Neyroanatomiya: Əsas və ya bazal (qabıqaltı) nüvələr

Post date:

Author:

Category:

Beyin yarımkürələrinin ağ maddəsinin daxilində beyin əsasına yaxın boz maddə yığıntıları yerləşir və əsas (qabıqaltı) nüvələr adlanırlar. Əsas nüvələrə zolaqlı cisim- corpus striatum, hasar- claustrumbadamabənzər cisim- corpus amygdaloideum, aiddir.

1.Zolaqlı cisim- corpus striatum

https://doctorlib.info/anatomy/textbook-clinical-neuroanatomy/13.html
  • Zolaqlı cisim mərciməyəbənzər və quyruqlu nüvələrə birlikdə verilən addır.
  • Zolaqlı cisim ekstrapiramid sistemin mərkəzidir.

Quyruqlu nüvə- Nuc. caudatus

  • İçəri tərəfdən görmə qabarına söykənir və ondan stria medullaris vasitəsilə ayrılır.
  • Ön qalınlaşmış ucu başı-caput, orta hissəsi cismi- corpus və arxa nazik hissəsi isə quyruğu- cauda nucl. caudati, adlanır.
  • Başı yan mədəciyin ön buynuzun aşağı və bayır divarını, cismi yan mədəciyin mərkəzi hissəsinin dibini, quyruğu isə aşağı buynuzun damını əmələ gətirir.
https://www.pinterest.com/pin/262405115766862629/
https://twitter.com/gbclinic/status/206371645651296256?lang=bn

Mərciməyəbənzər nüvə- nucl. lentiformis

  • Görmə qabarından və quyruqlu nüvədən bayır tərəfdə yerləşir və onlardan daxili kapsul vasitəsilə ayrılır.
  • Ağ maddədən əmələ gəlmiş iki paralel səhfə- lamina medullaris medialis et lateralis, vasitəsilə 2 hissəyə bölünür:
  • Bunlardan ən böyüyü qabıq – putamen, adlanır və bayır tərəfdə yerləşir.
  • İçəridə qalan hissə isə solğun kürə- globus pallidus, adlanır. Solğun kürənin rəngi qabıq hissədən daha açıqdır. Eyni zamanda içəri səhfə içəri solğun kürə- globus pallidus medialis, bayır səhfə isə globus pallidus lateralis, adlanır.
http://www.ajnr.org/content/21/5/928.figures-only

Claustrum- Hasar

  • Mərciməyəbənzər nüvənin qabığı-putamen, və adacıq- insula, arasında qalan boz maddə yığıntısıdır.
  • İçəri tərəfdən ağ maddədən əmələ gəlmiş xarici kapsul- capsula externa, bayır tərəfdə isə kənar kapsul- capsula exterma (marginalis) ilə əhatə olunub.
https://teachmeanatomy.info/neuroanatomy/structures/basal-ganglia/

Corpus amygdaloideum- badamabənzər cisim

  • Gicgah payının ön hissəsində mərciməyəbənzər nüvənin altında, gicgah qütbündən arxada yerləşir.
  • Filogenez baxımdan qədim törəmədir və ekstapiramid sistemin mərkəzlərindən hesab olunur.
  • Dənizatıyanı qırışığın qarmağının-uncus, ucunu örtən boz maddə ilə rabitədədir.
  • Quyruqlu nüvənin quyruq hissəsi burada sonlanır.
http://raginguniverse.blogspot.com/2015/06/unconscious-consciousness.html
https://www.barnardhealth.us/human-brain/a-neuroanatomical-correlates-of-declarative-memory.html

Daxili kapsul- capsula interna

  • Daxili kapsul- capsula interna, Beyin qabığına gələn (afferent) və buradan diğər beyin törəmələrinə gedən (efferent) liflərin görmə qabarı (thalamus), nuc. caudatus (quyruqlu nüvə) və nuc. lentiformis (mərciməyəbənzər nüvə) arasından keçərkən əmələ gətirdiyi yastı “V” hərfi formasındakı anatomik quruluşdur. İki ayağı (crus) ve bir dizi (genu) vardır.
  • Daxili kapsulun dizindən– fıbrae corticonucleares (qabıq-nüvələr yolu)
  • Crus posterius (arxa ayaqcıqdan)- fıbrae corticospinales (qabıq-onurğa beyni yolu),
  • Crus anterior (ön ayaqcıqdan)- tractus frontopontinus (alın-körpü yolu), görmə qabarı-qabıq dəstəsi- fasciculus thalamocorticalis,
https://pt.slideshare.net/MUBOSScz/9-telencsuppl2a/4

Xarici kapsul- capsula externa, marciməyəbənzər nüvənin bayır tərəfində yerləşir və onu hasardan ayırır.

Kənar kapsul- capsula marginalis, hazarı bayır tərəfdən örtür və onu adacıqdan- insula, ayırır.


https://slideplayer.hu/slide/2155870/

Tağ- Fornix

  • Döyənək cisminin altında yerləşir.
  • Məməciyəbənzər cismi dənizatıyanı qırışığın qarmağı ilə birləşdirir.
  • Tağ cismi- corpus forniscis, tağ ayaqcıqları- crura fornicis, ayrılır.
  • Tağ ayaqcıqlarının döyənək cismin səthi ilə birlikdə əmələ gətirdiyi üçbucaq dənizatı ayaqlarını bir-birilə birləşdirən tağ bitişməsi- comissura fornicus, ilə əhatə olunub.
https://www.google.com/url?sa=i&url=https%3A%2F%2Fwww.kenhub.com%2Fen%2Flibrary%2Fanatomy%2Ffornix-of-the-brain&psig=AOvVaw04tCBMCjiYY9VDZLOhOwKO&ust=1589210748806000&source=images&cd=vfe&ved=0CAIQjRxqFwoTCOj7gsbNqekCFQAAAAAdAAAAABBB
http://www.ajnr.org/content/36/9/1604
https://ranzcrpart1.fandom.com/wiki/White_matter:Fornix_and_forniceal_commissure

Mənbə:

Prof. Dr. Kaplan Arıncı – Antomi 2. cilt

İnsan anatomiyası II cild

  • V.B.Şadlinski
  • Ş.İ.Qasımov
  • N.T.Mövsümov

STAY CONNECTED

19,717FansLike
2,185FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....