Maks Veber – rasionallıq və qəhrəmani pessimizm / Sosiologiya

Post date:

Author:

Category:

Maks Veber (Max Weber, 1864-1920), sosiologiyanın problemlərinə, modellərinə, əsas anlayışlarına və strukturuna ən çox təsir göstərən klassiklərindən biri idi. Öncə onun elm fəlsəfəsini və “ideal tiplərə” baxışını nəzərdən keçirək:
Maks Veberə görə, faktlar və dəyərlər arasında, yəni olanla olmalı olan arasında fundamental fərq mövcuddur. Alim olaraq, biz dəyərlər barədə deyil, yalnız faktlar barədə danışa bilərik. Əlbəttə ki, biz insanların əslində hansı dəyərləri tanıdıqlarını, etiraf etdiklərini tədqiq edə bilərik. Bu, empirik məsələdir. Veber demir ki, biz dəyərlərə
münasibətdə müəyyən siyasi və əxlaqi mövqe tuta bilmərik (və ya tutmamalıyıq). Amma bu, bizim alim kimi deyil, vətəndaş kimi mövqeyimizdir. Deməli, biz bu iki sferanı qarışdırmamalıyıq, məsələn, mühazirələrdə elmi nöqteyi-nəzərin izahı görüntüsü altında siyasi təbliğat aparmamalıyıq. Elm, əlbəttə ki, müəyyən məqsədlərə
nail olmaq üçün hansı vasitələrin yaralı olması barədə bizə nəsə məlumat verə bilər. O, bizə bu məqsədlərə nail olmanın “qiyməti” barədə də nəsə deyə bilər. Amma belə bir informasiya daxil olunan kimi, fəaliyyət göstərən kəs şəxsən, seçim etməlidir. Elmin dəyər azadlığı (die Wertfreiheit) barədə Maks Veber tezisinin məğzi elə bundadır.

Elm elm olaraq, olmalı olan barədə deyil, yalnız olan barədə nəyisə təsdiq edə bilər. Elmdə biz hamı üçün ümumi əhəmiyyətə malik olan həqiqəti axtarırıq: “O fakt düzgündür və həmişə də belə olaraq qalacaqdır ki, əgər öz məqsədinə nail olmaq istəyirsə, onda sosial elmlər sahəsində metodik olaraq, dəqiq elmi arqumentasiya çinli
tərəfindən də düzgün olaraq tanınmalıdır.
Veberin dəyər azadlığı konsepsiyası o demək deyildir ki, dəyərlər elmdə heç bir rol oynamırlar. Veberə görə, mədəniyyət və cəmiyyət haqqında bütün biliklər dəyər anlayışları ilə şərtlənmişdir.
Həmişə bəzi əsas “nöqteyi-nəzərlər” və “perspektivlər” mövcuddurlar ki, onlar hansı mövzuların elmi tədqiqatın obyekti olduğunu müəyyənləşdirirlər. Neokantian Henrix Rikkertlə (Heinrich Rickert, 1863-1936) razılaşaraq, Maks Veber belə normativ nöqteyi-nəzərləri dəyərlərə əsaslanmış kimi səciyyələndirir. Rikkert kimi, Veber də mədəniyyət haqqında başa düşülməyə əsaslanmış elmlərlə izaha əsaslanmış təbii elmlər arasındakı fərqi göstərir. Mədəniyyət haqqında elmlər onunla səciyyələnirlər ki, onlar tarixi tədqiqatın obyektlərini “mədəni dəyərlərə” uyğun olaraq formalaşdırır. Amma bir vacib halda Veber Rikkertlə razılaşmır. Sonuncu təsdiq edirdi ki, obyektiv mədəni dəyərlər mövcuddurlar. Veberin mövqeyi isə kifayət qədər Nitşenin mövqeyinə yaxındır,

Nitşe belə hesab edirdi ki, subyektiv dəyər nöqteyi-nəzərlərinin müxtəlifliyi mövcuddur. Bu müxtəlifliyin
sayəsində tədqiqatçı tədqiqatın mövzusunun seçimində kifayət qədər
azaddır. Beləliklə, Veberin elm fəlsəfəsinin ikinci müqəddiməsi
dəyərlərin plyuralizmi ideyasıdır.

Maks Veber təsdiq edirdi ki, dünya və həyat fərd qarşısında öncə hadisələrin və əməllərin sonsuz müxtəlifliyi demək olar ki, xaos olaraq dayanır. Dünyanı “dəyər müqəddimələri olmadan” təsvir etmək istəyən hər bir kəs müşahidələrin və mühakimələrin sonsuz sayına, vacib olan və vacib olmayan faktların xaotik qarışıqlığına gəlib çıxmış olardı. (Bu məqamda Veberin mövqeyi faktların primitiv toplanması ilə bağlı Popperin tənqidi ilə bir çox ümumiliklərə malikdir. Biz bizi əhatə edən xaosu elə strukturlaşdırırıq ki, reallığın yalnız bir hissəsi bizim üçün əhəmiyyətə malik olur. Tədqiqatın spesifik predmeti, məsələn, “Fransız inqilabı”, bizim üçün yalnız ona görə əhəmiyyətə malikdir ki, o, mədəni dəyərlərə qarşı müəyyən münasibətdədir, o mədəni dəyərlərə qarşı ki, biz dünyaya onların mövqelərindən baxırıq. Elə həmin mədəni dəyərlərin işığında da biz mühüm olanı mühüm olmayandan fərqləndiririk. Məhz bu, hadisələri relevant edir və onlara məna verir. Beləliklə, dəyər anlayışları mədəniyyət və cəmiyyət haqqında elmlərin kvazitranssendental müqəddimələridirlər.

Maks Veber dərk edirdi ki, alimlər və elmi ictimaiyyət tərəfindən öyrənilən relevant problemləri son nəticədə qarşıya çıxaran dəyər anlayışları dəyişə bilər. Elə buna görə də, sosial elmlərdəki dəyişikliklər verilmiş dövrün özünüdərkində və onun dəyər anlayışlarına baxışlarında dərin dəyişikliklərin nəticəsi ola bilər.
Veber belə dəyişiklikləri demək olar ki, o sözlərlə təsvir edir ki, onları biz sonradan Kun tərəfindən elmi inqilablara verilən xarakteristikada tapırıq. “Dəyər anlayışları” Kunun kifayət qədər geniş “paradiqma” anlayışına oxşayır. Lakin Kundan fərqli olaraq, Veber sosial elmlərdən kənarda baş verən mədəni dəyişiklikləri daha çox vurğulayır, onlar bu elmlərin daxilində problemlərin seçiminə təsir göstərirlər. Elə buna görə də, onun üçün başlıca olan dövrün və ya tədqiqatçının dəyər anlayışlarındakı dəyişikliklərdir.

“Amma bir an gələcəkdir ki, bu zaman rənglər başqa cür olacaqdır: şüursuz surətdə tətbiq olunan nöqteyi-nəzərlərin mənasına inamsızlıq yaranacaqdır, ala-toranlıq içərisində yol itəcəkdir. Mədəniyyətin mühüm problemlərini işıqlandıran nur öləcəkdir. Belə olduğu halda, elm də hadisələrin axarına insani fikirlərin zirvələrindən baxa bilmək üçün öz mövqeyini və öz anlayış aparatını dəyişəcəkdir. O, o kəhkəşanların ardınca gedir ki, yalnız onlar onun işinə məna verə bilər və onu düzgün yola istiqamətləndirər”.

Dilteyin və alman intellektual ənənələrinin ardınca gedərək, Veber təsdiq edir ki, sosial elmlər “başa düşmə metodundan” (Verstehen) istifadə etməlidirlər. Təsadüfi deyildir ki, onun başlıca sosioloji əsəri olan “Təsərrüfat və cəmiyyət” (Wirtschaft und Gesellschaft, 1921) başa düşən sosiologiyanın oçerki (Grundrir einer verstehenden Soziologie) altbaşlığına malikdir. Sosiologiya yalnız sosial əməllərin tabe olduqları ümumi qaydaların tapılması ilə
məhdudlaşdırılmamalıdır. O, həmçinin, fəaliyyət göstərən şəxsin subyektiv niyyətlərini və motivlərini anlamağa səy etməlidir. Növbəti mərhələdə belə subyektiv niyyətlər və məqsədlər sosial əməllərin səbəbləri olaraq nəzərdən keçirilə bilər və sosioloji səbəbiyyət izahı üçün əsas ola bilər. Bu, sosiologiyaya Veberin verdiyi tərifə uyğun gəlir.

“Sosiologiya (bu son dərəcə çoxmənalı sözün burada nəzərdə tutulan mənasında) – sosial əməli şərh edərək anlamağa və bununla da onun prosesini və təsirini kauzal olaraq izah etməyə çalışan elmdir”.
Bu tərifin iki aspektinə diqqət yetirək: Onun çıxış nöqtəsi “metodoloji individualizm” adlandırılandır və o da, öz ardınca sosiologiyada kollektiv anlayışlara Veberin skeptik münasibətini gətirir. Əgər zamanın ruhu və xalqın xarakteri kimi anlayışlar sosial əməl səviyyəsinə qədər izlənilə bilmirsə, onda onlar bacardıqlarından
daha çox şeyə iddia edirlər (“uda bildiklərinə nisbətən daha çox dişləyirlər”). Lakin əgər sosiologiya yalnız fəaliyyətdə olan agentə xas olan anlamla məhdudlaşırsa, onda o, “həddindən artıq az dişləyəcəkdir”. Veberin tərifi həmçinin, əməl və hadisə arasında qeyriaşkar fərqi də özünə ehtiva edir. Sosiologiya motivli əməllərlə, təbiətşünaslıq isə motivsiz hadisələrlə (məsələn, planetar hərəkətlərlə) məşğul olur. İnsani əməllərin mənalandırılmış xarakteri təbiətdə analoqa malik deyildir. Amma bu, sosiologiyada proqnoz imkanını
istisna etmir. Əməl spesifik xassəyə malikdir, bu xassə onu təbii prosesə nisbətən qabaqcadan görülən (calculable) edir, yəni o, anlaşıqlı motivə malikdir. Deməli, əməl hadisəyə nisbətən daha az “irrasionaldır”.

 

Maks Veber

Beləliklə, Veber vurğulayır ki, “başa düşmə” (Verstehen) “izahı” (Erklare) istisna etmir. Hermenevtik metod, başa düşmə səbəbiyyət izahı metoduna əlavədir. Başqa adamların “üfüqünə” yalnız intuitiv empatik nüfuz etmə kifayət deyildir. Motivin və məqsədin başa düşən şərhi səbəbiyyət izahı ilə tamamlanmalı və nəzarət altında saxlanılmalıdır. İnsani əməllər prosesini (məsələn, intiharların tezliyini) təsvir edən statistik müddəalar Veberə görə, yalnız əməllərin mənası aydınlaşdığı zaman kifayət qədər izah əldə edə bilər. Deməli, sosial elm agentin və onun niyyətlərin subyektiv üfüqünün aydınlaşdırılması yolu ilə inkişaf etməlidir.

Biz demişdik ki, tədqiqat mövzuları dəyər anlayışının köməyi ilə yaradılır və elm dəyər baxımından azad olmalıdır. Veber burada heç bir ziddiyyət görmür. Bəli, məhz dəyərlər vasitəsi ilə nəsə tədqiqatın relevant mövzusuna çevrilir. Amma bizim alim olaraq, bu mövzu haqqında təsdiq etdiklərimiz dəyər mühakimələrin yardımı
olmadan söylənilməlidir426. Burada “ideal tiplər” mərkəzi rol oynayır. “İdeal tiplər” bazis elmi anlayışlar kimi şərh oluna bilər. Onlar məcmu halında reallığın müəyyən mənada “modelini” təşkil edirlər.

Nominalistik mövqeləri əsasən, dəstəkləyən Veber üçün ideal-tip anlayışları (məsələn, “iqtisadi insan”) reallığın xarakteristikası deyildir. Rikkertə və neokantçılara görə, ideal tip yalnız reallığın mənasız müxtəlifliyinin nizama salınması üçün istifadə olunan formal “alət” olaraq düşünülür. O, tədqiqat predmetinin spesifik aspektlərini
işıqlandırır və heç bir normativ mənaya malik deyildir. (İdeal tiplər normativ mənada “ideallarla” ümumi heç nəyə malik deyildir. Məsələn, “xarizmintik krallıq” ideal tipi krallığın o tipini təsvir edir ki, o, xalis şəkildə heç bir zaman heç bir cəmiyyətdə tapılmayacaqdır. Bu,”Renessans”, “protestant etikası”, “kapitalizmin ruhu”, “məqsədli rasional əməl” və i.a. kimi ideal-tip konstruksiyalara da aiddir.

İdeal tiplərə Veberin nöqteyi-nəzəri kateqoriyaların kantçı konsepsiyasının işığında anlaşıla bilər. Kantın kateqoriyaların reallığın istənilən mümkün idrakının şərti olması fikrinə analoji olaraq, Veberin sosioloji ideal tipləri elə bir özünəməxsus şəbəkə olaraq çıxış edir ki, güman olunduğu kimi, reallığın sonsuz müxtəlifliyində nəyisə tutub saxlayır. Lakin Kantın kateqoriyalarının əksinə olaraq, ideal tiplər əbədi və dəyişməz deyildir. Onlar tədqiqatçı tərəfindən qurulur və dəyişdirilə bilər. Lakin onlar məntiqi olaraq ziddiyyətsiz və işlərin
vəziyyətinə “adekvat” olmalıdır.

 

Mənbə:  Qunnar Skirbekk Nils Gilye – Fəlsəfə Tarixi

Əlavə oxu: Maks Veber – azadlıq və “dəmir qəfəs” , 

Maks Veber – Protestantizm və kapitalizm

 

 

 

 

 

STAY CONNECTED

19,697FansLike
2,179FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Mühəndis sözünün etimologiyası və formalaşması (Ensiklopedik bilgi)

Mühəndis sözünün ingilis dilində hərfi mənasını daşıyan “engineer” sözü “to engine” felindən yaranmışdır. “Engine” və “ingeniouse” sözləri “yaratmaq” mənasını daşıyan (to create) latın sözü olan “ingenerate” sözündən yaranmışdır....

Kralların zəhəri və ya zəhərlərin kralı – Arsen

Napoleon Bonapartı öldürən, Claude Moneti kor edən, Vinsent Van Qoqun ağlını itirib qulağını kəsməsinə səbəb olan...

Biotibbi texnikada elektronika amili

Biotibbi texnikanın inkişafı bilavasitə elektronika sahəsində əldə olunan naliyyətlərə əsaslanır. Buna görə də elektronikanın inkişaf mərhələlərinə uyğun olarq biotexniki vaisətlərdə müxtəlif...