Nadir olan həqiqətən də qiymətlidirmi?

Post date:

Author:

Category:

Rana sunt cara (Nadir olan qiymətlidir.)

Əsrlər əvvəl, romalılar nadirlik yanılğısı barədə bu cümləni qurmuşdular. Dövrlər dəyişsə də, insan psixologiyası bu barədə hələ də eyni aldanışdadır.

Professor Stephan Worçel peçenyelərin qiymətləndirilməsi üçün təcrübəyə qatılan iştirakçıları 2 qrupa ayırır. İlk qrupdaki insanlara 1 paket təqdim olunduğu halda, 2-ci qrupdaki insanların hər birinə sadəcə 2 peçenye verildi. Bu halda, 2-ci qrupdakilər şirniyyatın keyfiyyətini ilk qrupa nəzərən çəx daha yüksək dərəcələndirmişdilər. Maraqlıdır ki, bu təcrübə fərqli qruplarla dəfələrlə aparılır, nəticə isə həmişə oxşar formada olur.

Televiziya reklamlarında “ mallar məhdud saydadır” deyilir. Mağazaların afişlərində isə “endirimin son günü” tipli ifadələrə rast gəlirik. Yaxud, bir incəsənət qaleriyası gəzdikdə salondaki tabloların çoxunun altında qırmızı rəngli haşiyəni görürük – “ tablolar satılıb qurtarmaq üzərədir “.

Yuxarıdaki bütün nümunələrdə beyinə “zamanın limitli olması” barədə xəbərdarlıq verilir, müştərini cəld, plansız hərəkətə sövq edilir.

Yəqin ki bir çoxlarınız köhnə poçt markaları, pullar yaxud klassik avtomobillərə maraqlısınız, kolleksiya yığırsınız ya da yığan tanışınız var. Bunu niyə edirik ? Onsuzda poçt şöbəsi köhnə markaları əsla qəbul etməyəcək, istifadədən yığışdırlmış pullar tam dəyərsizdir və klassik avtomobillərin şəhəriçi hərəkəti məhduddur. Ancaq bunlar nadir və dolayısıyla da dəyərlidir. Bizim üçün tək meyar budur.

Belə bir təcrübə aparılır :

Universitet tələbələrindən 10 fərqli reklam afişini cəlb ediciliyinə görə sıralamaları istənilir. Sonda isə iştiraklarına görə təşəkkür olaraq bəyəndikləri bir nümunəni götürəbiləcəkləri qeyd edilir. Daha sonra sıralamada orta hesabla 3-cü seçilən afişdən qalmadığı, yəni tələbələrin bunu seçə bilməyəcəkləri deyilir. Bir müddət sonra, bəhanə ilə tələbələrdən afişləri təkrar dəyərləndirmələri xahiş olunur. Maraqlıdır ki, bu dəfə həmin 3-cü olan afişi çox tələbə 1-ci sıraya qoyur. Bu effekt və reaksiya belə müşahidə edilir: Bir seçim əlimizdən alındığında, yəni artıq mümkünsüz olduğunda, beynimiz ona daha çox meyil edir.

Bu bir növ beynin “ inadkarlıq etməsidir “. Psixologiyada bənzər prinsipli bir effekt mövcuddur. “Romeo və Culiet” effekti. ( Ad Villiam Şekspirin eyniadlı romanından götürülmüşdür). Şekspirin hüzünlü cütlüyünün eşqi də belə güclüdür. Çünki bu eşq onlara qadağan idi.

(Qeyd : Effekt barədə ilk dəfə 1972-ci ildə “Journal of Personal and Social Psychology” jurnalı elmi məqalə nəşr etmişdir. Cəlbedici başlığı və düşündürən argumentləri ilə haqqında çox danışılmış, bir çox elmi yazıya referans olmuşdur. Lakin son illərdə aparılan tədqiqatlar məqalənin ana fikrinin – cütlüyün münasibətinə ailə nə qədər etiraz bildirirsə, fərdlər bu münasibətə daha meyilli olur – çox hallarda xətalı olduğunu sübut etmişdir. )

Misal: ABŞ-da tələbə şənlikləri hərkəsin sərxoş olana qədər içməsi deməkdir. Çünki bu ölkədə 21 yaşın altındaki şəxslərin spirtli içki satın alması və içməsi qanuni olaraq qadağandır.

Göründüyü kimi bu effekt və nadirlik yanılğısı arasında bənzərlik vardır. Çünki, necəki nadir olana qarşı meyil hissedirik, eyni şəkildə qadağan olunmuşa qarşı da şüuraltı istək və meyilimiz olur.

Nadirlik yanılğısındaki əsas reaksiyalarımızdan birisi isə, realistik düşünmə qabiliyyətimizi itirməkdir.

Buna görə də çalışın,nəyisə dəyərləndirdikdə sadəcə qiymət və keyfiyyəti arasındaki balansı nəzərə alın. Və unutmayın nadir kimi qələmə verilən bir şey sadəcə satış kompaniyası olabiləcəyi kimi nəyinsə az olması yaxud çətin əldə edilməsi, hələ onun dəyərli olması demək deyil.

Mənbə: Hatasız düşünme sanatı-Rolf Dobelli

Redaktə etdi: Nisə Qulizadə

STAY CONNECTED

20,764FansLike
2,402FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.