göstərmişdir. Bu mədəniyyət olmadan müasir Avropa da olmazdı. Yunan bədii sənətində klassik dövr kimi ellinizm çağı da onun zənginliyinə əhəmiyyətli səviyyədə təsir edən dövrlərdən biri olmuşdur.

Mənbə: Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik. Bakı, 2010.

STAY CONNECTED

19,107FansLike
2,050FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Karl Saqan – Təkamül (Dünya necə yarandı?)

Müəllif: Karl Saqan (ing. Carl Sagan) – “Cosmos” (II fəsil) Təkamül? Dörd milyard il əvvəl...

Yer kürəsinin həqiqətdə neçə yaşı var?

Yerin yaşı: Planetimizin həqiqi yaşının izlərini axtaran fosil axtarıcılar və radiometrik yaş təyini. Müəllif: Stifen Bakster (ing. Stephen...

Böyük Partlayış nəzəriyyəsi: Bütün zamanların ən böyük partlayışını necə sübut etdilər?

Müəllif: Naycl Henbest (ing. Nigel Henbest) – “Cambridge” Universitetinin doktoru, astronom, “The History of Astronomy” kimi 50-dən çox...