Merkantilizm nədir? / İqtisadiyyata giriş

Post date:

Author:

Category:

Merkantilizm (it. merkante – “tacir”) — iqtisadi fəaliyyəti, iqtisadi hadisə, prosesləri və qanunauyğunluqları sistemli öyrənən ilk nəzəri praktiki sistem

İqtisadiyyatın həyatın bir istiqaməti olması, hələ onun elm kimi formalaşması demək deyil. Ayrı bir anlayış və tədqiqat sahəsi kimi, iqtisadiyyat yalnız insanlar arasında müəyyən qaydaların və icmalar arasında münasibətlərin formalaşması nəticəsində mümkün oldu. İqtisadi elm predmetin əsasını təlimlər təşkil edir. İqtisadi təlimlər isə cəmiyyətin iqtisadi həyatında baş verən dəyişikliklərlə əlaqədar iqtisadi sistemlərin bir-birini əvəz etməsinin qanunauyğunluqları tədqiq edir. Eyni zamanda bu əvəz etmə baş verəndə insanların davranış qaydaları da dəyişir və bu dəyişikliklərin məntiqi də predmetin vacib hissəsidir.

İndiki formada mövcud olan iqtisadi nəzəriyyə təxmini 250 il əvvəl kapitalizmin təşəkkül tapdığı dövrdə meydana gəlməsinə baxmayaraq ilkin olaraq iqtisadiyyat ilə bağlı müxtəlif təlimlər və fikirlər ondan əvvəl də mövcud idi. İlk fikirlər hələ Qədim Yunanıstanda irəli sürülmüşdü. Amma bu fikirlər çox da yayıla bilmədi. Müvafiq iqtisadi münasibətlər buna imkan vermədi. Yalnız min ildən çox müddət keçəndən sonra ilk formalaşmış iqtisadi nəzəriyyə irəli sürüldü. Bu da merkantilizm nəzəriyyəsidir. Merkantilizmə qədər iqtisadi nəzəriyyə müstəqil tədqiqat sahəsi olmamışdı. Aparılan iqtisadi tədqiqatlar sistemsiz şəkildə həyata keçirilirdi və hətta iqtisadi fəaliyyətin özü belə müstəqil fəaliyyət sahəsi kimi qəbul edilməmişdi. İlk dəfə “siyasi iqtisadiyyat” terminin tətbiqi məhz merkantilistlərə aiddir.

Alimlər merkantilizm nəzəriyyəsinin inkişafını ümumi olaraq iki dövrə bölürlər: ilk dövrünü XV-XVI əsrlərə, ikinci dövrünü isə XVII əsrə aid edirlər. Onları ümumiləşdirən cəhətlərə pulun vacibliyi (pul ticarəti stimullaşdırır), “aktiv ticarət balansı” (ixracat daima xeyir verir, amma idxal əksinə), yerli sənayenin inkişaf etdirilməsi aid etmək olar. Sadəcə bu məsələlərə yanaşmalar bir qədər fərqlənirdi. Merkantilizm iqtisadi siyasət və iqtisadi nəzəriyyələr sistemi kimi fəaliyyət göstərirdi. İqtisadi siyasəti ölkədə və dövlət xəzinəsində qiymətli metalların, yəni pulun hər vasitə ilə toplanmasından, nəzəriyyəsi isə iqtisadi qanunauyğunluqları tədavül sahəsində, xüsusən xarici ticarətdə və pul dövriyyəsində axtarılmasından ibarət idi. Merkantilist siyasətin əsas məqsədi dövlətin sərvətini və qüdrətini artırmaq idi. Bunun yolları isə “ticarət sistemində” axtarılırdı. Müvafiq olaraq merkantilizmin ideyaları ticarət və pul kapitalı nümayəndələrinin (tacirlərin və sələmçilərin) mənafeyini müdafiə edirdi. Ümumiyyətlə merkantilizmin inkişaf dövrü natural təsərrüfatın bazar münasibətləri tərəfindən sıxışdırılması dövrü idi. Məhz buna görə, merkantilistlər əsas diqqətlərini tədavül sahəsinə yönəldirdilər. Onlar istehsala sadəcə olaraq sərvəti artırmaq üçün bir vasitə kimi baxırdılar: istehsal xarici ticarətin məqsədinə tabe etdirilir. Karl Marksın fikrincə bu dövr “kapitalın ilkin yığım” dövrünə aid idi. Başqa sözlə vəsait gəlməlidir, amma getməməlidir. Bu şəraitdə istehsal pulun xaricə axmasına əngəl kimi görünürdü.

Məhz merkantilistlərin iqtisadi ideyaları (Fransada ən böyük təmsilçi 17-ci əsrdə faktiki hökumət rəhbəri olan Can Batist Kolber idi və merkantilizim onun adı ilə bağlanırdı) ilə mübarizə nəticəsində fiziokratlar məktəbi yarandı. Bu məktəbin nəzəri əsaslarını qoyan fransız həkim Fransua Kenedir. O yazılı olaraq, fiziokrat ideyaların “İqtisadi cədvəl”-də göstərmişdi. Fiziokratların merkantilistlərdən əsas fərqi varlığın mənbəyi ilə bağlı idi. Belə ki, adından da başa düşüldüyü kimi (“fiziokratizm” – “təbiətin hakimiyyəti”), bu məktəbin nümayəndələri əsas gəlir mənbəyi kimi torpağı qəbul edirdilər və onların fikrincə mənfəət yalnız kənd təsərrüfatı sahəsində yaranan əlavə istehsalın nəticəsidir. Bu məktəbin əsas prinsipləri bunlardır:

  • Varlıq ticarətdə yox, kənd təsərrüfatında yaranır – əsas iqtisadi sahə kimi kənd təsərrüfatı və əsas mülkiyyət kimi torpağ başa düşülürdü.
  • Cəmiyyət üç təbəqəyə bölünür: birinci təbəqə fermerlər, ikinciyə sənətkarlar, sənaye işçiləri, ticarətçilər və ev qulluqçuları aid idi, üçüncünü isə torpaq sahibləri təşkil edirdi  (Kene onları: “istehsal təbəqəsi”  (əkinçilər), torpaq sahiblərin təbəqəsi və “səmərəsiz” təbəqə (sənaye işçiləri, ticarətçilər və digərləri) adlandırdırdı).
  • Yalnız fermerlərin əməyi mənfəət yarada bilər. Beləliklə əsas gəlir mənbəyi qismində torpaq rentası çıxış edir.
  • İstehsal amilləri arasında xüsusi rol torpağa aiddir.

Merkantilistlər ilə mübahisə nəticəsində isə klassik siyasi iqtisadiyyat formalaşdı. Klassik iqtisad elminin banisi Adam Smit hesab olunur. Şotland əsilli olan iqtisadçı ümumi olaraq iqtisadi nəzəriyyənin banisi və indiki formada təhlil etdiyimiz elmin başlanğıcını qoyan insandır. 10 illik işin və Avropa üzrə səyahətin nəticəsi olaraq, 1776-ci ildə “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat” (ing. An Inquiry into the Nature and Causes of the Wealth of Nations) adlı yayımlanan əsəri oldu. Çap olunduqdan sonra böyük uğur qazanan kitab, Smitin dünyada məşhur iqtisadçı kimi tanınmasının da əsas səbəbi olmuşdur. Bu əsər xalqların sərvəti iqtisadi prinsiplərin ortaya çıxmasını və eyni zamanda müstəqil və sistematik hala gəlməsini təmin etdiyi üçün iqtisad elminə ciddi təsir edib .

Daha geniş məlumat almaq üçün Toğrul Vəliyevin “Baku Research Institute” üçün dediyi “İqtisadiyyata Giriş” mühazirəsini dinləməkdə fayda var.

Müəllif: Toğrul Vəliyev

STAY CONNECTED

20,764FansLike
2,413FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.