Mayalar kim idi ki?

Post date:

Author:

Category:

Mayalar e.ə. 600-lərdə bu gün Meksika, Honduras, El-Salvador kimi Mərkəzi Amerika adı ilə tanıdığımız coğrafiyada yerləşmiş, b.e. 250-900-cü illərində – Klassik Maya Dönəmində yüksəlişə keçmiş, astronomiya, riyaziyyat, memarlıq, sənət sahələrində irəliləmiş bir toplum idi. Amma Klassik Maya dövrü, yuxarada dediyimiz kimi 900-lərdə sonlandı, bununla da, Maya şəhərləri boş qaldı, şəhərlər cəngəlliyin yaşıl bitki örtüyü ilə örtüldü. Bu çöküşün səbəbini bəzi araşdırmaçılar mayaların daxilində hərbi münaqişələrdə su və quru ticarət yollarının pozulmasında görür. Bəziləri isə düşünür ki, meşələrin azalması və quraqlıq çöküşə səbəb olub. Tam çöküşü isə imperialist ispan işğalları ilə bağlıdır. Klassik Maya dövründən əvvəl e.ə.1800-b.e.250-ci illəri əhatə edən Pre-klassik Maya dövrü gəlir ki, bu dönəmdə maya qəbilələri artıq Orta Amerikada yerləşmiş və kəndlər qurmuşdular. Qonşuluqda azteklərlə birgə həyat sürüblər.

Mayaların şəhərləri (Şəkil.1)

Картинки по запросу maya temple
Maya məbədi. (Şəkil.2)

 

Maya mədəniyyətinin kəşfi ilk olaraq 1830-larda başladı və yazı sistemlərinin kiçik bir bölümü də ilk olaraq, bu zamanlarda anlaşıldı. Kəşflər göstərir ki, Maya sivilizasiyası vahid bir dövlətdən deyil, kiçik-kiçik dövlərdən ibarət idi, bəzən bunlardan güclü olanı zəifindən xərac alırdı. Hər biri, təxminən, 5000-50000 arası əhaliyə sahib 40 şəhər var idi. Əsas şəhərlərinə Tikan, Uaxaktun, Kopan, Bonampak, Dos Pilas, Kalakmul, Palenque, Rio Bek şəhərlərini örnək vermək olar. (Şəkil.1).

Mayalar, əsasən, qarğıdalı, balqabaq və paxlalılara dayanan kənd təsərüfatı ilə məşğul olurdular.

İnkişaf etmiş memarlıqlarının olduğunu piramidaya bənzəri məbədlərin (Şəkil.2) tikilişindən anlamaq mümkündür.

Ən qədim məbədin yaşı 2000 ildən çoxdur. Məbədlərin üzərinə astronomik və dini oymalar işlənmişdir. Məbədlərdə, gündəlik olaraq qurban kəsilməsə, Günəşin bir daha yüksəlməyəcəyinə inanan azteklərin əksinə, mayalar nadirən insanlardan qurban kəsirdilər. Tarixçilərin sözünə görə Maya kralları digər kralları öldürərkən onları qurban olaraq kəsmişdir. Bundan başqa mayaların mifolojik-dini inanclarının toplandığı Popol Vuh (Zamanların və ya “Hadisələrin Kitabı”) adlı kitab Quatamalada üzə çıxarılmışdır. Dinləri politeist (çoxtanrıcı) baxışda idi. Şamanizmə bənzər dini ayinlər icra edilirdi. Bu ayinlərdə trans halına keçid kimi dəyərləndirilən hadisə zamanı uyuşdurucu tərkibli bitkilər də istifadə edilirdi.

Pensilvaniya Universitetinin professoru Robert Şarer öz kitabı “Maya mədəniyyətində gündəlik yaşam” (Daily Life in Maya Civilization) kitabında bildirirdi ki, mayalar hər şeyin müxtəlif dərəcədə ilahi və görünməyən bir güclə, keyfiyyətlə nüfuz etdiyinə inanırdı.

Image result for popol vuh

Yuxarda bildirdiyimiz kimi mayalar o zamanlar ayrı-ayrı dövlətlər quran bir topluluq idi. Elə buna görə də günümüzdə bir-birindən fərqlənən maya ləhçəsindən ibarət Maya dili (və ya Maya dilləri) var və hələ də yaşamaqdadır. Ethnologue-nin məlumatına görə bu gün 68 dialektdən ibarətdir və 6 mln.-dən çox insan bu dili bilir.

Картинки по запросу maya calendar
Maya təqvimi.

Ümumiləşdirmiş olsaq, mayalar qədim mezoamerikan (Orta Amerika) mədəniyyətləri işərisində öz memarlıq, astronomiya və sənət bacarıqları ilə seçilən bir xalq idi və elə buna görə də tarixçilərin araşdırılması üçün ən çox maraq saldığı qədim millətlərdən biridir.

Yazdı: Subhan Qulu

Redaktə etdi: Pəri Abbaslı

İstifadə edilmiş mənbələr: Britanika Ensiklopediyası (www.britannica.com/topic/Maya-people), Live Science (www.livescience.com/41781-the-maya.html)

STAY CONNECTED

18,754FansLike
1,987FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.