Neyroanatomiya: Enən yollar (Efferent yollar)

Post date:

Author:

Category:

Tractus corticospinalis ve tractus corticonuclearis (corticobulbaris) piramidial yol, digər efferent (enən) yollar isə ekstrapiramidial yol olaraq adlandırılır.

1.TRACTUS CORTİCOSPİNALİS (TRACTUS PYRAMİDALİS)-PİRAMİD YOL və ya QABIQ ONURĞA BEYİN YOLU

  • Ən böyük efferent yoldur.
  • İradi və bacarıq tələb edən hərkətlərlə əlaqəlidir.
  • Birinci neyronları mərkəzi (üst motor neyron) neyron adlanır. (Upper motor neurons)

Gedişatı:

  • Mərkəzönü qırışıq (gyrus precentralis-Brodmannın 6 nömrəli sahəsi) və hərəki mərkəzdə Betsin giqant-piramid hüceyrələrindən (Brodmann 4nömrəli sahə) başlayır.
  • Beyin qabığının altındakı tac şəkilli liflər olaraq (corona radiata) davam edir.
  • Capsula internanın (daxili kapsulun) arxa ayaqcığının yanından keçir (daxili kapsulun dizinə (genus) yaxın keçənlər boyun və yuxarı ətraflara, uzaqdakılar isə aşağı ətraflara gedir.)
  • Uzunsov beyində (medulla oblangata) liflərin 90 faizi çarpazlaşıb əks tərəfə keçir və həmin yer decussatio pyramidum (piramid çarpazı) adlanır.
  • Çarpazlaşmış həmin liflər uzunsov beynin ön səthində qabarıqlıq pyramis bulbi əmələ gətirir.
  • Çarpazlaşıb əks tərəfə keçən liflər (90%) tractus corticosinalis lateralis adı altında yan ciyədə aşağıya doğru enir
  • Ön hərəki (motor) neyronlarla sinaps bağlantısı qurur.
  • Çarpazlaşmayan liflər (10%-8%) isə ön ciyədə tractus corticospinalis anterior olaraq davam edib medulla spinalisdə əks tərəfə keçir və ön hərəki neyronlarla sinaps bağlantısı qurur.
  • Tractus corticospinalisin decussatio pyramidumun yuxarısındakı lezyonlarında simptomlar kontrolateral, aşağısında olarsa ipsilateral olaraq üzə çıxacaq.

2.FİBRAE CORTECONUCLEARES (TRACTUS CORTİCOBULBARİS)-QABIQ NÜVƏLƏR YOLU

  • Bu liflərin əmələ gətirdiyi yol tractus corticonucleares adlanır.
  • Tractus corticospinalisin içəri tərəfi ilə hərəkət edir.
  • Gyrus precentralisin (mərkəzönü qırışıqda) üz ilə əlaqəli sahəsindən başlayır (motor homunkulyusun aşağı-bayır tərəfi; Brodmanın 4,6 və 8 nömrəli sahəsi).
  • Birinci neyronu həmin kəllə sinirlərinin öz hərəki neyronlarıdır, İkinci neyronları isə eyni nüvədən çıxan həmin kranial sinirlərin özüdür.
  • Daxili kapsulun dizi boyunca davam edib,
  • Beyin kötüyündə çarpazlaşırlar.
  • 7 və 12-ci kəllə sinirləri istisna bütün kəllə sinirlərinin hər iki tərəfdəki hərəki (motor) nüvələri hər iki yarım kürədən (bilateral) qabıq-nüvə ( corticonuclear) implusları alır.
  • 1,2 və 8 xaric bütün kəllə sinirlərinin hərəki nüvələri (mərkəzi nüvələri) var.
  • Supranuklear lezyonlarda simptomlar kontrolateral
  • İntranuklear və infranuklear lezionlarda isə ipsilateral olaraq üzə çıxır.
  • Supranuklear lezyon sadəcə 7 və 12-ci kəlllə sinirlərində görünə bilər. (çünki onlar hər iki yarım kürədən deyil bir yarım kürədən sinir implusları alır.)

Tr.corticospinalis beyin kötüyündən keçərkən 3,6,7 və 12-ci kəllə sinirlərinin mərkəzi neyronlarının yaxınlığından keçdiyi üçün beyin kötüyündə bu kəllə sinirləri ilə əlaqəli bir lezyon olarsa tr.corticocpinalisə də təsir göstərəcək.

N.FACİALİS LEZYONLARI

  • Nucleus nervus facialis- Bu nüvələr qabıqdan implus alan iki hissədən ibarətdir.
  • Yuxarı hissəsi hər iki yarımkürədən impluslar alır və üzün yuxarı yarısındakı əzələləri (göz alması ətrafı) innervasiya edir.
  • Aşağı hissəsi isə ancaq əks tərəfdəki yarımkürədən implus alır və üzün aşağı yarımını innervasiya edir.
https://www.facebook.com/physiosmarteg/photos/a.1887029808278591/2084043965243840/?type=3&theater
  • Kontrolateral hemiplegiya olmasının səbəbi Tr.corticospinalis beyin kötüyündən keçərkən 3,6,7 və 12-ci kəllə sinirlərinin mərkəzi neyronlarının yaxınlığından keçdiyi üçün beyin kötüyündə bu kəllə sinirləri ilə əlaqəli bir lezyon olarsa tr.corticocpinalisə də təsir göstərməsidir.

N.HYPOGLOSSUS LEZYONLARI

3.TRACTUS VESTİBULOSPİNALİS LATERALİS

  • Bədənin tarazlıqda qalmasını təmin edir.
  • İpsilateral olaraq davam edir
  • Açıcı əzələlərin hərəki neyronlarını oyadır, bükücü əzələlərinkini isə ləngidir.
  • Bədənimizdə əmələ gələn ani pozisiya dəyişikliyi halında (yıxılmaq kimi) ona qarşı qoymaq üçün edilən ani hərəkətlərə nəzarət edir.

4.TRACTUS TECTOSPINALIS

  • Orta beyin qapağından (tectum mesencephalicum) əsasən yuxarı təpəcikdən(Colliculus superior) başlayır.
  • Ön piramid yolun içəri tərəfində yerləşir.
  • Orta beyində qapaq səhifəsində çarpazlaşır( Meynert çarpazı; decussatio tegmentalis anterior)
  • Görmənin və eşitmə orqanlarından orta beyin qapağına verilən impluslara cavab olaraq reflektor hərəkətlərə nəzarət edir.
  • Ani vizual (işıq) və ya eşitmə(səs) ilə əlaqəli baş-boyun refleksinə ( səs gələn tərəfə çevrilmək, diksinmə və.s. kimi)
  • Bu yola sadecə yuxarı boyun seqmentlərində rast gəlinir.
https://studfile.net/preview/2283517/page:4/

5.TRACTUS RUBROSPINALIS (QIRMIZI NÜVƏ-ONURĞA BEYNİ YOLU)

  • Orta beyindəki qırmızı nüvələrədən başlayır.
  • Liflər nüvədən çıxan kimi orta beyində çarpazlaşır. (Forel çarpazı;decussatio tegmentalis anterior)
  • Əzələlərə qeyri-iradi impluslar daşıyır.
  • Fleksor(bükücü) əzələ tonusu ilə əlaqəlidir. Kontrlateral bükücü əzələlərın yığılmasına, açıcı əzələlərin isə inhibasiyasına(bükülməməsinə) nəzarət edir.

6.FASCİCULUS LONGITUDINALIS MEDIALIS (FLM)

  • Baş və gözlərin birlikdə kordinasiyalı hərəkətinə nəzarət edir.

Mənbə:

Tusdata-Anatomi(2017)

İnsan anatomiyası 2. cild

  • V.B.Şadlinski
  • Ş.İ.Qasımov
  • N.T.Mövsümov

STAY CONNECTED

19,727FansLike
2,187FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....