Lui Aragonun Nazim Hikmətin ölümündən üç gün sonra yazılmış dost sözü

Post date:

Author:

Category:

“Nazim Hikmət üçün”

Nazim Hikmətin ölümündən üç gün sonra yazılmış dost sözü

Xeyr, yaza bilmərəm, indi olmaz, xahiş edirəm. Buraxın, mənim üçün tamamilə ölsün, yoxsa, daha əvvəl, altmış yaşındakı bu dəliqanlı, bu sarışın, nə həbsxananın, nə xətəliyin, nə yaşın təsir edə bildiyi bu insan içimdə yaşadıqca heç bir şey yaza bilmərəm. İndi olmaz. Daha sonra. Söz verirəm sizə, yazacağam, hətta bu jurnalda, daha başqa bir mövzu üzərində: Ölümündən deyil, həyatından bəhs edəcəyəm.

Şənbə səhəri satın aldığım «Znamya» jurnalının axırıcı nömrəsini evdən çıxarkən özümlə götürmüşdüm. Jurnalda Nazim Hikmətin «Les Romantiques» (“Romantiklər”) adlı romanının son hissəsi vardı. O zamanlar hər kəs onun deyil, Papa XXIII Jeanın ölümünü gözləyirdi. Hər saat radioların başında. Və bazar ertəsi səhəri Papa hələ yaşayırdı … Nazima gəldikdə isə, bizi heç xəbərdar etməmişdi, can vermədi, belə ayaqda, bir nərdivanı çıxarkən, qəflətən öldü.

Yaşayarkən öldü. Bir ağac kimi aşdı. İcazə verin, mənim üçün tamamilə ölsün. O zaman yazaram jurnalınıza, uzun- uzun, mənim üçün, başqaları üçün nə məna daşıdığını, burada yazaram, bəlkə, gələn ay, yaza qədər icazə verin mənə, iyula qədər, ona çox yaraşan iyul ayına qədər icazə verin. Bundan on səkkiz il əvvəl həbsxanada böyük türk mistik ədibi Mövlana Cəlaləddin, ya da iranlı Ömər Xəyyam kimi rübai formasında yazdığı bu dörd misranı anlayacaq qədər buraxın mənə:

  «Fasilə…» – deyəcək bizə bir gün təbiət anamız, ­
«gülmək, ağlamaq bitdi, uşağım…»
«Və təkrar ucsuz-bucaqsız başlayacaq:
«görməyən, danışmayan, düşünməyən həyat … »

Yurdunun bazar ertəsi günü, səhər, onun enişindən dərhal bir-iki saat sonra telefon. Nazim Hikmət. Ey ölüm, günümüzdə nə də sürətli gedirsən! İki saat belə keçmədən bütün Avropanı keçmiş, məni axtarmış, ürəyimə işləmişdin, ey ölüm, telefonla gələn, görünməyən, düşünülməyən, daha bir sözdən, bir addan başqa, bir şey olmayan ölüm və xeyr deyirəm, Nazim Hikmət ola bilməzdi. Bəli, O, Nazim … Ta özü, başqası deyil. Bütün insanlar kimi o da. Və şeirindəki bir uşağı xatırladım:

«Rəcəb, damdan düşər kimi qarışdı sözə:»
«Hərbə girdiyin zaman, bir əcəm öldürüb»
……«bir qurtum ehtiva etsənsə qanını»
……«qorxu qalmazmış.»

Mən onun qanından bir damla içməyəcəyəm. Danışmayan … ucsuz-bucaqsız həyat … Nazim Hikmət, səndən mənə ilk dəfə 1934 -cü ildə danışdılar, sən Həbsxanada idin, o zaman bir şeylər yaza bildim. Dostluğumuz otuz il davam etməyəcəkdi. Nə qədər az, otuz il. 1950-ci ildə, bizlər: yəni türk xalqı, dünyanın hər guşəsindəki şairlər səni həbsxanaadan qurtardığımız zaman, bir on dörd iyul günü həyatın özünə vardın. Amma bu il, səbirsizliyindən, iyulu gözləyə bilmədin … Həbsxana xaricində on üç il, ya da buna yaxın bir şey, qırx səkkiz yaşında altmış birə qədər, gözəl bir həyatdır bu. On üç il, çox şeydir. Həbsxana xaricində öldün, bu da çox şeydir. Çünki öldün. Bu fikrə alışdıracağıq özümüzü. İnsan mənzərələrini sənsiz xəyal etməyə çalışacağıq… Sənin deyiminlə, mənzərəni bu ağac olmadan xəyal etməyə çalışacağıq. Ucsuz-bucaqsız həyatı …    

   6 İyun 1963
Lui Araqon

Mənbə: Çağdaş dünya ədəbiyyatı. 

STAY CONNECTED

20,161FansLike
2,246FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...