Meyl pozuntuları

Post date:

Author:

Category:

Meyl pozuntuları

Meyllər insanlara və eyni zamanda digər canlılara məxsus olan ibtidai, həyati tələblərin (instiklərin) ödənilməsinə yönəldilən fəaliyyətdir. Lakin insanlar arasında bu tələblərin ödənilmə formaları intellektual inkişafla əlaqədar olaraq daima formalaşır və keyfiyyətcə heyvanlarda olduğundan fərqlənir. Instinklərin əsas formaları bunlardır:

  1. Həyatı davam etmək (yaşamaq) instinkti
  2. Nəsli davam etdirmə (cinsi) instinkti

İnsan cəmiyyətində instinktlərin icra formaları müxtəlif qayda – qanunlar, adət – ənələr, tərbiyə elementləri və s. vasitələrlə tənzim olunur. Məsələn, həyat fəaliyyətinin davam etdirilməsi üçün insan qida qəbul etməlidir. Qidanın qəbulu vərdişdən asılı olaraq günün müəyyən saatlarında, müəyyən miqdarda və yeyilməsi məqsədəuyğun olan qidaların qəbulu ilə həyata keçirilir. Cinsi instinktin ödənilməsi də müəyyən qaydalarda, adət – ənənə və sosial tələblər əsasında icra olunur. Meyllərin pozuntularını araşdırarkən yuxarıda göstərilənləri nəzərə almaq vacibdir.

Meyllərin pozulması özünü onların güclənməsində, zəifləməsində və cəfəng formada icra olunmasında göstərə bilər.

Qidalanma meylinin pozulması.

  1. Qidalanma meylinin zəifləməsi və ya tamamilə itməsi anoreksiya adlanır. Psixi anoreksiya zamanı aclıq hissinin itməsi (depressiya, katatonik tormozlanma və s. hallarda) və ya hər hansı psixopatoloji səbəbdən (sayıqlama ideyaları, pis iylə müşayiət olunan qoxu hallusinasiyaarı), qidadan imtina etmək müşahidə edilir. Nevrogen anoreksiya isə əsasən, yeniyetmələr və gənclər arasında rast gəlinən, ağıqlama məqsədilə qida qəbuundaan imtina etməklə əlaqədar meydana çıxır.
  2. Qida meylinin güclənməsi – polifaqiya (bulemiya), yeməkdən doymamaq, qarınqululuq əlamətləri ilə özünü göstərir. Belə şəxsər 4 – 5 adamın payını yeyə bilirlər.
  3. Yeməyə meylin keyfiyyətcə pozulması və ya yeyilməsi mümkün olmayan əşyaların qəbulu (patoloji iştah) nisbətən az hallarda rast gəlinir. Belə pozuntusu olan şəxslər dəmir, şüşə, təbaşir, torpaq və s. əşyaları yeməyə meyl göstərir. Nadir hallarda təsadüf edilən, ağır psixi xəstəliklərlə əlaqədar meydana cıxan qida meyliin pozuntusu zamanı xəstə öz ifrazatını belə qəbul edə bilər. Kaprofakiya şızofreniyanın son dövründə, kəskin qğıl zəifliyi ilə yanaşı müşahidə olunur.

Impulsiv meyllər.

Bu ad altında təsvir olunan pozuntuları bəzi şəxslərdə rast gəlinən, ictimai qaydaların əleyhinə yönəlmiş, yaşayış normalarına zidd gedən hərəkətlərə meyl göstərək təşkil edir. Bu kimi pozuntulara aşağıdakılar aiddir:

  1. Impulsiv hərəkətlər. Səbəbsiz mənasız və qəfləti meydana çıxan hərəkətlərə deyilir. Belə pozuntulara məruz qalan adam heç bir səbəb olmadan kiməsə hücum edir, iti sürətlə hərəkət edən nəqliyyata atlanıb minir və ya oradan düşərək harasa qaçır, qeyri – adi səslər çıxarır, özlərinə qəsd etmək hərəkətləri nümayiş etdirirlər və s. Belə bir şəxs küçədə bir nəfərə hücum edərək şlyapasını başından götürür, ayaqları altına atıb, qoz kimi vuraraq küçənin o biri tayına tullamışdır. Sonra isə ikinci bir şəxsə hücum edib qalstuqundan yapışaraq onu boğmağa başlamışdır. ətrafdakıların köməyi ilə aralaşdırıldıqdan sonra sakitləşmiş, təhqir etdiyi hər iki şəxsdən üzr istəmiş, sonra hadisə yerindən uzaqlaşmışdır.
  2. Piromaniya – yanğın törətməyə meyl etməkdir. Belə şəxslər həmişə özlərində kibrit, alışqan gəzdirir, imkan düşən kimi yanğın törətməyə cəhd göstərirlər. Səbəbini soruşduqda hərəkətərinə heç bir izahat verə bilmir, bəzən peşman olduqlarını söyləyirlər.
  3. Dromomaniya – mənasıq səyahətlərə, avaraçılığa (red. öz həyatına naraahtlıq olacaq şəkildə) meyl göstərməkdir. Tutma şəklində baş verən bu meyl pozuntusu zamanı şəxs gözlənilmədən işini, ailəsini, evini atır, təhsilini yarımcıq qoyaraq hara gəldi (bəzən ən uzaq şəhərlərə, vilayətlərə) yollanır. Lazım olan əşyaları, geyimi və pulu olmadan belə adamlar bir müddətdən sonra polis şöbələrinə, psixatriya xəstəxanalarına düşməli olurar.
  4. Kleptomaniya – vaxta.ırı baş verən, mənasız, məqsədsiz oğruluğa meyl göstərməkdir. Belə adamlar əksər hallarda qiymətsiz, gərəksiz şeyləri oğurlayır, sonra da harasa tullayır və ya kiməsə bağışlayırlar.
  5. Plyuşkn simptomu – lazımsız, yararsız şeyləri toplamaq və saxlamağa qarşı olan maraqdır. Qocalıq ağıl zəifliyi zamanı tez – tez rast gəlinir.

 

N.İsmayılov – Pisxiatriya (Ali məktəblər üçün dərslik)

 

STAY CONNECTED

20,454FansLike
2,295FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.