Neyroanatomiya: Brodman sahələri

Post date:

Author:

Category:

Funksiyaların beyin qabığında lokalizasiyası

Alın payında yerləşən mərkəzlər

Birincili hərəki mərkəz (Primer motor cortex, Brodmanın 4 nömrəli sahəsi)- Mərkəzi şırımın önündə mərkəzönü qırışıqda yerləşir. Bacarıq tələb edən iradi hərkətlərlə əlaqəlidir. Bu mərkəzdə yerləşən qabıq hüceyrələrinin uzantıları tractus corticospialis (qabıq-onurğa beyni) və tractus corticonuclearis (qabıq nüvələr) yollarını (piramidial yollar) əmələ gətirir. İnsan bədənin mərkəzönü qırışıqda yerləşmə forması hərəki homunkulus adlanır. Mərkəzönü qırışığın yuxarı hissəsində– aşağı ətraf əzələlərinin, orta hissəsində gövdə və yuxarı ətraf əzələlərinin, aşağı hissəsində- baş əzələlərinin, dil, udlaq, qırtlaq və göz alması əzələlərinin, orta alın qırışığının arxa hissəsində baş və gözləri birlikdə əks tərəfə çevirən əzələlərinin müvafiq mərkəzləri yerləşmişdir.

http://www.tipfak.com/wp-content/uploads/2015/06/Motor-Korteks.pdf
https://twitter.com/ceptional/status/491735562751991808
  • Premotor zona ( Brodman 6 nömrəli sahə)– hərəkətlərin proqramının formalaşması və planlanlı edilməsi ilə əlaqəlidir.
  • Nəzərin qabıq mərkəzi (frontal göz zonası (Brodman 8)) Orta alın qırışığında yerləşir. Vizual impluslardan asılı olmadan gözün iradi hərəkəti ilə əlaqəlidir. (uçan təyyarənin çızdığı trayektoriyanı izləmək)
  • Şifahi nitqin yaxud nitq artilkulyasiyasının hərəki mərkəzi (Broka zonası- Brodman 44-45)- gyrus frontalis inferior- aşağı alın qırışığındakı pars triangularis (45)- üçbucaq hissə və bura qonşu olan pars opercularis-qapaq hissəində (44) lokalizasiya olunur. Dominant yarımkürədə ( çox zaman sol) yerləşir. Bu zona birincili hərəki mərkəzə qonşu olduğu üçün qırtlaq, yumşaq damaq, dil, ağız ve respirator əzələlərdən gələn implusları analiz və sintez edərək sözlərin formalaşmasını təmin edir. Bu zonanın patoloji hallarında (Broka afaziyası) xəstə ya heç danışa bilmir, ya da çətinliklə danışır, lakin hər şeyi anlayır və yazaraq ünsiyyət qura bilir.
https://www.memorangapp.com/flashcards/255129/SNP+-+N11+Neuroanatomy+-+Cerebrum/

Təpə Payında yerləşən mərkəzlər

  • Hissi mərkəz ( Brodman 3,1,2)- Mərkəzi şırımın arxasında mərkəzarxası qırışıqda yerləşir. Hissi nahiyə toxunma, təzyiq, ağrı, hərarət hisslərini və eyni zamanda əzələ-oynaq hissiyatından gələn proprioseptiv hissiyyatlarını qəbul edir.
  • Stereoqnoziya mərkəzi (Brodman 5 və 7 nömrəli sahəsi)- əşyaları əli sürtmək və ya əlləməklə tanımaq funksiyasını yerinə yetirən hissi nahiyəsidir. Bu mərkəz pozularsa toxunma hissi qalmasına baxmayaraq toxunan cismin nə olduğunu ayırd edə bilmirlər. Bu toxunma aqnoziyası adlanır.
  • Dad mərkəzi (43)- gyrus postcentralis- mərkəzarxası qırışığın aşağı ucunda, pars opercularis- qapaq hissədə lokalizasiya olunur.
  • Yazı işarələrinin görmə mərkəzi (Gyrus angularis -39)– Aşağı təpə paycığında bucaq qırışığında yerəşir. Yazıları, hərfləri və işarələri anlamaqla əlaqəlidir. Bu mərkəzin patoloji vəziyyətlərində xəstə hərfləri və ya sözləri tanımır,gözləri gördüyü halda onları oxuya bilmir. Bu hal aleksiya və ya yazı korluğu adlanır.
  • Yazı nitqinin hərəki nahiyəsi (Gyrus supramarginalis-40)– İşarə və hərfləri yazmaq üçün iradi hərəkətləri tənzim edir. Bu mərkəz pozularsa xəstədə digər vərdişlər qalır ancaq yazmaq qabiliyyəti itir. Bu aqrafiya adlanır.
  • 39 və 40 nömrəli Brodman sahələri Vernike mərkəzinin zonalarından biri olaraq qəbul edilir.
http://www.pixelatedbrain.com/images/draw/brain_lat/drbrlat_2_1a.html
https://radiopaedia.org/articles/frontal-lobe

Ənsə payında yerləşən mərkəzlər

  • Birincili görmə mərkəzi (Brodman 17)– ənsə payının içəri səthində mahmız şırımının- sul. calcarinus, ətrafında yerləşir.
  • Görmənin assosiativ zonası (Brodman 18, 19)- Əşyanın əlamətini (rəngi, forması və.s.) qavramaqla əlaqəlidir.
https://quizlet.com/231477813/cerebral-cortex-part-2-flash-cards/

Gicgah payında yerləşən mərkəzlər

  • Birincili eşitmə mərkəzi (Brodman 41, 42)- gyrus temporalis superior- yuxarı gicgah qırışığının bayır şırımına baxan yerdəki gyri temporales transversi- köndələn gicgah şırımlarında yerləşir. (Heşli qırışığı).
  • Eşitmənin assosiativ zonası- Vernike mərkəzi (Brodman 22)- Eşidilən sözlərin başa düşülməsi ilə əlaqəlidir. Bu sahənin zədələnməsi zamanı fərd öz səsi daxil eşitdiklərinin heç birinin mənasını qavraya bilmir və mənqitsiz cümlələr qurur. Yəni ümumi səs axınında nitqin ayırd edilməsi qabiliyyətinin pozulması təşkil edir. Bu sensor afaziya (Vernike afaziyası) adlanır. Vernike mərkəzi fasciculus arcuatus adlanın lif dəstəsi ilə Broka mərkəzinə əlaqələnir. Eşidilən və ya danışılan sözlər ilkin olaraq birincili eşitmə mərkəzi tərəfindən qəbul edilir, daha sonra buradan Vernike mərkəzinə gələrək analiz edilib başa düşülür.
  • Birincili qoxu mərkəzi (Brodman 34)- gicgah payının dənizatıyanı qırışığının- gyrus parahippocampalis, qarmağını- uncus, əhatə edir. Qoxu impluslar ilkin olaraq mərkəzə gəlir və Piriform cortex olaraq da adlanır.
  • Qoxunun assosiativ zonası(Brodman 28)- İylərin qavranılması ilə əlaqəldir. Entorhinal cortex olaraq da adlanır.
http://www.brainm.com/software/pubs/dg/BA_10-20_ROI_Talairach/functions.htm

Mənbə:

Tusdata- Anatomi, 2017

İnsan anatomiyası II cild

  • V.B.Şadlinski
  • Ş.İ.Qasımov
  • N.T.Mövsümov

STAY CONNECTED

19,724FansLike
2,186FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....