“Dostoyevski böyük yazar deyil…” – Nabokovun “İdiot”a tənqidi

Post date:

Author:

Category:

Əgər söhbət Dostoyevskidən gedirsə, qəribə və çətin vəziyyətdə qalıram. Bütün mühazirələrimdə ədəbiyyata yalnız məni maraqlandıran uzun ömürlü incəsənət və fərdi zəka bucağından yanaşmışam. Bu yanaşmaya əsaslansaq, Dostoyevski böyük yazar deyil əksinə, orta səviyyəli bir yazardır. Mükəmməl yumor qığılcımları var idi ancaq təəsüf ki, bu qığılcımların arasında quraq ərazilər görünür.

“İdiot”da Dostoyevskinin 1 yaratdığı müsbət bir obraz görürük. Bu obraz özündən başqa yalnızca İsanın sahib olduğu mərhəmət və nəzakət xüsusiyyətlərinə malik olan Knyaz Mışkindir. Mışkin, qeyri-adi dərəcədə həssasdır. O, başqa insanların daxili aləmində baş verən hadisələri onlardan uzaqda olduğu halda hiss edə bilir. Mənəvi müdrikliyi sayəsində başqalarının əzablarına anlayışla yanaşır. Knyaz Mışkin saflıq, səmimiyət, dürüstlük timsalıdır. Bu keyfiyyətlər onu təbii olaraq saxta dünyamızla əzablı bir qarşıdurma halına salır. Onu tanıyan hər kəsin sevimlisidir. Əsərin qadın qəhrəmanı Nastasiya Flipovnayanı dəlicəsinə sevən və Mışkini qısqanan Roqojin, Nastasiyanı öldürdüyü evdə onu qəbul edir və Mışkinin mənəvi saflığına sığınaraq həyatla barışmağa, öz ruhundakı ehtiras fırtınasını sakitləşdirməyə çalışır. Lakin Mışkin eyni zamanda axmaqdır. Uşaqlığından başlayaraq hər zaman yavaş öyrənən biri olub. Altı yaşına qədər danışa bilməyib və sarılıq xəstəliyindən əziyyət çəkdiyi üçün, sakit həyat tərzi keçirmədiyi təqdirdə əqli sağlamlığının itirilməsi təhlükəsilə daima üz-üzə qalıb.

Yazarın açıq-aşkar şəkildə göstərdiyi kimi, evlilik həyatına uyğun olmadığı halda Mışkin iki qadın arasında qalmışdır. Bu qadınlardan biri məsum, gözəl, səmimi və gənc qız olan Aqlayadır. Varlı bir ailənin övladı olaraq uğurlu və yaraşıqlı bir gənclə evlənib “daima xoşbəxt həyat” yaşamalı olan bu xanım öz taleyi ilə barışmır. Əslində nə istədiyini özü də bilmir. Amma bacıları və ailəsindən fərqli olaraq Dostoyevskinin dili ilə desək “çılğındır” (Dostoyevski 2 çılğın insanlara normallara nisbətən daha çox üstünlük verir). Qısacası Aqlaya özünəməxsus bir “axtarış” içərisindədir və ruhunda Tanrının qığılcımını daşıyır. Onu sadəcə Mışkin anlayır (və qismən də öz anası). Həssas və zərif bir qadın olan anası qızının qeyri-adiliyindən ötrü narahatçılıq keçirir. Mışkin isə onun ruhundakı gizli qayğıları hiss edir.

Aqlaya üçün işıqlı mənəvi bir yol açaraq onu qorumaq istiqamətində birmənalı arzusu olan Mışkin, Aqlayanın evlilik təklifini qəbul edir. Lakin işlər istədiyi kimi getmir. Kitabda eyni zamanda şeytani, qürurlu, biçarə, xəyanətə uğramış, mistik, heyrətamiz və alçalmasına baxmayaraq saflığını qorumağı bacarmış Nastasiya Flipovnaya var. Nastasiya Flipovnaya Dostoyevski 3 romanlarında tez-tez qarşılaşdığımız, qeyri-real, qəbul edilməsi mümkünsüz obrazlardan biridir. Bu sentimental qadın hisslərə düşkündür. Nə xeyirxahlığının, nə də pisliyinin həddi hüdudu var. Onu məşuqəsi olaraq istifadə edib, daha sonra namuslu bir qadınla ailə həyatı quran ötəri bir şəxsin qurbanıdır. Mışkin mülayim bir şəkildə Nastasiya Flipovnayanı katibiylə münasibət qurmasına köməklik edir.

Nastasiyanın çevrəsindəki bütün kişilər onu namuslu bir qadın olduğunu bilirlər. Düşdüyü bu ziddiyyətli vəziyyətinin səbəbi sevgilisidir. Ancaq bu vəziyyət, Nastasiyanın nişanlısının (ki adam ona çox aşiqdir) onu çökmüş bir qadın kimi qəbul edib alçaltmasına mane olmur. Aqlayanın ailəsi qızlarının gizlincə Nastasiyayla əlaqə qurduğunu öyrənəndə çox təəcüblənirlər. Ancaq Nastasiyanın bu təhqiramiz vəziyyətindən ötrü özünü günahlandırır və həqiqi bir məşuqəyə çevrilərək əvəzini özündən çıxır. Yalnızca Mışkin İsa kimi, Nastasiyanın başına gələnlərə görə onda qəbahət görmür və ona hörmət bəsləyir (Burada İsa ilə pis yola düşmüş bir qadının hekayəsinin başqa bir versiyasını görürük). Bu məqamda Mirskinin Dostoyevski haqqında dediyi bir söz yerinə düşər: onun xristianlığı… çox şübhəlidir… Xristianlıqla eyniləşmək təhlükəli olacaq. Bu xristianlığın bir qədər səthi mənəvi formasıdır. Pravoslav xristianlığını düzgün şərh edən insan kimi həll etdiyi istənilən psixoloji məsələni öz İsa anlayışına və pravoslav xristianlığına yönləndirməsini də əlavə etsək, “filosof” Dostoyevskinin bezdirici tərəfini daha yaxşı başa düşərik.

Lakin biz öz hekayəmizə geri dönsək, Mışkin iki qadın arasından bəxtsizliyi səbəbilə Nastasiyanın özünə daha çox ehtiyacı olduğunu anlayır. Nastasiyanı xilas edə bilmək üçün Aqlayanı səssiz-səmirsiz tərk edir. Daha sonra Nastasiyayla Mışkin xeyirxahlıqlarıyla bağlı bir-birilə yarışmağa başlayırlar. Nastasiya ümidsiz bir şəkildə Aqlayanın xoşbəxtliyi üçün Mışkini tərk edir. Mışkin isə Nastasiyanın yaxşılığı üçün onu tək qoymamağa çalışır. Lakin Aqlaya qəsdən Nastasiyanın evinə gedərək, onu təhqir etdikdən sonra Nastasiya rəqibi üçün qurban verməyə ehtiyac qalmadığını düşünür və Mışkinlə birlikdə Moskvaya getmək qərarına gəlir. Ancaq son anda yenə də bu isterik qadın fikrindən daşınır. Mışkinin ona görə məhv olmasını qəbul edə bilmir və yenicə qazandığı mirası onun qarşısına qoyan gənc tacir Raqojinlə qaçır.

Mışkin onların ardınca Moskvaya gedir. Ömürlərinin qalan hissəsi və etdikləri məharətlə sirr pərdəsi altında gizlədilir. Dostoyevski Moskvada nələr baş verdiyini açıqlamır, yalnızca sirrli ipuçları buraxır. Nastasiya ucbatından hər iki kişinin əziyyət çəkdiyini anlayırıq. Roqojin boynundakı xaç ilə Mışkinin xaçını dəyişir. Bunu qısqanclığı səbəbilə Mışkini öldürməsin deyə edir.


Nəhayət, bu üçlünün ən normal fərdi olan Roqojinin səbri tükənir və Nastasiyanı qətlə yetirir. Dostoyevski ona cinayətini yüngülləşdirən şərtlər təqdim edir. Belə ki, cinayəti törədərkən Roqojinin qızdırması yüksək olur. Bir müddət xəstəxanada qaldıqdan sonra mühakimə edilərək Sibirdə Dostoyevskinin mum heykəllər yığdığı anbara gedir. Mışkin gecəni Roqojinlə birlikdə qətlə yetirilmiş Nastasiyanın yanında keçirdikdən sonra əqli sağlamlığı ciddi şəkildə sarsılır və gənclik illərini keçirdiyi İsveçrədəki dəlixanaya qayıdır. Böyük ehtimalla uzun müddət orda qalır. Bu vəhşicəsinə mürəkkəb hadisələr, cəmiyyətin müxtəlif təbəqələri, edam cəzası və rus xalqının böyük missiyası haqqında fikirlərin yer aldığı dialoqların arasına yerləşdirilib.

Obrazlar təhrif edilmədən, üzləri qızarmadan sağa-sola yellənməmiş heç nə deyə bilmirlər. Dini görüşlərinin səthiliyi ürək bulandırır. Yazar əsərdə bəzi təriflər versə də bu tərifləri dəlillərlə dəstəkləməyə ehtiyac duymur. Məsələn, tədbirli və nəzakətli Nastasiya bəzən ona yaraşmayan hərəkətlər nümayiş etdirir. Lakin sujet xətti inkişaf edərkən oxuyucunun maraqla gözləməsi üçün bir sıra fəndlərdən istifadə edir. Bu fəndlərin bəziləri Tolstoyun üsulları ilə müqayisədə sənətkar toxunuşundan ziyadə, çubuqla endirilmiş zərbələrə bənzəyirlər. Ancaq bu fikrimlə razılaşmayacaq bir çox tənqidçilər var.

Əlavə olaraq oxu: Tolstoy və Dostoyevski qarşı-qarşıya (I hissə)

Mənbə:

Vladimir Nabokovun “Rus Ədəbiyyatı dərsləri” kitabı

Redaktə etdi: Yaqubov Şəhriyar

  1. Həmçinin oxu: Cinayət və Cəza” – 150 illik siyasi şərh
  2. Həmçinin oxu: XIX əsr Rus mədəniyyəti – Puşkin, Dostoyevski, Tolstoy, Nekrasov, Turgenyev, Çexov
  3. Həmçinin oxu: Dünya Ədəbiyyatından Ən Unudulmaz 15 Roman Qəhrəmanı

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Matilda effekti – Cinsiyyətə görə təyin edilən etibar

Elmdə ən önəmli kəşflərə verilən nüfuzlu Nobel mükafatının indiyədək 800-dən çox kişi alim sahibi olsa da, qadın mükafatçıların 50-dən az olduğunu...

Edip kompleksi: mifologiya və psixologiya

"Kor Edip uşaqlarını tanrılara tapşırır", Benini Qaqnero (The blind Oedipus commending his children to the Gods, Benigne Gagneraux), Nationalmuseum, Stokholm

Mandela Effekti – “Əzbərə bildiyimiz” şeyləri həqiqətənmi doğru xatırlayırıq?

Effekt barədə danışmazdan əvvəl, bu terminə adını verən şəxs – Nelson Mandela barədə danışmaq lazımdır. Siyasi azadlıqlar döyüşçüsü barədə.Apardığı fəal mübarizəyə...