Мarketinq nədir?

Post date:

Author:

Category:

Marketinq ingilis termini olub, ”market” sözündən əmələ gəlmişdir. Mənası «bazar, bazar yaratmaq» deməkdir. Marketinqin zəruriliyinə ehtiyac istehsalın və bazarın inkişafının müəyyən mərhələsində yaranır. Belə zərurət ilk dəfə XX əsrin əvvəllərində ABŞ-da yaranmış və beləcə marketinq də ilk dəfə orada meydana gəlmişdir. Azad sahibkarlığın ilk dövründə sahibkar imkanı çatdığı qədər məhsul istehsal etmişdir və bu, vaxtaşırı əmtəə qıtlığına səbəb olmuşdur. Beləliklə, istehsallа istehlak arasındakı ziddiyyət iqtisadi böhranlar törətmişdir. Azad sahibkarlığın inkişafının sonrakı mərhələsində istehsal qüvvələri daha sürətlə inkişaf edirdi və sahibkarlar bazara böyük həcmdə məhsul çıxarırdılar.

Lakin indi də əhalinin alıcılıq qabiliyyəti bütün əmtəələri reallaşdırmağa imkan vermirdi. Bazar iqtisadiyyatı şəraitində istehsalçılar rəqabət mübarizəsində məğlub olmamaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Bu vasitələrdən biri də marketinqdir. Artıq XX əsrin ortalarından inkişaf etmiş dövlətlərdə iri firmalar marketinqin köməyi ilə bazarda satıla bilən qədər məhsul istehsal etməyə çalışırlar. Marketinqin tətbiqinin son məqsədi firmaların gəlirlərini artırmaq və istehsal xərclərini endirməkdir.

Marketinq idarə etmənin ən müasir, aparıcı formasıdır. Marketinqin vəzifəsi tələbatın və qiymətin səviyyəsini öyrənməklə bitmir. Marketinq əmtəələrin daşınması, saxlanması, reklamın təşkili və s. məsələləri öyrənir və istehsalı bazarın tələin ə uyğun istiqamətləndirir. Marketinq eyni zamanda ölkə müəssisələrinin müstəqil olaraq xarici bazarlarla əlaqələrinin genişlənməsində də rol oynayır. Məhsulun hansı məqsəd üçün istehsalından asılı olaraq, marketinqin bir neçə növü var: istehsal malları marketinqi, istehsal vasitələri marketinqi, beynəlxalq marketinq v ə s. Unutmaq olmaz ki, marketinq əmtəə qıtlığı ilə bir araya sığmır. Onun fəaliyyəti yalnız əmtəə bazarının bolluğu şəraitində mümkündür və bu, əsas ən iri firmalar üçün daha əlverişlidir.

Azərbaycan Dövlər İqtisad Universiteti dərslikləri- İqtisadi mətnlər

STAY CONNECTED

20,112FansLike
2,238FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...

Superkompüter nədir? (Ensiklopedik bilgi)

Superkompüter – çoxprosessorlu hesablama sistemidır və ilk superkompüter amerikan mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır və məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində...