Maks Veber – Protestantizm və kapitalizm / Sosiologiya

Post date:

Author:

Category:

Rasionallıq və rasionalizasiya Veberin tarixi-sosioloji tədqiqatlarının ümumi mövzularıdır. Geniş empirik tədqiqatlara istinad edərək, o, Qərbdə rasionallığın xüsusi növünün inkişafını izah etməyə səy edir. Mərkəzi problem onun tərəfindən belə ifadə olunur:

Müasir insan, Avropa mədəniyyətin övladı, universal-tarixi problemləri qaçılmaz olaraq və tamamilə müəyyən bir baxımdan nəzərdən keçirir. Onu hər şeydən öncə aşağıdakı məsələ maraqlandırır: şəraitin hansı gedişi ona gətirib çıxardı ki, məhz Qərbdə və yalnız burada mədəniyyətin o hadisələri yarandılar ki,
inkişaf etdikləri istiqamətdə universal əhəmiyyət kəsb etdilər (ən azı
biz belə hesab etməyə meylliyik”.

Beləliklə, Veber Qərbin digər sivilizasiyalarla müqayisədə səciyyəvi sosial və mədəni xüsusiyyətlərini axtarır. O, qeyd edir ki, bu gün hamı, bütün insanlar üçün ümumi əhəmiyyətə malik olan kimi qiymətləndirilən elm yalnız Qərbdə yaranmışdır. Empirik bilik, fəlsəfi və teoloji müdriklik başqa mədəniyyətlərdə, xüsusən də, Hindistanda,
Çində, İranda və Misirdə mövcud idi. Amma orada əldə edilmiş bilik riyazi əsasdan, rasional “sübutlardan”, “eksperimentlərdən” və elmi anlayışlardan məhrum idi.

Nəsə oxşar bir şeyi biz incəsənətdə də müşahidə edirik. Musiqi mədəniyyəti bütün xalqlarda mövcuddur, amma rasional harmonik musiqi (kontrapunkt və akkord-harmonik faktura), orkestrlar və not yazısı yalnız Qərbdə mövcuddur.

Rasional olaraq işlənib hazırlanmış və formal “konstitusiyaya”, rasional və formal qanunlara malik olan siyasi institut kimi anlaşılan “dövləti” yalnız Qərbdə tapmaq olar. Yalnız qərb mədəni dairələrində biz sistematik olaraq hazırlanmış (təlim verilmiş) ekspertləri və yüksək mövqe tutan mütəxəssisləri-məmurları tapırıq.

Bu, Veberin “bizim müasir həyatın ən qüdrətli amili” adlandırdığında, yəni kapitalizmə də tətbiq oluna bilər. İqtisadi faydaya olan meyl dünyanın bütün dövrlərinə və bütün millətlərinə məlumdur. Soyğunçular, qumarbazlar və dilənçilər pula yönəmli ehtirasa mübtəla olmuşlar. Amma nə bu meyl, nə bu ehtiras kapitalizmlə eyni deyildir. Azad muzdlu əməyə əsaslanmış (formal olaraq) rasional-kapitalist təsərrüfat sistemi yalnız Qərbdə yaranmışdır. Müasir qərb kapitalizmi həlledici iqtisadi amillərin hesablanmasından asılıdır. Son nəticədə, o, rasional olaraq
əsaslandırılmış elm sayəsində mümkün olmuşdur. Müasir kapitalizm həmçinin, hüquqi sistemə və hökumət bürokratiyasına tələbat hiss edir, onlar hüquqa və ədalətə əsaslanmış fəaliyyət sahəsini yaradırlar. Bütövlükdə işgüzar aktivliyin belə şəraitini yalnız Qərb təklif etməyi bacarmışdır.

Nə üçün rasionalizasiyanın belə prosesləri Qərbdən kənarda inkişaf etməmişdir? Yoxsa daha konkret deyilsə: niyə müasir kapitalizm məhz Avropada doğuldu?
Karl Marks kimi Veber də təsdiq edirdi ki, kapitalizm Qərbin sosial həyatının xüsusi və əsas yaradan fenomenidir. Amma o, Marksın belə bir təsəvvürünü bölüşmür ki, burjuaziya sinfi mübarizəni uduzacaq və kapitalizm keyfiyyət etibarı ilə yeni istehsal üsulu ilə (sosializmlə) əvəzlənəcəkdir. Yarızarafat olaraq, Veber özünü “sinfi olaraq burjua
şüurlu” adlandırır. Veberə görə, “burjua” fəaliyyətin o unikal tipini, o məqsədli-rasional əməl tipini təcəssüm etdirir ki, o, yaxın gələcəkdə bütün cəmiyyəti saracaqdır. Belə olduğu halda, həlledici sual yaranır. Nə üçün bu tip əməllər dünyanın xüsusən, qərb hissəsində üstünlük təşkil edir?

Biz gördük ki, Veber Qərbdə kapitalizmin yaranmasının bir neçə xarici şərtlərini göstərir (elm, hüquqşünaslıq və i.a.). Amma o, həmçinin, onunla da maraqlanır ki, biz onu “daxili səbəblər” adlandıra bilərdik. Bunlar o səbəblərdirlər ki, onlar insanın inkişaf etmək qabiliyyəti və onun müəyyən “praktik-rasional həyat tərzi” formalarına meylliliyi ilə əlaqədardır. Veber bu münasibətdə Freyddən bir o qədər də fərqlənməyərək vurğulayır ki, belə həyat tərzinə psixoloji qadağaların əks təsir göstərdiyi zaman rasional olaraq, kapitalist işgüzar aktivliyin inkişafı güclü daxili müxalifətlə qarşılaşır . Bütün ölkələrdə industrializasiyanı oxşar problemlər müşayiət edir. “Protestant etikası və kapitalizmin ruhu” (Die protestanische Ethik und der Geist des Kapitalismus, 1904) əsərində Veber anlamağa səy edir ki, Reformasiya zamanı və ondan sonra hansı spesifik amillər bu qadağaları darmadağın etdi və müasir cəmiyyətin yaranmasını mümkün etdi.

 

«Hansı psixoloji qadağalar burjua həyat tərzini blokada edir?» sualına cavab verilən zaman Veber tərəfindən daxil edilmiş fəaliyyət tipləri faydalıdır. Müəyyən etik-dini dəyərlər, affektiv yönümlər və dərin köklənmiş vərdişlər müasir, praktik-rasional həyat tərzini (məqsədli rasionallığı) “qadağan edir”. Veber deyir ki, hər bir dövrün
etikası əməllərin müəyyən nümunəsi üzərində qurulmuşdur və iqtisadi-rasional həyat tərzinin təşəkkülündə daxili maneə kimi rol oynaya bilər. (Freydin nəzəriyyəsindən biz bilirik ki, müəyyən mədəniyyətin və ya dövrün etikası müəyyən mənada, insanı daxildən, super-eqo vasitəsi ilə idarə edir.)

Reformasiya dövrü ərzində teoloji və etik dəyişikliklərin nəticəsi olaraq, borc barədə etik təsəvvürlərdə baş verən radikal dəyişiklik bu qadağaları darmadağın edir və yeni rasional həyat tərzini legitimləşdirən etikanı mümkün edir. Veberə görə, protestant etikası teoloji mülahizələrə öncə məlum olmayan əmək etikasını və yeni rasional həyati yönümü əsaslandırır. Bundan da daha çox deyilsə, belə bir etika və rasional yönüm hətta dini səbəblərdən əxlaqi olaraq, məcburi olanı kimi nəzərdən keçirilir. Məhz bu da, kapitalizm ruhunu
mümkün etdi. Veberə görə, həlledici burada olan Reformasiyanın teoloji doktrinalarının praktik-psixoloji nəticələridir. Belə ki, sistematik iş protestantlar və kalvinistlər üçün dini məna kəsb etdi, onda o, onlar üçün “vəzifəyə” çevrildi. Nəticədə, öncə ənənəvi cəmiyyətdə insanın gəlir axtarışı üzrə səylərini qandallayan qadağalar darmadığın edildi. Fərdin iqtisadi uğuru onun “seçilmişlərə” mənsub olması kimi şərh olunmağa başladı. “Bədənə” və bütün “hisslərə” mənfi münasibət istehlakı məhdudlaşdırdı və kapitalın toplanmasına gətirib çıxardı. Beləliklə, protestantizm Veberin “dünyəvi askeza” (innerweltliche Askese) adlandırdığını yaratdı. Dünyəvi askeza şəxsiyyətin yeni strukturunu törədir. Biz şəxsiyyətin daxili
rasionalizasiyasına malikik, bu isə, onu əməyə və sistematik özününəzarətə yönəldir. Növbəti mərhələdə daxili rasionalizasiya iqtisadi həyatın xarici rasionalizasiyası ilə dəstəklənir.

Bu prosesin gedişində fəaliyyət göstərən agentlər heç də məcburi olmasa da dərk edirlər ki, burjua həyat tərzinin və deməli, müasir kapitalizmin daxili və ya intellektual əsasını qoyurlar. Veber təsdiq etmirdi ki, kapitalizm üçün intellektual şəraitin yaradılması Lüterin və Kalvina niyyətlərinə daxil idi. Kapitalist etika da bu məqsədlə inkişaf etməmişdir. Veber deyir ki, Qərbdə kapitalizmin meydana çıxması əməlin protestant sektalarda işlənib hazırlanmış etik-dini üsullarının qabaqcadan nəzərdə tutulmamış nəticəsi idi.
Burjua həyat tərzi və kapitalist ruh fəaliyyət göstərən agentin sanki, çiyinləri arxasında yaranır.
Veberin nəzəriyyəsi bütün iyirminci yüzillik boyu intensiv diskussiyaların mərkəzində olmuşdur. Bir çoxları onda bazis (iqtisadiyyat) və üstqurum (ideologiya və din) arasında əlaqə ilə bağlı marksist konsepsiyanın əsas alternativini görürdülər. Bu kontekstdə Veberin demədiyini dərk etmək vacibdir. O, təsdiq etmir ki, protestant etikası kapitalizmin doğuluşunun zəruri və kafi şərtidir, amma “izahın monokauzal modellərini” təkzib edir və vurğulayır ki, qərb kapitalizminin yaranmasının bir çox səbəbləri mövcud idi. Beləliklə,
“protestant etikası” kapitalizmin yaranmasının zəruri şərtidir, amma kafi şərti deyildir. 

 

Mənbə:  Qunnar Skirbekk Nils Gilye – Fəlsəfə Tarixi

Əlavə oxu: Maks Veber – azadlıq və “dəmir qəfəs”

Maks Veber – rasionallıq və qəhrəmani pessimizm

 

STAY CONNECTED

19,697FansLike
2,179FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Mühəndis sözünün etimologiyası və formalaşması (Ensiklopedik bilgi)

Mühəndis sözünün ingilis dilində hərfi mənasını daşıyan “engineer” sözü “to engine” felindən yaranmışdır. “Engine” və “ingeniouse” sözləri “yaratmaq” mənasını daşıyan (to create) latın sözü olan “ingenerate” sözündən yaranmışdır....

Kralların zəhəri və ya zəhərlərin kralı – Arsen

Napoleon Bonapartı öldürən, Claude Moneti kor edən, Vinsent Van Qoqun ağlını itirib qulağını kəsməsinə səbəb olan...

Biotibbi texnikada elektronika amili

Biotibbi texnikanın inkişafı bilavasitə elektronika sahəsində əldə olunan naliyyətlərə əsaslanır. Buna görə də elektronikanın inkişaf mərhələlərinə uyğun olarq biotexniki vaisətlərdə müxtəlif...