Mohsen Maxmalbaf kimdir? / Rejissorlar

Post date:

Author:

Category:

Mohsen Maxmalbaf (29 Mayıs 1957) iranlı rejissor, ssenarist filmmeyker və prodüsserdir. Ən önəmli İran kinomatoqraflarından (İran Yeni Dalğası, ikinci nəsil) biridir. Ölkəsində və dünyada kifayət qədər nüfusa sahibdir. Övladaları (iki qızı, bir oğlu) və həyat yoldaşı da rejissordur.

Kinoya ilk addımını rejissorluğunu Manuçehr Xaqanipərəstin (Manuchehr Haghaniparast) etdiyi “Towjeeh” filmi ilə 1981-ci ildə atan rejissor ilk filmi ” Tobeh Nosuh”u da 2 il sonra, yəni 1983-cü ildə çəkdi.1987-ci ildə çəkdiyi “The Cyclist”, 2001-ci ildə çəkdiyi “Kandahar” filmləri ilə adını tarixə yazdıran rejissor 2002-ci iləək 26 beynəlxalq mükafat qazandı və son 10 ildə beynəlxalq festivallarda diqqət mərkəzində oldu. Xüsusilə, Kandahar filmi “Time” jurnalının “tarixin ən yaxşı 100 filmi” arasında yer aldı. 2006-cı ildə isə Venesiya Film Festivalının jürisi oldu, həmçinin Asiya Film Akademiyasının hələ də sədridir.
Mohsen Maxmalbaf İran kinosunun ən önəmli adlarından biridir. Belə ki, rejissorun öz adını daşıyan studiosu və elə öz ekran əsərləri İran cəmiyyətinə daima güzgü tutur.Filmlərin surreal elementlər istifadə etməsi, minimalizm və digər iranlı kinomatoqraflar kimi uşaqların ön planda olması Maxmalbafın əsas özəllikləridir.

Qeyd: Azərbaycanda həvəskarların yaratdığı “Salaam Cinema” adlı kinoteatr Mohsen Maxmalbafın eyniadlı filmindəndir.

Mənbə: Time jurnalı

Ziya Mehti

STAY CONNECTED

20,732FansLike
2,377FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.