Neyroanatomiya: Diencephalon (Ara beyin)

Post date:

Author:

Category:

Orta beyin və beyin yarımkürələri arasında yerləşir. Arxa bitişməni (comissura posterior) məməciyəbənzər cisimləri (corpus mamillare) birləşdirən hüdudi xətt ilə orta beyindən, mədəciklərarası dəliklə (for. interventriculare-Monro dəliyi) görmə çarpazanı (chiasma opticum) birləşdirən xəttlə isə beyin yarımkürələrindən ayrılır. Ara beyin iki hissəyə bölünür:

https://slideplayer.biz.tr/slide/3081068/

Pars ventralis diencephali- Ventral hissə

  • Thalamus ventralis (subthalamus)
  • Hypothalamus- Görmə qabaraltı nahiyə və ya hipotalamus

Pars dorsalis diencephali- Dorsal hissə

  • Epithalamus- Görmə qabarüstü
  • Metathalamus- Görmə qabararxası
  • Thalamus dorsalis- görmə qabarı

1. Görmə qabarüstü (Epithalamus)

https://www.quora.com/Where-is-the-epithalamus-located

Bura aiddir:

  • Trigonum habenulae- Yüyən üçbucağı
  • Yüyən- habenula
  • Yüyənlər bitişməsi- comissura habernalarum
  • Əzgiləbənzər cisim və ya epifiz- corpus pineale
  • Arxa bitişmə – comissura posterior
  • Trigonum habenulae– görmə qabarlarının yuxarı və içəri tərəfini bir-birindən ayıran beyin zolağının arxaya doğru əmələ gətirdiyi üçbucağa bənzər genişlikdir.
  • Habenula– yüyən üçbucağında yerləşən qabartıdır və orta xəttə doğru uzanır.
  • Nuc. habenulae– Yüyənin daxilində yerləşən nüvələrdir.
  • Comissura habenularum (habenularis)- Yüyənlərin orta xəttə bir-birilə birləşməsi nəticəsində əmələ gəlir.
https://www.pinterest.ca/pin/472385448411026153/?nic_v1=1apcYO7oHeuSTtZ7m8ZLL115TV6KjpoAe8PGVK8LSw0C%2BdiQfUPswrZLN6t1L8HzqO
https://www.sciencedirect.com/topics/neuroscience/habenular-nuclei
  • Corpus pineale (epiphysis cerebri-beyin epifizi, epifiz vəz)– Yüyən bitişməsinin arxa kənarında orta beyin qapağının yuxarı təpəcikləri arasında yerləşir. Ara beyinə nazik sapla şəklində törəmə ilə birləşib. Bu vəzdə melatonin və serotonin ifraz olunur.
  • Yaşlandıqda vəzi elementləri tədricən məhv olur, onun yerinə birləşdirici toxuma və əhəng duzları çöküntüləri tutur. Bu çöküntülər beyin qumu- acervulus cerebri, adlanır.
  • Recessus pinealis (əzgiləbənzər cisim cibi) – III mədəcik boşluğunun həmin sapa doğru genişləməsi nəticəsində əmələ gəlmişdir. Epitalamik bitişmə və yüyənlər bitişməsi arasında yerləşir.
  • Əzgiləbənzər cisim cibinin üzərində qalan hissə commissura habenularum- yüyən bitişməsinə, aşağısında qalan hissə isə commissura epithalamica (posterior)- epitalamik bitişməyə birləşir.
  • Əzgiləbənzər çuxur və ya kor cib- Epitalamik və yüyən bitişmələri ilə əzgiləbəznər cismin ön-yuxarı hissəsi arasında yerləşən çox da dərin olmayan bir cibdir.

2. Metathalamus-görmə qabar arxası

Bayır və içəri dizəbənzər cisimlərindən- corpora geniculata laterale et mediale, təşkil olunmuşdur.

https://www.semanticscholar.org/paper/Studies-on-the-Diencephalon-O-F-the-Cat-I.-the-O-F-Thuma/0a7e0b0ec42cce9de9a45d0361ba38363f9bf72c
https://slideplayer.biz.tr/slide/3081068/

Corpus geniculatum laterale-bayır dizəbənzər cisim

  • Görmə qabarının (thalamus) arxa bayır tərəfində yerləşən oval formalı çıxıntıdır.
  • Görmə yolunun üzərində yerləşir və brachium colliculi superior- yuxarı təpəcik qolu vasıtəsilə orta beyin qapığının yuxarı təpəcikləri ilə rabitədə olur.
  • Tr.opticus-görmə yolunu əmələ gətirən liflər bayır dizəbənzər cisimdə eyni adlı nucl. corporis geniculati lateralis- bayır dizəbənzər cisim nüvəsində sinaps əmələ gətirdikdən sonra görmənin qabıq mərkəzinə gedir. Bu nüvələr qabıqaltı görmə mərkəzidir.
https://www.repetico.de/card-63803840

Corpus geniculatum mediale – İçəri dizəbənzər cisim

  • Bayır dizəbənzər cisimdən nisbətən kiçikdir, ondan arxa və içəri tərəfdə yerləşir.
  • Bayır dizəbənzər cisim ilə aşağı təpəcik arasında yerləşir.
  • Eşitmə yolunun üzərində yerləşir və brachium colliculi inferior – aşağı təpəcik qolu vasitləsilə aşağı təpəciklə rabitədə olur.
  • İçəri dizəbənzər cisimin daxilində eyni adlı nüvə- nucl. corporis geniculati medialis yerləşir.
  • Korti orqanından eşitmə ilə əlaqəli implusları ötürən liflər ilbiz nüvələrində yer dəyişdikdən sonra bayır ilgək- leminiscus lateralis, adlanan lif dəstəsi əmələ gətirir. Liflərin çoxu çarpazlaşaraq əks tərəfun aşağı təpəciyində qurtarır.
  • Aşağı təpəcikdən aşağı dizəbənzər cismə gedən bu yollar burada sinaps əmələ gətirdikdən sonra eşitmənin qabıq mərkəzinə gedir.
https://operativeneurosurgery.com/doku.php?id=inferior_colliculus

3. Thalamus (dorsalis)- Görmə qabarı

  • Qoxu xaric bütün hissiyyatlar bura daşınır.
  • Qoxu xaric bütün hissiyyatların üçüncü neyronu burada yerləşir.
  • Döyənək cisminin altında III mədəcəyin yan tərəfində yerləşir. Boz maddədən təşkil olunmuş ellipsoid şəklində cüt törəmədir.
  • Yuxarı, aşağı, içəri və bayır səthləri var. Yuxarı və içəri tərəfi sərbəst, aşağı və bayır səthləri isə beyinin hissələri ilə tutulub.
  • Görmə qabarının ön ucu görmə qabarı qabarcığı- tuberculum anterius thalami, adlanır.
  • Enliləşmiş arxa ucu isə görmə qabarı balışı- pulvinar adlanır.
  • Görmə qabarının ön ucu mədəciklər arası dəliyə (Monro dəliyi) , arxa ucu isə orta beynə söykənib.
  • Görmə qabarı yuxarı təpəciyin bayır tərəfində və yuxarı təpəcik qolunun üzərində yerləşir.
  • Görmə qabaraxasına aid olan bayır dizəbənzər cisim isə görmə qabarı balışının bayır tərəfində yerləşir.
https://www.pinterest.com/pin/534028468310308089/
  • Görmə qabarının (thalamus) yuxarı səthi ağ maddədən əmələ gəlmiş nazik məntəqə- stratum zonale ilə əhatə olunmuşdur.
  • Yuxarı səthdə bayır tərəfdə göy rəngdə hüdudi zolaqla- stria terminalis quyruqlu nüvədən- nucl.caudalis ayrılır.
  • Fissura chorioidea– Hüdudi zolağa yaxın, damarlı kələfə- plexus choroideus məxsus yarıqdır.
  • Lamina affixa- Hüdudi zoloğın içəri kənarından başlayır, görmə qabarının bir qismini örtür və davamında damarlı epitel səhifəyə keçir. Yan mədəcəyinin damarlı kələfi ilə birləşir.
1.Fornix
2.Plexus chroideus
3.Tenia choroidea
4.Tela chroidea
5.Lamina affixa
6.Nuc.caudatus
7.Thalamus
8.V.thalamostriata
  • Görmə qabarının içəri səthi III mədəciyin yan divarını təşkil edir
  • Yuxarı səthdən stria medullaris thalami
  • Aşağı səthdən isə görmə qabaraltı şırım- sul. hypothalamicus ilə hüdudlanır.
  • Görmə qabaraltı şırımın ön ucu mədəciklərarası dəlikdə, arxa ucu isə beynin su kəmərinin girəcəyində tamam olur.
  • Görmə qabarının içəri səthlərinin birləşməsindən görmə qabararası bitişmə- adhesio interthalamica, əmələ gəlir.
  • Mədəciklərarası dəlik- for. interventriculare, görmə qabarının içəri səthinin ön kənarında, tağ sütunun arxasında yerləşir və yan mədəciyi III mədəciklə birləşdirir.
2.Adhesio interthalamica
3.Stria medullaris thalami

4.Sul. hypothalamicus
  • Görmə qabarının aşağı səthi görmə qabarltı- hypothalamus, nahiyəyə söykənir və görmə qabaraltından görmə qabaraltı şırım vasitəsilə ayrılır.
  • Görmə qabarının bayır səthi daxili kapsula söykənmişdir.
1.Görmə qabaraltı şırım- sul. hypothalamicus
2.Görmə qabarı- thalamus
3.Görmə qabaraltı- hypothalamus
4.subthalamus
5.Orta beyin ayaqcıq qapağı- tegmentum mesencephali
  • Görmə qabarını təşkil edən boz maddə nazik beyin səhifələri- lamina medullares thalami vasitəsilə nüvələrə ayrılır. Görmə qabarında 40-a qədər nüvə var. Bu nüvələrdə bütün hissi yolların ikinci neyronlarının aksonları tamam olur. Buna görə də görmə qabarları qabıqaltı hissi mərkəz sayılır. Görmə qabarı balışında bir qisim görmə yolu lifləri tamam olur. Eyni zamanda görmə qabarı ekstrpiramid sistemin hissi mərkəzi hesab olunur.

Görmə qabarında (thalamus) yerləşən nüvələr:

  • Nucl. anteriores thalami (Ön nüvələr)- hafizə, öyrənmə və diqqət (limbik sistem) ilə əlaqəlidir.
  • Nucl. mediales thalami (İçəri nüvələr) – şəxsiyyət, psixi hal və şüurluluq (prefrontal cortex) ilə əlaqəlidir.

Nucl. laterales thalami (Bayır nüvələr) – Ön və arxa qrup nüvələrə bölünür:

Ön qrup nüvələr

  • Nuclei ventralis laterales və anterior
  • Nuclei ventralis posterolateralis (NVPL)- Lemniscus spinalis və lemniscus medialis
  • Nuclei ventralis posteromedialis (NVPM)- Lemniscus trigeminalis ve dadbilmə hissiyyatı

Arxa qrup nüvələr

  • Nuclei pulvinares– ən arxada yerləşir və ən böyük nüvələrdir.
https://en.m.wikipedia.org/wiki/Intralaminar_nuclei_of_thalamus

4. Subthalamus

  • Görmə qabarı ilə orta beyin ayaqcıq qabağı arasında yerləşir. Yuxarı içəri tərəfində görmə qabaraltı yerləşir.
  • Daxili qatında nuc. subthalamicus, zona incerta (bilinməyən məntəqə) Forel sahələri yerləşir.
  • Nuc. subthalamicus orta beyində yerləşən qara maddənin yuxarıya doğru olan uzantısı kimi olunur.
  • Bazal qanqliondur. Əzələ altivliyinə nəzarət edir.
  • Burda olan hansısa kütlə əks tərəfin əzələlərin qeyri-iradi hərəkətlərə səbəb olur.
  • Zona incerta- orta beyindəki retikulyar formasiyanın uzantısıdır.
1. Subthalamus

5. Hypothalamus- Görmə qabaraltı

  • Orqanizmdə vegetativ funksiyaları, ekstrapiramid sistemi tənzimləyir və daxili sekresiya vəzilərinin funksiyalarına nəzarət edir.
  • Ara beynin ventral hissəsində yerləşir.
  • Ön tərəfdə görmə yolu çarpazına, arxada isə məməciyəbənzər cisimlərin arxa sərhədinə qədər uzanır. Bayır tərəfdən daxili kapsulla qonşudur, arxada isə beyin ayaqcıqları qapağının daxilinə doğru keçir.
  • Yuxarıda görmə qabarından (thalamus) görmə qabaraltı şırımla- sul. hypothalamus, ayrılır.
  • III mədəciyin görmə qabaraltı şırımının altında qalan hissəsində aşağı və yan divarlarını əmələ gətirir.
  • Lamina terminalis- hüdudi səhfə, nazik boz təbəqədir. III mədəciyin ön divarını təşkil edir. Aşağıda görmə çarpazının önündən başlayır, yuxarıya gedir, ön bitişmənin ön səthində III mədəciyin damına və yanlarda beyin qabığına keçir.
  • Area preoptica– hüdudi səhifənin arxasında və görmə qabaraltının ön tərəfində yerləşir. Görmə yolundam hüdudi səhifəyə və ön bitişməyə qədər uzanır.
  • Chiasma opticum- görmə çarpazı, görmə sinir liflərinin içəri dəstələrinin çarpazlaşmasından əmələ gəlir. Ön ucu görmə sinirinə- n. opticus, arxa ucu görmə yollarına- tr. opticus davam edir. III mədəciyin aşağı və ön divarının birləşmə yerində yerləşir. Üst tərəfi hüdudi səhifəyə yapışmış vəziyyətdədir və aşağıda da hipofiz vəzisinə qonşudur. İkisinin arasında da diaphragma sellae yerləşir. Görmə çarpazının yuxarı tərəfində III mədəciyin dibində görmə cibi- recessus opticus yerləşir.
  • Tracti optici- görmə yolları, görmə çarpazının arxa ucundan başlayır. Arxa tərəfə gedərək beyin ayaqcıqlarını bayır tərəfdən dolanır liflərin bir qismi bayır dizəbənzər cismə, bir qismi görmə qabarı balışına-pulvinar, digər bir qismi isə yuxarı qoşa təpəciklərdə tamam olur.
1.Görmə qabaraltı- hypothalamus
2.Ön bitişmə- comissura anterior
3.Hüdudi səhifə- lamina terminalis
4. Subthalamus və 5.orta beyin ayaqcıqları qapağı- tegmentum mesencephali
6.Görmə qabaraltı şırım- sulcus hypothalamicus
7.Görmə çarpazı- chiasma opticum
8.Boz qabar- tuber cinereum
9.Qıf- infundibulum
10.Məməciyəbənzər cisim- corpus mamillare
11.Daxili kappsul- capsula interna
12. III mədəciyin içəri divarı

https://slideplayer.biz.tr/slide/3081068/
https://viamedici.thieme.de/lernmodule/anatomie/hypothalamus
https://www.pinterest.at/pin/639229740840494972/
  • Tuber cinereum- boz qabar, görmə çarpazından arxada, məməciyəbənzər cisimlər ilə qıf- infundibulum, arasında yerləşən bir qabarıqlıqdır.
  • Daxilində eyni adlı nüvələr boz qabar nüvəsi- nuclei tuberales yerləşir.
  • Bu nüvələrin üzəri nazik boz maddə səhifəsi ilə örtülmüşdür və bayır tərəfdə boz qabarı, içəri tərəfdə isə eminentia medialis- içəri hündürlüyü əmələ gətirir.
  • Boz qabar aşağıya və önə doğru qıf- infundibulum ilə davam edir. Ucunda hipofiz vəzi yerləşir.
  • Qıf hipofiz vəzin arxa payı olaraq davam edir.
  • Boz qabar III mədəciyin dibində eminentia medialis adlanan qabarıqlıq əmələ gətirir.
  • Bu qabarlıqlığı aşağıda qıf- infundibulum birləşir.
  • Eminentia medialis, infundibulum və arxa pay birlikdə neyrohipofiz adlanır.
https://quizlet.com/134597007/17-hypothalamus-flash-cards/
  • Corpora mamillaria- məməciyəbənzər cisimlər, boz qabardan arxada, arxa dəliklənmiş maddədən öndə yerləşir. Oval və ya girdə şəkilli 0.5 mm diametrindədir. Xaricdən ağ maddə qatı ilə örtülüb.

Görmə qabaraltında yerləşən nüvələr:

  • Nucleus suprachiasmaticus– bioloji saatla əlaqəli nüvədir. Epifiz vəzisi ilə əlaqəsi olan nüvədir.
  • Nucleus ventromedialis- Toxluğun mərkəzidir. Hipotalamusun bayır tərəfi aclıqla əlaqəlidir.
  • Nucleus supraopticus- ADH (vazopressin hormonu) başlıca olaraq burdakl neyronlarda ifraz olunur.
  • Nucleus paraventricularis (mədəcikyanı nüvə) – oksitosin buradakı nüvədəki neyronlar tərəfindən hazırlanır.
  • Nucleus supraopticus və nucleus paraventricularis- Hazırlanmış ADH və oksitosin hormonu tractus supraopticohypophysialis (tractus hypothalamohypophysialis) vasitəsilə neyrohipofizə daşınır. Bunların çıxıntıları hipotalamo-hipofizar dəstəni əmələ gətirir.
  • Nucleus arcuatus (infundibularis) – Ön hipofizdən ifraz olunan hormonlara nəzarət edən hormonlar burdakı neyronlar tərəfindən hazırlanır. Hazırlanan bu hormonlar tractus tuberohypophysialis vasitəsilə daşınır.
https://www.intechopen.com/books/hypothalamus-in-health-and-diseases/anatomy-and-function-of-the-hypothalamus

Mənbə:

Prof. Dr. Kaplan Arıncı – Antomi 2. cilt

Tusdata- Anatomi, 2017

DIENCEPHALON – ARABEYİN Prof.Dr. Yusuf Zeki YILDIZ

İnsan anatomiyası II cild

  • V.B.Şadlinski
  • Ş.İ.Qasımov
  • N.T.Mövsümov

STAY CONNECTED

19,717FansLike
2,185FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....