Maks Veber – azadlıq və “dəmir qəfəs” / Sosiologiya

Post date:

Author:

Category:

Nitşeyə oxşar olaraq,Maks Veber bir çox hallarda, Maarifçiliyin tərəqqiyə olan inamı ilə əlaqəni kəsir. Müasirliyin və gələcəyin Veber konsepsiyası Nitşean pessimistik diaqnozun təsiri altında formalaşmışdır. İşgüzar aktivliyin rasionalizasiyası təəccüb doğuracaq dərəcədə iqtisadi artıma gətirib çıxardı, amma Veberin kapitalizmin
“dəmir qəfəsi” (“polad zirehi”) adlandırdığını da yaratdı, həmin bu dəmir qəfəs də bizim həyatın çərçivələrini mexaniki maşın gücü qarşısıalınmaz bir şəkildə müəyyənləşdirir  . Bütün “qardaşlıq postulatları” iqtisadi dünyanın “həyatsız rasionallıqlığında” qaçılmaz olaraq məğlubiyyətə düçar olur .

 

Müasir elmin inkişafı bizi proseslərin təbii anlamı ilə təmin edir, amma “dünyanın qəti demistifikasiyasına” (Entzauberung der Welt – dünyanın tilsimdən azad edilməsi) aparıb çıxarmır. Elmin dünyanı dini-metafizik  “məzmundan” azad etməsi ölçüsündə bizim mənaya olan ekzistensial tələbatımız da artır. Amma Veber vurğulayır ki, bu tələbat elm tərəfindən ödənilə bilməz: “Mədəni dövrün idrak ağacının meyvəsini “dadan” taleyi o zərurətin başa düşülməsindən ibarətdir ki, dünya evinin mənası tədqiqatlarla açılmır, onlar nə qədər mükəmməl olsalar da. Biz özümüz bu mənanı yaratmalıyıq. “Dünyagörüş” heç bir zaman təcrübi biliyin inkişafının məhsulu ola bilməz və deməli, bizi ən çox narahat edən ali ideallar öz ifadəsini bütün zamanlarda yalnız digər ideallarla mübarizədə tapır, bizim ideallar bizim üçün müqəddəs olduqları kimi, digər ideallar da digərləri üçün son dərəcə müqəddəsdir” (Sosial-elmi və sosial-siyasi idrakın “obyektivliyi”).

Elmi rasionalizasiya ona doğru aparıb çıxarır ki, Veber onu “mənanın və daxili tələbatın itirilməsi” (Sinnverlust und innere Not) adlandırır. Müasirliyə verdiyi diaqnozda o, beləliklə, “mənasızlıq” problemləri ilə qarşılaşır. Dəyərlər sferasında hamının hamı əleyhinə mübarizəsi baş verir. Bu mübarizənin nəticəsi qabaqcadan rasional
arqumentlərlə və meyarlarla həll oluna bilməz. Ekzistensial filosoflara (Sartr və başqaları) oxşar olaraq, Veber təsdiq edir ki, biz bu mübarizədə seçim etməliyik, amma bu seçim heç bir zaman rasional olaraq əsaslandırıla bilməz. Veberin desizionizmi adlanan elə bundan ibarətdir. Veberin özünün müqəddimələrinə görə, etik-siyasi məsələlər sferasında irrasional desizionizm bir çox hallarda, qane edici deyildir.

Bizim gördüyümüz kimi, Veber vurğulayır ki, müəyyən fundamental dəyərlər bütövlükdə elmi fəaliyyət üçün konstitutivdir. Həqiqət və ümumi əhəmiyyətə malik olma tədqiqatçının öz və ya onun dövrünə xas olan dəyər təsəvvürlərindən çıxış edərək, hansı sahəni seçməsindən asılı olmayaraq, istənilən tədqiqat üçün əsasyaradıcı
xarakter daşıyır. Bu, etik-siyasi məsələlərin müzakirəsi zamanı yer alırmı? Dəyərlərin birini dəstəkləyərək və başqalarını rədd edərək, məgər biz güman etmirikmi ki, bizim tərəfimizdən təsdiq olunanlar həqiqi və ümumi əhəmiyyətə malik olanlardır? Ən azı, biz Veberin vurğuladığı kimi, “bizim təfəkkürün normaları” ilə bağlıyıq. Sonradan biz görəcəyik ki, Vebersayağı “desizionizmin” və “etik relyativizmin/subyektivizmin” əleyhinə belə etirazları alman filosofları Apel və Habermas da irəli sürürlər.

Biz göstərdik ki, Veber rasionallığın və bürokratizasiyanın artımını insani azadlığa təhlükə kimi qiymətləndirmişdir. Bu prosesin yeganə siyasi alternativini xarizmintik “rəhbərçi demokratiyada” (Fuhrerdemokratie), yəni cəmiyyətin inkişafına yeni istiqamət verməyi bacaran xarizmintik “rəhbərdə” görmüşdür. (XX əsr tarixinin işığında bu tezis xoş olmayan assosiasiyalar yaradır). Birinci dünya müharibəsindən sonra Veber öz pessimizmini özünün aşağıdakı
gələcək görüntüsündə ifadə etmişdir:

“Bizim qarşımızda çiçəkli yay deyil, öncə buzlu, zülmət dolu, sərt qütb gecəsi dayanır, xarici görüntüyə görə, hansı qrupun qələbə çalmasından asılı olmayaraq. O yerdə ki, heç nə yoxdur, orada yalnız kayzer deyil, proletar da öz hüququnu itirmişdir”.

Müasir insan Veberə görə, həyata yalnız qəhrəmani münasibətə malik olaraq, dünyanı və həyatın prozasını əslində, onların olduqları kimi qavramağı öyrənə bilər.

Əxlaqi planda Veber öz müasiri olan Freydi xatırladır. Onların tutqun əxlaqi görüntüsünün mərkəzi yeni cəmiyyət deyildi, yeni fərd idi. Bu fərd itirilmiş “qızıl əsr üçün” nostalgiya hiss etmir və yaxın və ya uzaq gələcəkdə “minillik məmələkəti” əldə edəcəyinə ümid etmir. Amma o, ağrılardan keçərək əldə etdiyi və təmiz vicdanına uyğun gələn nöqteyi-nəzərə malikdir və həyati reallıqları stoikcəsinə qavramağa qabildir.

 

Mənbə:  Qunnar Skirbekk Nils Gilye – Fəlsəfə Tarixi

Əlavə oxu: Maks Veber – Protestantizm və kapitalizm

Maks Veber – rasionallıq və qəhrəmani pessimizm

 

STAY CONNECTED

19,095FansLike
2,042FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Atmosferin Quruluşu Sxemi

Atmosfer - Yerin cazibə qüvvəsi ilə onu əhatə edən qaz təbəqəsinə deyilir. Tərkibinin əsas hissəsi 78% azot, 21% oksigen, 0.93% arqon, 1%-i...

Əgər iybilmə və dadbilmə duyğularınızı itirmisizsə, koronavirusun “gizli daşıyıcısı” ola bilərsiz.

İngiltərənin öndə gələn rinologlarının yığdığı dəlillərə görə iybilmə duyğusunu birdən itirən şəxs, digər simptomları göstərməsə belə koronavirusun "gizli...

Banklar yoxdan necə pul qazanır?

Banklar əsrlər boyu cəmiyyətlərin sosial quruluşunun mühüm rola malik hissəsi olmuşdur. Bank sözü bizə italyan dilidən gəlmişdir. Orta əsrlərdə italyan sərraflar işlərini yol kənarlarındakı...