Nəhayət, Tardiqradaların ölümcül radiyasiyadan necə sağ qaldığını bilirik!

Post date:

Author:

Category:

Onlar sevimlidirlər, yumşaqdırlar, dözümlüdürlər. Əgər onların kiçik su ayıları və ya ərincəklilər olaraq adlandırıldığını da bilirsinizsə, ehtimal ki, alimlərin tardiqrada adlandırdıqları bu mikroskopik canlılar haqqında iki şey də bilirsiniz: onlar heyranedici canlılardır və hər şeydən sağ qala bilirlər.

Dondurucu soyuq? Təsir etmir. Ölümcül kimyəvi maddələr? Təsir etmir. Həddindən artıq radiasiya? Təsir etmir. Hətta ayın üstündə belə sağ qalıblar.

Ərincəklilər və ya kiçik su ayıları (lat. Tardigrada), dünyanın varisləri adlandırılan səkkiz ayaqlı mikroskopik bir növdür. Həm suda, həm də quruda yaşaya bilirlər. Həm də çox yüksək və aşağı təzyiqə tab gətirə bilirlər.

Su ayılarının ən böyükləri 1.5 mm uzunluqda rast gəlinmişdir. Yumurtadan yeni çıxmış bir tardiqradanın sürfəsinin ölçüsü isə 0.05 mm-dən də kiçik ola bilər.

Yaponiyada  yeni cinsləri kəşf edilmiş su ayılarının ölçüləri 300 ilə 700 mikrometrə çatır.

Bədəni tırtıla bənzəyən, lakin səkkiz ayağı olan su ayıları “O” hərfi şəklində ağıza sahibdirlər. Ümumiyyətlə, suda və ya yosunlarda yaşayan su ayılarının əsas qida mənbəyi özlərindən daha kiçik canlılar olan rotifer adlanan mikroorqanizmlərdir.

Su ayıları metabolizmlərini müvəqqəti dayandırmaq, yəni, kriptobioz vəziyyətinə girə bilən bir canlıdır. İllərlə dehidrasiya (susuzlaşdırılmış) vəziyyətində sağ qalır.Onlar əlverişsiz mühitdə bədənlərindəki süyun böyük hissəsini xaric edib büzüşürlər, əlverişli şəraitdə yenidən canlanırlar

Nə qədər davamlıdır?

Su ayılarının təxminən 520 milyondan 100 milyon il arası müddət qədər mövcud olduqları fərz edilir. Alimlər, 150 dərəcə C° istiyə və -272 dərəcə C° soyuğa tab gətirə bilən tardiqradaların hətta kosmosda da canlı qala bildiklərini sübut etmişlər.

Almaniyanın Ştutqart Universitetinin mikrobioloqu Ralph Schill, “Dinozavrların meydana gəlməsi və məhv olmasının şahidi olan bir canlı növündən bəhs edirik” demişdir.

İngilis Daily Mail qəzetinə və Deutsche Welle xəbərinə görə, bu kiçik varlıqlar günəşin mövcud olduğu müddətcə ən azı 10 milyard il nəslini davam etdirə biləcəkdir.

2007-ci ildə Avropa kosmik tədqiqat agentliyi bir sıra mikroorqanizmləri kosmosa göndərdi və onları izlədi. Susuz şəraitdə qalsalar da, günlərlə yaşamağa davam edən tardiqradalar 12 gün atmosfer xaricində sağ qalmağı bacardılar.

Su ayılarının başqa bir xüsusiyyəti radiasiyaya olan  davamlılıqlarıdır. Qısa müddətdə çox sayda canlı varlığı öldürə bilən yüksək dozada radiasiyaya dözə bilən su ayılarının, Yer kürəsindəki həyatı bitirmək üçün kifayət qədər böyük olan kosmik fəlakətlərdən də xilas ola biləcəyi irəli sürülmüşdür.

Scientific Reports Elmi Araşdırmalar jurnalında dərc olunan məqalədə su ayılarının qamma-şüa partlamalarına, dünyanın böyük asteroidlə çarpışmasına və ulduz partlayışlarına tab gətirə biləcəyi bildirilmişdir. Tədqiqatın aparıcısı olan Oksford Universitetindən Devid Sloan, su ayılarının 5000-6000 Gy radiasiyadan xilas ola biləcəyini və “Bir insan ancaq 5 Gy radiasiyadan xilas ola bilsə bu böyük şansdır” demişdir.

Bəs bu canlılar necə bu qədər dözümlüdürlər?

Uzun müddətdir ki, alimlərə tardiqradaların ekstremal mühitlərdə yaşaya bildiyi məlumdur, ancaq bunu necə etdiklərini yeni anlamağa başlayırlar. 2019-cu ilin oktyabr ayında eLife jurnalında dərc olunan bir məqalədə, Kaliforniya Universitetinin San Dieqodakı tədqiqatçıları, gələcəkdə biotexnologiyanın inkişafına böyük təsir göstərəcək bu kəşflə tardiqradların dözümlülüklərinin sirrinə yeni aydınlıqlar gətirdilər.

Hüceyrələr inanılmaz dərəcədə kiçik bir sahədə inanılmaz dərəcədə uzun bir məlumat toplamağı bacarırlar. Bütün bu məlumatları idarə etmək üçün, xromatin adlı möhkəm, məlumatla zəngin bir materialı hazırlamaqla təlimatlanmış xüsusi zülallar vardır ki, onlar ətrafında uzun, ikiqat spirallaşmış bir-birinə bağlı olan baza cütlərindən ibarət DNT saplarını sarırlar. Hüceyrələr xromatini özünə və ətrafına doğru bükərək qısaldır və xromosomlar əmələ gətirir.

Xromatin canlının həyat kodunu saxlamaq və istifadə etmək üçün əla bir yoldur, lakin bir çatışmazlığı, kimyəvi olaraq kodlanmış məlumatlarını ətraf mühitə qarşı həssas buraxmasıdır. Ancaq bu qaydalar su ayılarına aid deyil.

Radiasiya, hidroksil radikalları adlanan təhlükəli molekulları meydana gətirmək üçün canlıların hüceyrələrindəki su ilə reaksiyaya girir. Hidroksil radikalları ilk dəyişikliyə, yəni ilk rast gəldikləri molekula reaksiya vermək istəyirlər. Əgər bir hidroksil radikalı xromatindəki DNT ilə qarşılıqlı təsirə girərsə, bu genetik kodlardaki məlumatların ötürülməsini poza bilər və dolayı yolla müəyyən bir xərçəng növünə səbəb ola bilər. Bu cür strukturu zədələnmiş DNT-lər həyat ağacı boyunca canlıları təhdid etmişdir, lakin tardiqradalar xromatini radiasiyanın zərərli təsirlərindən qorumaq üçün bir yol tapdı: bu Dsup adlı bir proteindir.

Dsup-a afərin!
Zərərə əks-təsir göstərən bu proteinin- Dsupun radiasiyaya birbaşa təsir etmədiyi ortaya çıxdı. Bunun əvəzinə Dsup, xromatinə bağlanan və hidroksil radikallarının DNT ilə əlaqə qurmasına əngəl olan qoruyucu bir qalxan yaradaraq kiçik heyvanların genomlarını qoruyur..

UC San Diego-dan hörmətli professor James T. Kadonaga bildirmişdir ki, Dsup iki hissədən ibarətdir, bir hissəsi xromatinə bağlanan hissəni əmələ gətirir, qalan hissələr isə DNT-ni hidroksil radikallarından qoruyan bir növ bulud meydana gətirir”.

Tədqiqatçılar bu xüsusiyyəti insanlara tətbiq etmək haqqında maraqlandılar. Dsup-ı kulturalanmış insan hüceyrələrinə köçürdükdə, hüceyrələrin radiasiyaya olan müqaviməti 40% artmışdır! Elmi-fantastik  filmlərdən ilham alaraq bəlkə də gələcəkdə su ayılarının genlərini öz genlərimizə əlavə edərək kosmik mühitdəki radiasiyaya uyğunlaşa bilərik. Ya da Marsda susuzluğa, radiasiyaya davamlı bitkilər yetişdirə biləcəyik.

Tardiqradalar bu proteini öz təkamül prosesi nəticəsində təkmilləşdirdi? Qətiliklə yox. Böyük ehtimalla, bəzi tardiqrada əcdadları, Dsup-un bir versiyasını təsadüfən inkişaf etdirmişdir. Kadonaga, bu kiçik heyvanların hərəkətsiz olduğu dövrlərdə dehidratasiyaya (susuzluq) məruz qaldığı zaman bu zülalın DNT-ni müxtəlif zərərlərdən qorumaq üçün mutasiyaya uğradığını demişdir. Bu dehidratasiya vəziyyəti isə hidroksil radikallarının vurduğu eyni növ zərərə səbəb ola bilər.

İndi Dsupun mexanizmini daha yaxşı başa düşdüyümüzə görə, bu zülaldan baza materialı olaraq və ya yeni ilham qaynağı kimi digər növ hüceyrələri müəyyən növ radiasiyaların zərərlərindən qoruyan yeni biotexnologiyalar üçün istifadə edə bilərik. Tədqiqatçılar bu kəşflərinin hüceyrə kulturalarına əsaslanan hüceyrə təməlli müalicə və diaqnostik testləri təkmilləşdirəcəyinə ümid edirlər.

Mənbələr:

STAY CONNECTED

19,724FansLike
2,186FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....