Neyroanatomiya: Cerebellum (Beyincik)

Post date:

Author:

Category:

Beyincik hərəkətlərin kordinasiyasını, müvazinətin saxlanılmasını, orqanizmin məkanda yer dəyişməsini, ayrı-ayrı hərəkətlər zamanı əzələlərin işini və vegetativ funksiyaları tənzim edir.

  • Arxa kəllə çuxurunda, körpü ilə uzunsov beynin arxasında və beynin ənsə paylarının altında yerləşir. Frontal ölçüsü- 3-5 sm və çəkisi 150 qramdır.
  • Beyincik iki yarım kürədən- hemispheria cerebeli və onların ortasında yerləşən soxulcandan-vermis, ibarətdir.
  • Əsas funksiyası hərəkətin kordinasiyasına nəzarətdir.
  • 3 paycıqdan ibarətdir: Lobus anterior- ön pay, lobus posterior- arxa pay və lobus flocculonodularis- qırıq-düyün payı.
  • Ön və arxa kənarı, yuxarı və aşağı səthləri var.
  • Ön və arxa paycıq bir-birindən fissura prima adlanan yarıq ayrılır.
  • Yuxarı və aşağı səthləri isə horizontal (üfüqi) yarıq- fissura horizantales, adlanan yarıqla ayrılır.
  • Arxa pay və qırıq-düyün payını (lobus flocculonodularis) fissura posterolaterales- arxa bayır yarıq ayırır.
https://en.wikipedia.org/wiki/Horizontal_fissure_of_cerebellum
https://www.slideshare.net/DrMohammadMahmoud/anatomy-of-cerebellum-and-4th-ventricle

Ön pay

Beyincik soxulcanı hissəsi- Vermis

  • Lingula cerebelli-beyincik dilciyi, təkcə bu anatomik quruluşa beyincik yarımkürələrində qarşılıq yoxdur.
  • Lobulus centralis-mərkəzi paycıq
  • Culmen-zirvə

Beyincik yarımkürələri- hemispherium cerebelli

  • Ala lobi centrali-mərkəzi paycıq qanadı
  • Lobulus quadrangularis-dördbucaq paycıq (pars anterior)
https://www.slideshare.net/DrMohammadMahmoud/anatomy-of-cerebellum-and-4th-ventricle
https://slideplayer.biz.tr/slide/10555456/

Fissura prima ilə ön pay arxa paydan ayrılır.

Arxa pay

Beyincik soxulcanı hissəsi- Vermis

  • Declive-yamac
  • Folium vermis-soxulcan yarpağı
  • Tuber vermis-soxulcan qabarı
  • Pyramis vermis-soxulcan piramidi
  • Uvula vermis-soxulcan dilçəyi

Beyincik yarımkürələri- hemispherium cerebelli

  • Lobulus simplex-sadə paycıq (Lobulus quadrangularis-dördbucaq paycıq (pars inferoposterior)
  • Lobulus seminularis superior

Fissura horizantalis

Beyincik soxulcanı hissəsi- Vermis

  • Tuber vermis-soxulcan qabarı
  • Pyramis vermis-soxulcan piramidi

Beyincik yarımkürələri- hemispherium cerebelli

  • Lobulus seminularis inferior
  • Lobulus biventer

Fissura secunda

Beyincik soxulcanı hissəsi- Vermis

Uvula vermis-soxulcan dilçəyi

Beyincik yarımkürələri- hemispherium cerebelli

  • Tonsilla cerebri

Fissura posterolateralis

Qırıq-düyüncük payı- lobus flocullonodularis

Beyincik soxulcanı hissəsi- Vermis

  • Nodulus-düyüncük

Beyincik yarımkürələri- hemispherium cerebelli

  • Flocculus-qırıq

Beyinciyin daxili qatı

  • Xaricdə boz maddə və daxildə ağ maddədən təşkil olunub.
  • Arbor vitae cerebelli (həyat ağacı)– Beyinciyin sagital kəsiyində ağ səhfələr şaxələnərək ağaca bənzədiyinə görə belə adlanır.
  • Folia cerebelli (beyincik yarpaqları)– beyincikdəki yarıqların arasında qalan qırışlardır və beyin yarımkürələrindəki qırışlara müvafiqdir.
https://www.yenibiyoloji.com/merkezi-sinir-sistemi-on-orta-arka-beyin-ve-omurilik-3529/
https://www.slideshare.net/DrMohammadMahmoud/anatomy-of-cerebellum-and-4th-ventricle
  • Pedunculus cerebellaris inferior (Beyinciyin aşağa ayaqcığı) – Beyinciyi uzunsov beyinlə birləşdirir. Böyük bir qismini afferent liflər təşkil edir. Ən böyük hissəsini tr. olivocerebellaris-zeytun-beyincik yolu, əmələ gətirir. Tr. spinocerebellaris və tr.cuneocerebellaris buradan keçir.
  • Pedunculus cerebellaris medius (Beyinciyin orta ayaqcığı)- Beyinciyi (cerebellum) körpü (pons) ilə birləşdirir.. Sadecə afferent liflərdən təşkil olunub. Bütün hissəni qabıq-körpü-beyincik (tr. corticopontocerebellar) yolu əmələ gətirir.
  • Pedunculus cerebellaris superior (Beyinciyin yuxarı ayaqcığı)– Beyinciyi (cerebellum) orta beyinlə (mesencephalon) birləşdirir. Böyük bir qismi efferenttir. İki dəfə çarpazlaşan tr. spinocerebellaris anterior və beyincik qapaq yolu liflərindən təşkil olunub.
https://en.wikipedia.org/wiki/Inferior_cerebellar_peduncle

Beyincikdə yerləşən nüvələr:

  • Nucleus dentatus (dişli nüvə)- beyinciyin ən böyük nüvəsidir. Hərəkətin planlanmasına nəzarət edir.
  • Nucleus emboliformis (mantarabənzər nüvə)- əzələ tonusuyla əlaqəlidir.
  • Nucleus fastigii (çadır nüvə)- vestibulyar sistemlə əlaqəlidir. IV mədəciyin damında yerləşir.
  • Nucleus globossus (kürəvi nüvə)- əzələ tonusu ilə əlaqəlidir.
https://www.slideshare.net/DrMohammadMahmoud/anatomy-of-cerebellum-and-4th-ventricle

Mənbə:

Prof. Dr. Kaplan Arıncı – Antomi 2. cilt

Tusdata- Anatomi, 2017

İnsan anatomiyası II cild

  • V.B.Şadlinski
  • Ş.İ.Qasımov
  • N.T.Mövsümov

STAY CONNECTED

19,717FansLike
2,185FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....