Mütləq Üstünlüklər Nəzəriyyəsi – Ensiklopedik Bilgi

Post date:

Author:

Category:

Mütləq Üstünlüklər Nəzəriyyəsi – (ing. Theory of Absolute Advantage) yaradıcısı şotland iqtisadçı alim Adam Smith olmuşdur. O, özünün məşhur “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında təlimat” əsərinin (1776) birinci bölməsinə bu fikirlərlə başlamışdır: “məhsuldar əmək qüvvələrinin inkişafındakı böyük tərəqqidə bacarıq, vərdiş və düşüncənin də əhəmiyyətli payı var, bu isə, əmək bölgüsünün nəticəsidir” . Sonradan belə bir nəticəyə gəlir ki, “hansısa yad ölkə bizi hazırlaya biləcəyimizdən daha ucuz qiymətə hansısa məhsulla təchiz edə bilərsə, onu həmin sahədə öz sənaye məhsulumuzun bəzi üstünlüklərə malik olan bir hissəsinə almaq daha yaxşı olar”.

Mütləq üstünlüklər nəzəriyyəsinə görə, ölkə istehsal məsrəflərinin xarici ölkələrə nisbətən yüksək olduğu malları idxal, istehsal məsrəflərinin aşağı olduğu, yəni mütləq üstünlüklərin olduğu malları isə ixrac etməlidir. Merkantilistlərə əks olaraq, A. Smit həm ölkə daxilində, həm də dünya bazarında rəqabət azadlığını alqışlayır, fiziokratların fransız iqtisadi məktəbinin irəli sürdüyü “laissez-faire” – yəni dövlətin iqtisadiyyata müdaxilə etməməsi prinsipini bölüşdürdü.

Tofiq Cəfərov

Mənbə: Böyük İqtisadi Ensiklopediya, IV cild, səh.64 .

STAY CONNECTED

20,764FansLike
2,399FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Tofiq Cəfərovhttp://rezonanss.com
AZƏRBAYCAN TURİZM VƏ MENECMENT UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN, İQTİSADİYYAT VƏ COĞRAFİYA ÜZRƏ MƏQALƏLƏR YAZIR.

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.