Müasir dünyamızın çarəsiz xəstəliyi Altsheymer

71
36

İndiki dövrdə tibb nə qədər inkişaf etsə də, hələ də tibbə naməlum qalan və çarəsi olmayan xəstəliklər vardır. Qocalığın qorxulu yuxusu kimi olan  Altsheymer xəstəliyi də bu cür xəstəliklərdəndir. Heç kim xatirələrini itirmək , ən yaxın insanlarını üzdən tanımamaq, harda olduğunu bilməmək, hətta son həddə qidalanmaq kimi sadə şeyləri belə bacarmamağı istəməz, amma Altsheymer ona düçar olmuş insanları bu hala salır. Bu xəstəliyin hal-hazırda heç bir qəti çarəsi yoxdur, həkimlər onu yalnız gecikdirə bilir və dəqiq nəticə verəcəyinə zəmanət verilməyən profilaktikası vardır.

Altsheymer xəstəliyi ilk dəfə 1907-ci ildə alman psixiatrı Alois Altsheymer tərəfindən qeydə alınan neyrodegenerativ xəstəlikdir. Bu xəstəlik adətən 65 yaşdan  böyük insanlarda görülsə də, nadir hallarda cavan insanlarda da müşahidə olunur. Altsheymerdən əziyyət çəkən insanların sayı 2006-cı ildə 26,6 million olmuşdur, bu ədədin 2050-ci ildə 4 dəfə artacağı hesab olunur.

Alois Altsheymer 50 yaşlı Avqusta Deter üzərindəki araşdırmalarını müşahidə etdiyi xəstənin ölməsindən sonra, yəni 1907-ci ildə dərc etdirmişdir. Sonrakı 5 il ərzində tibb ədəbiyyatında 11 belə hal qeydə alınmışdı, bəziləri artıq “Altsheymer xəstəliyi” terminini istifadə edirdilər. Emil Krepelin Altsheymer xəstəliyini müstəqil bir xəstəlik kimi ilk dəfə qeyd etmiş insan idi. 1910-cu ildə o, bu xəstəliyi özünün psixoanaliz üzrə 9-cu kitabında senil demensiyanın bir növü kimi qeyd etmiş və ona onun paralel adı olan “presenil demensiya” adını vermişdir.

 

 

Xəstəlik əvvəlcə kiçik simptomlarla müşahidə olunur. İlk mərhələlərdə insanda qısa yaddaş pozuntuları olur, o, yaxın zamanlarda aldığı informasiyaları xatırlaya bilmir. Sonrakı mərhələlərdə xəstəliyin irəliləməsi ilə pasiyentdə daha uzun yaddaş pozuntuları, nitq pozuntuları, koqnitiv funksiyaların pozulması müşahidə olunur. O, məkanda orientasiya, özünə baxma qabiliyyətini itirir. Orqanizmin mütəmadi funksiyalarını itirməsi ölümlə nəticələnir.

Altsheymer xəstəliyindən şübhələnərək xəkimə müraciət edildikdə diaqnoz qoymaq üçün davranışlar analiz edilir, koqnitiv testlər seriyası tətbiq edilir və əgər mümkünsə, maqnit-rezonanslı tomoqrafiya çəkilir. İndividual proqnoz etməyə xəstəliyin yaranma müddətindəki variasiyalar mane olur, çünki xəstəlik simptomlar müşahidə edilməmişdən qabaq da gizli şəkildə  irəliləyə bilər.  Altsheymer diaqnozu qoyulmuş insanın orta yaşama müddəti 7 ildir, xəstələrin yalnız 3%-i 14 ilə qədər  yaşaya bilir.

Hal-hazırda xəstəliyin yaranma səbəbinin nə olduğu haqda dəqiq bir anlayış yoxdur. Xəstəliyin əsas xüsusiyyəti beyində çoxlu miqdarda amiloid lövhələrin və neyrofibrillyar düyünlərin yığılmasıdır. Terapiyanın müasir metodları xəstəliyin simptomlarını yalnız yumşalda bilir, onu dayandıra bilmir. 2008-ci ildə 500-ə çatmış bir çox perspektiv metodlar klinik təcrübə dərəcəsinə qədər gəlib çatmışdır, lakin onların effektiv olması sübut olmayıb. 2013-cü ildə dərin transkranial stimulasiya metodu (Deep TMS) Altsheymer xəstəliyi ilə birlikdə bir neçə digər xəstəliklərin müalicə edilməsində CE Mark təsdiqi almışdır. 2 Amerika kompaniyası Altsheymerdəki yaddaş pozuntularına kömək etdiyi düşünülən 2 preparatın istehsalını dayandırmışdır, çünki klinik araşdırmalarda xəstələrə heç bir köməyi olmadığı aydınlaşdırılmışdır.  Pfizer və Johnson & Johnson şirkətləri heç bir nəticə vermədiyindən  bu sahə üzrə araşdırmalarının dayandırıldığını açıqlayıblar. İndi xəstəliyin bir dərmanı yoxdur. Lakin 2016-cı ildə İsraildə yaradılmış bir preparatın Altsheymer xəstəlikli siçanlarda bütün simptomları dayandırdığını elan ediblər. Altsheymer xəstəliyi müasir ölkələrə ən çox iqtisadi zərər vuran xəstəliklər arasına daxil edilmişdir.

Xəstəlik daha çox qadınlarda görülür, bunun səbəbi isə 65 yaşına çatan qadınların sayının kişilərdən daha çox olmasıdır. Bundan əlavə Altsheymer həyat səviyyəsi yüksək olan ölkələrdə: ABŞ, Böyük Britaniya, Finlandiya və digər Avropa ölkələrində, Avstraliyada daha çox müşahidə olunur, bunun da səbəbi yenə yaş aspektidir.

Bu xəstəliyin daha nadir olan cavan formasını yaradan 3 gen aydınlaşdırılmışdır, lakin daha çox yayılmış Alysheymer növünü genetik kod çərçivələrinə daxil edilə bilməmişdir. Onun genetik olma ehtimalı da vardır, həm də gənc yaşlarında hər hansı beyin travmasının da xəstəliyinin yaranma səbəblərinə daxil ola biləcəyi düşünülür.

Altsheymerin profilaktikası haqqında xəstəliyin özü kimi məlumatlar dəqiq deyil. Lakin həkimlər xəstəliyin yavaşladılması və yumşaldılması üçün bir neçə alternativ yollar irəli sürüblər. Bunların içərisində insanın orta yaş dövrünə girdiyi andan mütəmadi olaraq beyni işlədən məşğələlərlə məşğul olması, mütaliə, hətta krossvord daxildir. Bundan əlavə meyvə, tərəvəz, dənli bitkilər, balıq, qırmızı şərab, zeytun yağı kimi ərzaq məhsullarını özündə birləşdirən bir pəhrizin xəstəliyi yavaşladacağı və riski azaldacağı düşünülür.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here