Milyon dollarlıq fotoqraf – Edward Steichen

Post date:

Author:

Category:

Edward Steichen Lüksemburqun Bivagne bölgəsində doğulmuş amerikalı fotoqraf, rəssam, eyni zamanda dizayner və kuratordur. Birinci Dünya müharibəsi illərində fotoqraflıq etmiş və bundan sonra həyatını bu sənətə həsr etmişdir.

Ailəsi ilə birlikdə 1881-ci ildə Amerikaya köçmüşdür. Edward 15 yaşında olarkən məktəbi tərk etmiş, beləliklə, Milwaukee’də yerləşən litoqrafiya firmasında köməkçi olaraq işə başlamışdır. Gənclik illərində İmpressionistlərə olan marağını “The pool Evening(1899, New York, Moma) əsərində görə bilərik. Xüsusilə təsirləndiyi amerikalı fotoqraflar Claude Monet və Clarence H. White olmuşdur.

Gloria Swanson – 1924

Növbəti illərdə Parisin Julien akademiyasında təhsil almış Steichen, şəxsi sənət emalatxanasını da yaratmışdır. Ardınca İngilis mənzərəli fotolar birliyi Linked Ring’ə seçilmişdir. Ən tanınmış əsəri olan Auguste Rodin’in portretini bu dövrdə çəkmişdir (1902).
İki fərqli neqativdən hazırlanmış olan (platin və ərəb saqqızı (saqqız – bikromat)) çap formaları və işıqdan yüksək formada istifadə edilməsi ilə rəsm diqqət çəkir.
New York-a qayıtmasının ardınca 1903-cü ildə Stieglitz ilə birlikdə Photo-Secession qrupunu yaratmışdır. Həmçinin Camera Work adlı jurnalı çıxartmağa başlamışdır (1903-1917-ci illər arası).

Bu jurnalda E. Steichen fotoqraf üçün belə yazır:

The Pond – Moonlight

“Əslində, hər fotoqraf əvvəlindən axırına qədər saxtadır. Praktik olaraq üzərində dəyişikliklər edilməmiş bir rəsmin çəkilməsi mümkün deyildir”.

Steichen Birinci Dünya müharibəsi illərində ilk olaraq hərbi müxbirlik, sonra isə Amerika kəşfiyyat birliklərində fotoqraflıq etmişdir. Vəzifəsini yerinə yetirərkən qarşılaşdığı hava fotoqraflığı kimi ehtiyacların da təsiri ilə müharibədən sonra fotoqraf texnologiyaları ilə maraqlanmağa başlamışdır. Bununla bağlı olaraq bir çox təcrübə həyata keçirmişdir. Bunlar, əsasən, ağ fincan və boz rəngin çalarlarının spektrindən ibarət olan bir sıra fon qarşısında müxtəlif işıq texnikalarının istifadəsi ilə çəkdiyi çalışmalar olmuşdur. Bunlardan biri də həcm və ağırlığın vurğulandığı “Pears and an Apple“dır (1921, New York, Moma).
Steichenin “Greta Garbo” fotosu sənətçinin tanınmış bir əsəri hesab olunur.
1923-cü ildə Steichen New Yorka qayıdır və burada Conde Nast Publications’da fotoqraf rəisi olaraq çalışmağa başlayır. Vanity FairVogue jurnalları üçün çəkmiş olduğu portretlər dövrün stilini müəyyən edəcək əhəmiyyətə malik hesab olunur.

The Black Canyon

1938-ci ildə professional studiyasını bağlayıb 35 mm kamera ilə təcrübə etməyə başlasa da, İkinci Dünya müharibəsinin başlaması ilə donanma fotoqrafı olmuşdur.
Bundan əlavə olaraq, Moma üçün təşkil etmiş olduğu iki sərgi; ABŞ-ın panorama portreti olan “Road to Victory” (1942) və “Power in the Pacific” (1945) təşkil etmişdir.

Henri Matisse və The Serpentine

Steichen qeyd edir ki,

“fotoqraflığın bir sənət olub-olmadığına əhəmiyyət vermirəm. Fotoqrafın, insanı insana və özünə təqdim edən bir vasitə olaraq bilinməsini görmək istəyirəm”.

Mənim balaca bacım

Fotoqraflığı buraxdıqları sonra 1947-ci ildə MOMA’nın fotoqraf sahəsinin idarəedicisi oldu. Burada 15 il ərzində çalışmışdır. Bu illərdə bir çox sərgi təşkil etmişdir. 1955-ci ildə təşkil etdiyi “The family of Man” sərgisi isə xüsusilə seçilir.

Iris ilə fiqur

The Family of Man” sərgisi ilk olaraq New York Müasir İncəsənət Muzeyində açılmış və fotoqraflıq tarixinin ən uğurlu sərgisi olaraq qəbul edilmişdir. Sərgidə 503 foto göstərilmişdir. Bunlar 68 müxtəlif ölkədən olan professional və qeyri-peşəkar fotoqraflar tərəfindən çəkilmişdir. Rəsmlərdə fərqli mədəniyyətlərin insanlarının günlük həyatlarından təsvirlər yer almışdır.

George Bernard Show

Sərgi 1955-ci ildən 1961-ci ilə kimi 37 fərqli ölkədə açılmış və sərgini 9 milyona yaxın insan ziyarət etmişdir. Bu günə kimi edilmiş ən populyar sərgi hesab olunur.

Conde Nast

Steichenin istəyi üzərinə sərgi Lüksemburqda yerləşən Grand-Duchy’yə bağışlamışdır. MOMA, 1961-ci ildə Steichen çalışmasından ibarət retrospektiv bir sərgi hazırlamışdır.

3 Armud və alma

Son çalışmalarından biri də 35 mm rəngli fotodan ibarət olan “Shad-blow Treedir. Bu əsər üçün evinin arxa bağçasında çiçəklənmiş bir ağac üzərində çalışmışdır. Sənətçinin eyni zamanda dərc olunmuş kitabı da vardır. Kitab “A life of photography” adlanır.

Gertrude Lawrence

Sənətçinin “The Pond – Moonlight” adlı fotosu, tarix ərzində ən yüksək məbləğə, 2,9 milyon $ satılmışdır.

Anna May Wong

Maypole

Charles Sheeler

Charlie Chaplin

Mənbə:http://www.photoshopmagazin.com/dergi/2007/02/milyon_dolarlik_fotografci_edward_steichen.html

Fotolarhttps://www.moma.org/artists/5623

Tərcümə: Bənövşə Su

Redaktə etdi: Pəri Abbaslı

STAY CONNECTED

20,125FansLike
2,240FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...