Mikelancelo və məşhur əsərləri

Post date:

Author:

Category:

Mikelancelo Buonarroti 6 Mart 1475-ci ildə Fransanın cənubunda yerləşən Caprese şəhərində doğulmuşdur. 1488-ci il tarixində Florensiyada rəssam Ghirlandaio’nun emalatxanasında işləməyə başladı. Fresko (divar rəsmləri) hazırlamağı, məhz  burada öyrəndi. Mikelancelonun məqsədi,daş kütlələrini dilə gətirə biləcək həqiqi bir heykəltəraş olmaq idi. Təsadüf nəticəsində tanış olduğu Lorenzo di Medici ilə birgə onların sarayında qaldı. Masaccionun rəsm əsərləri Mikelanceloda rəsm çəkməyə qarşı maraq yaratdı.Burada qaldığı illərdə “Pilləkənlər Madonnası” və Kentaurosların müharibəsi ” adlı mərmər relyeflərini hazırladı.

Pilləkəndəki Madonna

Kentaurosların müharibəsi

1495-ci ildə Florensiyaya qayıtdıqdan sonra dini və mifologiya ilə bağlı mövzular üzərində işləməyə başladı. “Yatmış Eşq Tanrısı” adlı heykəli Kardinal Riari tərəfindən Romaya dəvət edilməsinə şərait yaratdı. Romada qaldığı 1496-1501-ci illərdə keçmiş Roma və Yunan heykəlləri ilə bağlı çalışmalar etmişdir. “Sərxoş Bachus” və “Pieta” çalışmalarında donuq bir üslub nəzərə çarpır.

Sərxoş Bachus

Pieta

Dəvət üzərinə 1501-ci ildə Florensiyaya gedən Mikelanceloya Santa Maria del Fiore Kilsəsində yerləşən və 40il öncə heykəltəraş Agostino di Duccio tərəfindən “Davud” heykəli olaraq düzəldilməli olan lakin hazırlanmamış böyük bir mərmər hissəsi göstərildi. Carrara ocaqlarından gətirilən mərmər ziyan edilmək qorxusu ilə heç bir heykəltəraş tərəfindən baxılmamışdı. İşi tamamlamaq üçün 2 illik verilən zamana baxmayaraq Mikelancelo bu əsər üzərində 4 il işləməli olmuşdur. Ortaya çıxan 7 metr hündürlüyündəki heykəl Leonardo da Vinci, Botticelli, Filippo Lippi, Perugino və Piero di Cosimo tərəfindən çox bəyənilərək şəhərin ən əhəmiyyətli yeri olan Palazzo della Signorianın qarşısına yerləşdirildi. 1544-cü ildə tamamlamış olduğu görkəmli “Musa” heykəlinin cansız bir mərmər parçası olmasına baxmayaraq Mikelancelo, ruh qüvvətini maddə gücü şəklində o qədər mükəmməl işləmişdir ki, əsəri bitdikdən sonra, çəkic ilə heykəlin dizinə vurmuş və:

-“Danış” deyə qışqırmışdır.

Davud

Vatikanın Sistin Şapelinin tavanını əhatə edən Keçmiş Əhdi-Cədid də 9 fərqli səhnəni göstərən fresko qrupundan biri olan “Adəmin yaradılışı” (The creation of Adam) Freskosu tavanın mərkəzində, tamaşaçının diqqət mərkəzində yerini alır.

Adəmin yaradılışı

Əsər çarpaz bir xətt ilə iki hissəyə ayrıla bilər. Soldakı hissə, Yer üzündə yerləşən Cənnət Bağçasını “Garden of Eden”i təmsil edir. İncəliklə işlənməyən peyzaj təsvirində Michelangelo cənnət Bağçasını sadə yaşıl rəngli bir səth və mavi çalarları olan dağlar ilə əhatələmişdir. Tanrının yeni yaratdığı ilk insan olan Adəmin gücsüz, cansız bədəni çətinliklə cənnət bağçasında uzanmışdır. Peyzajda sadə xəttləri istifadə edən Mikelancelo Adəmi rəsm edərkən əksinə, son dərəcə diqqətli bir şəkildə işləmiş, insan anatomiyasının bütün detallarını göstərmişdir. Adəmin estetik dayandığı pozada bütün əzələlər və büklümlər son dərəcə reallığa uyğun şəkildə rəsm edilmişdir.
Sol tərəfdə rəsm edilmiş olan açıq çəhrayı parçadan bir geyimi və tünd qırmızı rəngli örtüyü olan tanrı fiquru və mələkləri sağ tərəfdə dayanmış Adəmə tərəf yaxınlaşırlar. Boz saçlar və saqqalı ilə müdrik görünsə də əzələli bir bədən və kəskin üz xətləri Mikelancelonun burada yaratdığı Tanrı obrazının surətidir. Əsərdə Tanrının insan surətində əks olunması, İncil’də Tanrının insanı öz surətində yaratdığı fikri ilə uzlaşmaqdadır.
Tanrının örtüyü altında müxtəlif uşaq üzlərinə sahib olan mələklərin tanrı ilə birlikdə səmada süzüldüyü göstərilir. Rəsmdəki mübahisəli nöqtələrdən biri Tanrının sol qolunun altında yer alan fiqurdur. Hansı ki bir çox tənqidçilər tərəfindən daha zərif və qadın xətlərinə sahib olan fiqur, Tanrının yaradıb lakin dünyaya göndərmədiyi Həvva olaraq qəbul edilir.
Tanrının barmağının Adəmin barmağı ilə birləşmək üzərə olduğu an əsərin ən diqqət çəkən nöqtəsidir. Adəmin yüngülcə bükülmüş biləyi ilə cansız görünən barmaqları Tanrının güclü barmaqları ilə bir-birinə tamamilə ziddlik yaratmaqdadır.
Rəsm çəkilərkən istifadə olunan texnika o qədər güclüdür ki, boşluqda sürətlə süzülən Tanrının qısa zaman sonra Adəmə toxunuşu ilə can verəcəyi və Adəmin canlanıb ayağa qalxacağı hiss edilir. Tamaşaçı toxunuşdan öncəki bu anın həyəcanı ilə əsərə bağlanır.
Mikelancelo tərəfindən 4 il ərzində tamamlanan The Last Judgement “Qiyamət günü” adlı Fresko, Sistin Şapelinin giriş qapısının yerləşdiyi divarda tavana qədər olan 12 m×13,7 m- lik bir boyda yerləşən görkəmli freskodur.

Qiyamət günü

Yaxşılıq və Pislik edənlərin qiyamət günündə Cənnət və Cəhənnəmə göndərilməsi bu Freskonun əsas mövzusu olmaqla birlikdə Mikelancelonun ən məşhur əsərlərindən biri hesab olunur.
Əsərdə əsas fiqur İsa və yanında Məryəm təsvir olunmuşdur Qiyamət günündə Cənnətə göndərilməyə layiq olanları günahkarlardan ayıran İsa, hər birini ayrı istiqamətlərə yönləndirir.
Diqqətlə rəsmə baxıldığı zaman rəsmin sol tərəfində yerdən yüksələn, məzarlarından çıxarılıb havalanan cənnətlik insanlar yuxarı doğru ,rəsmin sağ tərəfində isə yuxarıdan aşağı doğru alovlar içərisindəki cəhənnəmə doğru göndərilən insanlar yer alır.
Rəsmdə soldan sağa doğru çəkilən dairə ətrafında sanki burulğan içərisində hərəkət edirmişcəsinə obrazlar rəsm edilmişdir. Hərəkətsiz qalan fiqurlar isə Yalnızca İsa və Məryəmdir.Ətraflarında dairə yaratmış olan müqəddəslər isə rəsmə daha çox ilahilik təsiri bağışlayır. Bu halda Mikelancelonun bu ilahi əsəri yerində dayanmadan hərəkət edən bir film səhnəsinə bənzəyir.
Rəsmdəki fiqurları araşdıraraq:


1)Rəsmin əsas fiquru olan İsa eyni zamanda əsərə hərəkət verən fiqurdur. Bir əli ilə yuxarını, digər əli ilə aşağını göstərməsi kimlərin cənnətə, kimlərin isə cəhənnəmə gedəcəyinə işarət edir. İsanın əlinin bu hərəkəti eyni zamanda bədənində olmuş yaraları da açıqca görülən edir. Ovucları və ayaqlarındakı mismar dəlikləri və bədənindəki kəsik açıqca görünür. Mikelancelonun İsa obrazı güclü bədənə sahib olmaqla birlikdə ənənəvi İsa fiqurlarından fərqlənir. Saqqalsız və demək olar ki, çılpaq şəkildə təsvir edilən İsa Çarmıxa çəkilən İsa dan daha çox Yunan tanrısı Zevsə bənzəyir.

2)İsanın yanında təsvir olunmuş Məryəm obrazı saflığı və təmizliyi vurğulamaqla yanaşı olub bitənləri sakitcə izləyir. Arxasında görünən işıq süzmələri rəsmdəki ilahi varlıqları vurğulayır.
3) İsa və Məryəmin xaricindəki dairədə isə müqəddəslər və İsanın ardıcılları təsvir edilib. İsanın sağ alt çarpazında bulut üzərində Bartholomeo görünür. Dərisi üzülərək şəhid olmuş Bartholomeo əlində üzülən dərisi və bunun üçün istifadə olunan bıçağı tutmuşdur.
4) Vəftizçi Yəhya İsa və Məryəmin sol tərəfindədir. İllərlə təbiət qoynunda yaşaması rəsmdə kürəyini əhatə edən heyvan kürkü ilə təsvir edilərək göstərilmişdir.
5) Yəhyanın yanındakı Müqəddəs Andreas İsa ilə eyni şəkildə dik çarmıxda öldürülməyi özünə uyğun görməmiş və çarpaz şəkildə bağlanan çarmıxa çəkilərək edam edilmişdir. Bu çarpaz çarmıx indiki günümüzdə Şotlandiyanın bayrağını yaratmışdır.
6) Qızmar dəmir ilə yandırılan Müqəddəs Lawrence, əlində qızmar dəmir ilə rəsm edilmişdir.
7)Müqəddəs Petrusun İsanın ölümündən öncə ona Cənnətin açarlarını verərək özündən sonra insanlığa sahib çıxması üçün vəzifələnməsini, əlində böyük bir açarla İsaya tərəf durması ilə göstərilmişdir.
8)Müqəddəs Petrusun arxasında olan qırmızı geyimdə rəsm edilən Müqəddəs Paulusdur.Onun xristianlığı yayması nəticəsində xristianlıq geniş bir coğrafiyaya yayılmışdır.
9)Müqəddəs Simon şəhid edildiyi mişar ilə birlikdə Bartholomeonun sağ tərəfində çəkilmişdir.
10) Yun toplamaq üçün istifadə olunan daraqların geniş dişlərinin bədəninə sürtülməsi ilə işgəncə edilərək  şəhid edilən Müqəddəs Blaise əlində yun yığma darağı işə təsvir edilmişdir.
11)Zamanının ən məşhur işgəncə aləti olan Təkər “Breaking Wheel” ilə edam edilən, tanınmış ailədən olan Müqəddəs İsgəndəriyyəli Catherine əlində tutduğu təkər ilə rəsm edilib. Catherine təkərə bağlandığı zaman möcüzəvi şəkildə təkər qırılmış və başı kəsilərək ölmüşdür. Təkərin rəsmdə yarım olması bununla əlaqəlidir.
12) Dirəyə bağlanaraq canlı şəkildə oxla vurularaq öldürülən Müqəddəs Sebastian əlində ox və gərilmiş yayla təsvir edilmişdir.
13)Cyreneli Simona İsanın Çarmıxa çəkiləcəyi xaçı təpəyə kimi daşıtdırılmışdır. Bu səbəblə də çiynində bir xaçla təsvir edilmişdi.

14,15,16) Şəklin hər iki yuxarı uclarında uçan mələklər 3 fərqli əşyanı daşıyırlar. Bu əşyalar İsanın əzablarına işarət edir. Bunlar gərilmiş olduğu çarmıx, gərilərkən başına qoyulan tikanlı tac və Çarmıxa çəkilmədən öncə bağlandığı sütundur.
17,18)Rəsmin aşağı hissəsində təsvir edilən qiyamət borularını çalan 7 mələyin qarşısında sağ və sol tərəfdə iki mələk iki kitabı tutmaqdadır. Soldakı kitab savablar kitabı “The Book Of Good Deeds” və sağdakı kitab isə Günahlar kitabı olan “The Book Of Evil Deeds” dir. Günahlar kitabının qalın göstərilməsi insanları günaha çağıran səbəblərin çox olması və buna qarşı qoyulmasının çətinliyi ilə əlaqəlidir.
19)Ümidini itirən bu günahkar şəxs şeytanlar tərəfindən aşağı doğru çəkilməkdədir.
20)Rəsmdə sağ aşağı küncdə göstərilən çay Yunan mifologiyasında qayıqlar ilə Kharonun ölüləri yeraltı dünyasına apardığı Styx çayıdır.
21)Rəsmin ən sağ aşağı küncündə təsvir olunan Midas Cəhənnəm qapısında öz yerini almaqdadır. Dantenin İlahi Komediyasının obrazı olan Midas Cəhənnəmin yuxarıdan ikinci qatında yerini alır. Və yanında olan ilan ilə şəxslərin günahları üzrə cəhənnəmin hansı mərtəbəsinə yol alacağı və burada hansı şiddətlə cəza alacağını müəyyən edir. Midas fiqurunun maraqlı bir cəhəti də əsərin çəkildiyi dövrdə Mikelancelonu tənqid edən papa köməkçisi Biagio da Cesenanın üz xətlərinə bənzəməsidir.
22) İsa ilə birgə Çarmıxa çəkilən iki oğrudan tövbə edəni rəsmdə yerini alır. Bu da əlində tutduğu xaç ilə göstərilir.
23)Aşağı hissədə yerləşən cəhənnəmdən donuza bənzəyən şeytanlar xaricə çıxmaqdadır.

Mikelancelonun bu əsəri tamamlanmış olduğu dövrdə təəssüf ki çox da müsbət qarşılanmamışdır. Xüsusilə, fiqurların çılpaq olması səbəbilə bir çox fiqurun cinsəl bölgələri sonradan örtülmüşdür. Eyni zamanda klassik İsa və Xristianlıq simvollarınının Mikelanceloya xas tərzdə rəsm edilmiş olması da xoş qarşılanmasa da, sonradan qəbul edilmişdir.

 

Mənbə:

1.https://www.sanatabasla.com/2012/11/22/kiyamet-gunu-the-last-judgement-michelangelo/

2.https://www.sanatabasla.com/2012/05/02/ademin-yaratilisi-the-creation-of-adam-michelangelo/

3.http://www.ressamlar.gen.tr/michelangelo-buonarroti-kimdir-hayati-biyografisi/

 

Tərcümə : Bənövşə Su

Redaktə etdi: Aytac Şirinova

STAY CONNECTED

18,756FansLike
1,986FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.