Molekul inşa edən “robotlar”

Post date:

Author:

Category:

Mançester Universitetinin alimləri  molekullar inşa etmək daxil olmaqla bəsit tapşırıqlar yerinə yetirə bilən dünyanın ilk “molekulyar robot“unu hazırladılar. Tədqiqatın geniş təfsilatı “Nature” jurnalında dərc edilmişdir.

Ölçüləri millimetrin milyonda biri qədər olan molekulyar robotlar kiçik bir qol istifadə edərək irəliləyib, molekulyar formalar şəkilləndirə biləcək şəkildə proqramlaşdırıla bilirlər. Hər bir robot tək bir molekulu yönləndirmə bacarığına sahib olub, sadəcə 150 karbon, hidrogen, oksigen və azot atomlarından ibarətdir. Ölçülərini daha yaxşı anlaya bilmək üçün belə düşünə bilərik: Bu robotlardan milyard dəfə milyard dənəsinin əmələ gətirəcəyi yığın bir duz dənəsi qədər olur. Gələcəkdə bu robotların tibbi məqsədlər üçün istifadə edilə biləcəyi düşünülür.

Komanda lideri Prof.David Leigh belə deyir:

“Bütün maddələr atomlardan ibarətdir və atomlar molekulları əmələ gətirən ilkin materiallardır. Bizim robotumuz həqiqətən də atomlardan düzəldilmiş bir molekulyar robotdur eynən Lego parçalarından bəsit robotların yığılması kimi. Alimlər tərəfindən  proqramlaşdırılan bu robotlar bəsit tapşırıqları yerinə yetirə bilirlər. Avtomobil sənayesində istifadə olunan robotlara bənzəyirlər, həmin  robotlar bir paneli alır və avtomobilin gövdəsinin yığılması və düzgün şəkildə yerləşdirilməsi üçün dəqiqliklə proqramlaşdırılır . Fabriklərdəki bu cür robotlar kimi bu molekulyar robotlar da tapşırılan əməliyyatı düzgün yerinə yetirmək üçün proqramlaşdırıla bilir. Təbii ki, bunu çox kiçik, molekulyar ölçülərdə edirlər“.

Belə kiçik bir mexanizmə sahib olmağın yaxşı tərəfi məmulat tələbini böyük ölçüdə aşağı salmasıdır. Əlavə olaraq bu robotlar dərman sənayesini sürətləndirib, inkişaf etməsinə böyük təsir göstərirlər. Potensial istifadə sahələrinin çox geniş  olacağına heç bir şübhə yoxdur. Prof. Leigh bunları əlavə edir:

“Molekulyar robotika, mexanizm miniatürizasiyasında son nöqtəni təmsil edir. Məqsədimiz mümkün olan ən kiçik cihazları qurmaqdır. Bu hələ başlanğıcdır və 10 – 20 il ərzində molekulyar robotların  fabriklərdə material istehsalına da keçəcəyini düşünürük”. Bu kiçik makinaların qurulması və işlədilməsi hədsiz dərəcədə qarışıq olmaqla bərabər, komanda tərəfindən istifadə olunan texnikalar, bəsit kimyəvi reaksiyalara dayanır. Prof. Leigh deyir: “Robotlar, kimya yoluyla istehsal olunub, işlədilir. Kimya atomların və molekulların bir-birlərinə nə cür təsir göstərəcəklərinin və böyük molekulların daha kiçik molekullardan necə inşa ediləcəyini bilən elmdir. Nanorobotlara inşa edildikdən sonra nə edəcəklərini deyən kimyəvi girdilər (input) əlavə olunur, eynilə kompüterdə kod yazarkən daxil edilən proqramlar kimi.”

Mənbələr:

https://bilimfili.com/molekul-insa-eden-molekuler-robot-uretildi/

https://phys.org/“Scientists create world’s first ‘molecular robot’ capable of building molecules“ https://phys.org/news/2017-09-scientists-world-molecular-robot-capable.html%3E

Salma Kassem et al, Stereodivergent synthesis with a programmable molecular machine, Nature (2017). http://dx.doi.org/10.1038/nature23677

Redaktə etdi: Lalə Yusifova

STAY CONNECTED

20,764FansLike
2,458FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Şıxəmməd Əyyubov
Bakı Mühəndislik Universitetində Kompüter mühəndisliyi üzrə təhsil alıram. Hobbi olaraq maraq dairəmdə olan mövzulardan yazıb, tərcümə edib bloqda paylaşmağı sevirəm.

Tisian Veçellionun Urbinolu Venera əsəri

Üst Renesans dövrünün ən yaxşı rəssamlarından biri hesab edilən Tisian Veçellionun (1480/1485 – 1576) ən məhşur, gözəl, cəsur və qalmaqallı əsərlərindən olan...

Parasetamol (Asetaminofen) dərmanın təsirləri

Digər bilinən adları ilə: "Panadol", Tylenol və.s. Aid olduğu farmakoloji qrup: Qeyri-steroid iltihab əleyhinə maddələr. Farmakodinamikası:...

Diklofenak (Voltaren) dərmanının təsirləri

Farmakoterapevtik qrupu: Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP) Farmakodinamikası: Diflofenak qeyri-selektiv SOG 1 və SOG 2-nin inhibitorlarıdır. SOG 1 və SOG...