Materiya / Qədim fəlsəfə materiya haqqında

Post date:

Author:

Category:

Materiya kateqoriyası fəlsəfi düşüncəni əski çağlardan dolambaclara salan çoxlu problemlər vermişdir.
Həm idealist, həm materialist adlanan fəlsəfələr onların üstündə yetərincə baş sındırıblar.
Materiya latın sözü olub nəsnəliyi, cismaniliyi bildirir. Əski yunanlar ona «hile» demişlər. Bu sözün ilkin
anlamı «ağac materialı» olub. Sonralar hile ərəbcədən «həyulə» kimi Ortaçağ müsəlman fəlsəfəsinə keçmiş
və hətta türkdilli fəlsəfədə də işlənmişdir.

İlkin soraq kimi bildirək ki, «materiya» anlayışının tutumu çox genişdir və bütün nəsnələri, onları
bağlayan, ayıran ilişgiləri bildirir.

Əski Yunanıstanda Fales, Anaksimandr, Anaksimen, Heraklit, Demokrit, Epikur tapmağa çalışırdılar ki,
nəsnəl başlanğıc anlayışını necə açıqlasınlar ki, ondan ayrı-ayrı cisimlərin özgə, qıraq güc olmadan
törədiyini göstərə bilsinlər. Yəni doğrultsunlar ki, materiya dürlü nəsnələri yaratmaq üçün özü-özünə
yetərli olur, bəs edir.

Fales belə hesab edirdi ki, nəsnəl başlanğıc kimi suyu götürəndə nəsnələrin ondan törəməsini, onda
qaldığını göstərmək olar.

Nəyə görə?

Ona görə ki, maddi başlanğıc ayrı-ayrı nəsnələrdə cürbəcür görünüşlərə düşür. Suyun da cürbəcür
görünüşlərə düşməsi var. Məsələn, su buza çevriləndə bərkiyir və əgər adam suyun buza, buzun suya
çevrilməsini öz gözüylə görməsəydi, heç ağlına da gəlməzdi ki, onlar mahiyyətdə birdirlər.

Eləcə də suyun buxara, buxarın suya çevrilməsi. Falesin fəlsəfəsindən belə çıxırdı ki, gerçəklikdə bütün
nəsnələrin (cisimlərin) yaranması, dəyişməsi üçün əzəldə Suyun, bir də onda bərkişmə, seyrəlmə
hərəkətinin olması bəsdir. Su bərkidikcə daha qalın, ağır maddələr (torpaq, daş, metal və s.), seyrəldikcə
yumşaq, yüngül maddələr alınır.
Heraklit ilkin maddə kimi (arxemateriya kimi) Odu götürürdü.

Nə üçün?

Onun üçün ki o da istəyirdi elə bir ilkin maddə tapsın ki, dünyanı özündə, içində olanlar əsasında törədə
bilsin. Heraklit göstərirdi ki, hər yerdə biz dəyişməni, zidd tərəflərin (qarşıtların) çəkişməsini, çarpışmasını
görürük. Bu isə durmazlıqdır, hərəkətdir. Deməli, ilkin maddə elə olmalıdır ki, hərəkət, dəyişkənlik onun
canında olsun. Belə bir maddə isə Oddur. Od alışandan sonra heç nə ona toxunmadan dilləri özü-özünə
titrəşməyə başlayır.
Əski fəlsəfi ideyaları indiki elm əsasında yozmağa çalışanlar Heraklitin Odu arxemateriya kimi
seçməsində ayrıca bir dərinlik görürlər, çünki fizika da söyləyir ki, materiya enerji olduğu üçün törədici
gücün yiyəsidir.
Demokrit materiyanı atomlar çoxluğu kimi açıqlayırdı və nəsnələrin səbəbini, necəliyini, nəliyini belə
əsaslandırırdı: istənilən cür biçimləri, formaları olan atomlar var, onlar boşluq içində uçurlar. Bir-birinə
rastlaşanlar , – formaları qoyursa, – bir-birinə pərçimlənirlər. Beləcə, atom üstünə atom, atom yanına atom
yığıldıqca topa böyüyür-böyüyür, gözə görünən nəsnəyə çevrilir. Deməli, Demokritə görə, materiyanın
nəsnələri törətməsi üçün iki şey gərəkdir. Hərəkətdə olan saysız atomlar, bir də boşluq ki hərəkət üçün yer
verir.

Mənbə: Fəlsəfə tarixində Fəlsəfə

STAY CONNECTED

20,104FansLike
2,237FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...

Superkompüter nədir? (Ensiklopedik bilgi)

Superkompüter – çoxprosessorlu hesablama sistemidır və ilk superkompüter amerikan mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır və məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində...