Musiqi və kino arasında zərif bir cizgi: Yves Montand

Post date:

Author:

Category:

İtalyan əsilli Fransalı müğənni və kino aktyoru İv Montan (Yves Montand). Uğurlu aktyorluğu və özünəməxsus musiqi üslubu ilə hər iki sahədə də şöhrət qazanmışdır.

İv Montanın gəncliyi

13 oktyabr 1921-də İtaliyanın Toskana bölgəsində, Monsummanoda doğuldu. Əsl adı Ivo Lividir. O, yoxsul bir yəhudi ailəsindən idi. Mussolininin güc qazanması ilə həyat şəraiti çətinləşdiyi üçün ailəsi ilə birlikdə Marsilyaya köçdü. 11 yaşında məktəbi yarımçıq buraxmalı oldu. Boyaçı, bərbər köməkçisi, fabrik işçisi kimi işlədi. Bu zamanlarda isə xəyalında müğənni olmaq vardı. 18 yaşına çatanda bir klubda mahnılar ifa etməyə başladı. Parisin müxtəlif musiqi zallarında şöhrət qazanmağa çalışdığı bir vaxtda Edit Piaf (Edith Piaf) ilə tanış oldu və bu tanışlıq onun həyatının dönüm nöqtəsi oldu. Piafın köməyi ilə yalnız Fransanın deyil, bütün dünyanın sevdiyi sənətçilər sırasına daxil oldu. Bir çox ölkədə solo konsertlər verdi. İlk filmi olan “Etoiles sans lumiere”-ni də (İşıqsız ulduzlar) Piaf ilə çəkdi.

Edit Piaf və İv Montan

1951-də kino sənətçisi Simon Sinyore (Simone Signoret) ilə evləndi və bir çox filmdə onunla baş rolu paylaşdı. Marsel Karni (Marcel Carné) rejissorluğu ilə 1946-da çəkilən “Les Portes de la Nuit” (Gecənin qapıları) filmi ilə aktyor və müğənni olaraq böyük bir populyarlıq qazandı. 1955-də “Marguerite de la Nuit” (Gecənin Marqariti) və 1956-da həyat yoldaşı Simon Sinyore ilə birlikdə oynadığı “Les Sorcieres de Salem” (Cadugərlər aləmi) filmi ilə uğurlarını davam etdirdi.

İv Montan və Simon Sinyore

Əvvəldən Fransa Kommunist partiyasına üzv olan Montan SSRİ-nin 1968-də Çexoslovakiyanı işğal etməsindən sonra hər növ təzyiqli quruluşa və bunları dəstəkləyənlərə qarşı olduğunu bildirərək partiyadan ayrıldı.

Merlin Monro və Simon Sinyore

İv Montan 1953-yə qədər yalnızca bir müğənni kimi tanınırdı. Bu tarixdə çəkdiyi “Le salaire de la peur” (Qorxu maaşı) filmi ilə beynəlxalq kino mühitində məşhur oldu. 1965-də Kosta Qavras (Costa-Gavras) ilə işləməyə başladı. Bu məşhur rejissorun 3 siyasi filmi, “Z”, “L’aveu” (Etiraf) və “État de siége” (Blokada dövləti) tamaşaları ilə fərqli tipikləşmələrlə uğurlu ola biləcəyini ortaya qoydu. Alon Rene (Alain Resnais), Klod Leluş (Claude Lelouch) və Jan-Pier Melvil (Jean-Pierre Melville) kimi Avropanın məşhur rejissorları ilə işlədi. Hollivudda çəkdiyi bir neçə film arasında Merlin Monro (Marilyn Monroe) ilə “Let’s make love” (Gəl sevişək), Barbra Streyzand (B.Streisand) ilə də Vinsent Minellinin (Vincent Minnelli) işi olan “On a clear day you can see forever” filmləri vardı.

“Gəl sevişək” filmindən kadrlar

 

Merlin Monro, Simon Sinyore və İv Montan

Montan 1981-də Parisdə verdiyi bir neçə konsertlə musiqiyə qayıtdı. Ardından Avropa turuna çıxdı. 1982-də Nyu York Metropolitan Operasında verdiyi konsertlə bu 98 illik salonda ilk dəfə populyar musiqi hadisəsinin yaşanmasına səbəb oldu. Bu konsertdə oxuduğu Jak Preverin (Jacques Prévert) Nazim Hikmət, Şarl Bodler (Charles Baudelaire) və Lui Araqonun (Louis Aragon) şeirlərindən bəstələnmiş mahnıları böyük əks-səda yaratdı.

İv Montanın bəzi ifaları:

 

 

 

 

 

 

 

 

Mənbə:

Yves Montand Biyografisi

Yves Montand Kimdir, Hayatı, Eserleri, Hakkında Bilgi

http://www.artnet.com/artists/bruce-davidson/marilyn-monroe-arthur-miller-yves-montand-and-oSk_xfjga6O8JK4uNvcisQ2

 

Redaktə etdi: Fatimə Əliyeva

STAY CONNECTED

20,393FansLike
2,282FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir. 

Ən çox bilinən 3 narkotik maddə və onların orqanizmə təsirləri

Kokain Kokain və elmi adıyla benzoylemetil ekgonin Formulu: C17H21NO4 Kokain...