Müasir Azərbaycan rəssamları

Post date:

Author:

Category:

Dövrümüzün gənc rəssamları daha müasir və aktiv mövzulara toxunarkən, dövrümüzdə yaşayan və nisbətən yaxşı çox olan şəxslər daha keçmiş adət-ənənələrlə bağlı mövzulara toxunur. İncəsənət insanlarının fərqli baxış tərzi yaratdıqları sahədə özünü göstərir. Dövrümüzün incsənət insanları içərisində Aida Mahmudova, Əli Həsənov, Leyla Əliyeva, Faiq Əhməd, Rəşad Ələkbərov, Fərid Rəsulov, Qafar Rzayev, Mahmud Rüstəmov, Nail Ələkbərov, Rəşad Babayev, Sitarə İbrahimova, Afət Bağırova, Niyaz Nəcəfov, Altay Sadıxzadə, Məmməd Mustafayev, Fual Salayev və bir çox şəxslər daxildir. Müasir Azərbaycan rəssamları mövzu adından da bəlli olduğu kimi daha özəl mövzulara və bizə yaxın mövzulara toxunurlar.

İlk öncə Faiq Əhmədin əsərlərinə göz gəzdirən zaman, Faiq Əhmədin əsərlərində keçmişin təsirin, yəni adət-ənənələri görmək olar.

Örnək olaraq bu əsəri göstərə bilərik. Siz heç belə xalça görmüsünüz? Təbii ki, xeyr. Faiq Əhməd mövzuya çox gözəl şəkildə yanaşmaqla keçmişlə günümüzün sintezindən istifadə edir. YARAT Müasir İncəsənət mərkəzində Faiq Əhmədin əsərləri də bu mövzular əsasında olmuşdur. Faiq Əhmədə “Xalq Sterotiplərini qıran adam” bənzətməsi edilir.

Gördüyünüz bu əsər YARAT-da “Nə var, odur” adlı sərgidə nümayiş edilən xalçadır. Xalça standartlardan kənardır və Faiq Əhmədin bu əsərini yarat.az saytındakı izahı belədir. “ Bakirə (2016) əsəri əllə toxunmuş xalçadan ibarətdir. Təkcə əsərlərin adları, sərginin elə ilk otağında bilavasitə intim yaxınlığı dərk etmək üçün kifayət qədər eyham vurur. Bakirə – tədricən sıx, qalın qırmızı kütləyə çevrilən ənənəvi çalara malik xalçaçılıq nümunəsidir. Bu əsər, Faiq Əhmədin tekstildən hazırladığı orijinal əsərlər silsiləsini davam etdirir və ənənəvi əl işləri, kustar təcrübələrdə “gizlədilmiş” kişi-qadın, gender münasibətləri ilə bağlı gizli saxlanılan ənənəvi “hekayələri” aşkara çıxarır. Xüsusi olaraq, sözügedən əsər, qızın ər evinə, ailəyə gətirdiyi sərvətin bir hissəsi kimi, mükəmməl parçanı/xalçanı hazırlayan, ərə getməmiş qızların əvvəlki təcrübəsini əks etdirir. Digər sözlə, bu əsər, bakirə qızın qadına çevrilməsini ehtiva edir. “. . Bu əsərlərdən başqa həmin sərgidə Aramızdakı Pərdə, Azman, Doqquz gecə, İpək Yolu, Cəmiyyət anatomiyası, Kiçik toy əsərləri Bakirə əsəri ilə eyni sərgidə nümayiş olunmuşdur. Saytda həmçinin Rəssam haqqında məlumatlar da qeyd olunmuşdur.( Nə var, odur…).

Gənc Azərbaycan rəssamları dövrümüzün mövzularına toxunmaqda daha aktivdirlər. Qafar Rzayev də belə gənclərdəndir. Qafar mövzuya fərqli yanaşma tərzi ilə seçilir və şəbəkələr üzrə işləri, eyni zamanda qraffiti rəssam olan Qafarın bu mövzularda da işləri vardır. Qafar Rzayevin Artım Layihə məkanında bir neçə əsəri təqdim edilmişdir. Bunlardan biri “Uzaq Üfüqlər” və “Evin Sirləri” adlı sərgilərdə iştirak etmişdir və bunlardan başqa bir neçə yerdə də əsərləri nümayiş edilmişdir. Qafarın toxunduğu mövzular genişdir və bir neçəsinə baxaq, ancaq öncəsində Qafarı tanıyaq. Qafar Gəncədə böyüyüb və həyati təcrübələri Qafar çox şey öyrətdi və Qafar öz daxilində olan incəsənət sevgisini qraffiti rəssamlıqla Gəncə divarlarına həkk etməklə başlamışdır. Təbii ki, öncələrində dəftərində qeydləri hər zaman olmuşdur. Qafar ilə bağlı geniş məqaləmizdə bu müvzulara daha geniş toxunacağıq.

Qafarın əsərlərindən bir neçəsi ilə tanış olaq.

Qafarın bu əsəri ARTIM Layihə mərkəzində nümayiş edilmişdir. Əsərdə şəbəbəkləri görmək mümkündür. Qafar mövzuya fərqli baxış tərzi ilə seçilir və bu əsərlərə baxan şəxslər bir müddət gözlərini bu əsərdən çəkə bilməmişdir. Qafarın öz notlarından sevdiyim bir əsərini paylaşmaq istərdim.

Qafar bu işinin adı “Lav yu beybi”-dir. Qafar bu işində insanların sərhədlənmək yerinə necədirlərsə, elə də davranmalı olduğunu deyir.  Qafarın eyni mövzuda digər işi

budur. Qafar mövcud cəmiyyətdə mənfi obraz olmamağa çağırmaqla, eyni zamanda məşhur bir reklamın sintezi kimi görünən əsəri izləyən bir insanda təbəssüm yaradır. Qafar eyni zamanda divarlarda öz izini çoxdandır ki, çəkir.

Gördüyünüz əsərdə Qafar bir çox mövzuya toxunmuşdur. Məşhur mobil oyundan bir xarakter, məşhur azərbaycanlı insan, Red Bull daşıyan qadın obrazları bir qraffiti rəsmdə olmaqla, Qafarın bir çox belə əsərləri divarlarda həkk edilmişdir.

Öncəki qraffiti rəsmdə gördüyünüz Red Bull daşıyan qadın obrazına daha dərindən Qafar bu əsərində toxunmuşdur. Qəribədir ki, dövrümüz dəyişdikcə su gətirmək yerinə Red Bull gətirən insanla ifadə edən Qafar bizə çox dərin ismarıclar göndərir. Qeyd etdiyim kimi istedadlı gəncimiz və əsərləri haqqında daha geniş məqalədə daha ətraflı şəkildə toxunacağıq.

Hüseyn Həsənov günümüzdə öz əsərləri ilə seçilən şəxslərdəndir. Hüseyninin əl işləri ilə necə seçildiyini izah etmək istərdik. Hüseyn Həsənov artıq uzun müddətdir ki, incəsənətdə öz işləri ilə izləyən insanları düşündürür. Qeyri-adi üslübu və yanaşma tərzi ilə hər zaman seçilən Hüseynin əsələrinə yaxından baxaraq tanıyaq.

 

 

 

İlk öncə çəkdiyi portreti gözdən keçirək.

 

Növbəti əsərdə Hüseynin yaratdığı başqa bir incəsənət nümunəsini görə bilərik. Əsər, öz gözəlliyi və abstrak görünüşü ilə seçilir. Əminəm ki, bir izləyicimiz də heyrətlənəcəkdir.

Hüseyn Həsənovun bir çox gözəl əsələri vardır. İstərdim ki, bir neçəsini təqdim edim.

Hüseyn haqqında araşdırma edərkən bir paylaşımla rastlaşdım və paylaşım belədir

“İnsanın şüurlu varlıq olduğunu düşünənlər birdə düşünün. Acları başa düşmek üçün oruc tuturlar , qonşunuzda ac olanları doyurun, onları başa düşməyə çalışmayın.”

Azərbaycanın Müasir rəssamları

Mənbələr: yarat.az,https://www.facebook.com/Faig-Ahmed-229688570375040/,  https://www.instagram.com/qafarrzaevs/, https://az.wikipedia.org/wiki/Kateqoriya:Az%C9%99rbaycan_r%C9%99ssamlar%C4%B1, https://az.wikipedia.org/wiki/Tahir_Salahov ,

STAY CONNECTED

18,757FansLike
1,987FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.