Neyroanatomiya: Medulla Spinalis (Onurğa beyni)

Post date:

Author:

Category:

Onurğa beyninin uzunluğu kışilərdə 45 sm, qadınlarda 43 sm-dir Çəkisi yetkinlik dövründə 30-35 q, həcmi 33 sm3, en kəsiyinin sahəsi 63 mm2-ə bərabərdir. Onurğa beyni böyük dəlik vasitəsi ilə beyinlə birləşir. Onurğa beyninin yuxarı hüdudi piramid (uzunsov beyin) çarpazı və ya birinci boyun sinirinin çıxan yeri, skeletə görə atlasın yuxarı kənarı bərabərliyində yerləşir. Onun aşağı hüdudu I-II bel fəqərələri səviyyəsində qurtarır və nazikləşərək onurğa beyni konusu conus medullaris, adlanır. Onurğa beyni konusundan onurğa kanalı da onurğa beyninin rudimenti hesab olunan hüdudi sap-ilum terminale uzanır və II büzdüm fəqərəsinin sümüküstlüyündə qurtarır. Hüdudi sapın uzunluğu 15-20 smdir, Yuxarı hissəsi sərt qişa boşluğunda yerləşir. Aşağı hissəsi isə onurğa beyni qişalarının davarmnı təşkil edir və uzunluğu 8 sm–ə bərabərdir.

https://www.researchgate.net/figure/Figure-of-the-lower-spinal-cord-highlighting-conus-medullaris-and-cauda-equina_fig3_221828386

Onurğanın hərəkətı zamanı onurğa beyni yuxarıya doğru yerini dəyişir. Yəni onurğa beyni onurğa kanalında hərəkətli fiksasiya olunur. Onurğa beyninin fiksasiya aparatına aiddir:

https://neupsykey.com/spinal-cord-11/
  • onurğa beyininin yumşaq qişasından əmələ gəlmiş 19-23 cüt dişli bağlar – ligg. dentriculata,
  • onurğa beyni sinirlərının ventral və dorsal kökləri
  • sərt və hörümçək torunabənzər qişalar
  • uzunsov beyin
  • hüdudi sap
  • damar və sinirlər
https://quizlet.com/413321149/wirbelkanal-und-hullen-des-ruckenmarks-flash-cards/

Onurğa beyninin topoqrafik nisbətdə 3 hissədən ibarətdir:

  • boyun hissəsi – pars cervicalis
  • döş hıssəsı pars thoracica
  • bel hissəsi – pars lumbalis

Onurğa beyninin boyun və bel hissələrində qalınlaşmaları vardır. Qalınlaşmaların formalaşması ətrafların inkişafı ilə sıx əlaqədardır. Onurğa beyni boyun, gövdə və ətraf əzələlərinin avtomatik tənzim mərkəzidir və beyin qabığının başçılığı altında fəaliyyət göstərir.

  • Boyun qalınlaşması-İntumescentia cervicalis – II boyun fəqərəsi ilə II döş fəqərəsi arasında
  • Bel-oma qalınlaşması-İnlumescentia lumba-sacralia – IX-X döş fəqərələri ilə I–II bel fəqərələrinin arasında yerləşir.
intumescentia cervicalis. intumescentia lumbalis. cauda equina.

Onurğa beyninin ön, arxa və iki yan səthləri vardır. Onurğa beyninin ön səthində yerləşən ön orta yarıq – fıssura mediana anterior, arxa səthində yerləşən arxa orta şırım – sulcus medianus posterior, vasitəsilə iki simmetrik hissəyə bölünür. Yan səthlərin üzərində ön orta yarığa və arxa orta şırıma paralel olaraq ön yan şırım – sulcus lateralis anterior və arxa yan şırım – sulcus lateralis posterior, yerləşir.

Sulcus medianus. posterior. Funiculus posterior. Sulcus posterolateralis. Cornu posterius. Substantia alba. Funiculus lateralis. Canalis centralis. Cornu anterius. Sulcus. anterolateralis. Substantia grisea. Fissura mediana anterior. Funiculus anterior.

Onurğa beyninin ağ maddəsi bu şırımlar vasitəsilə ön, yan və arxa ciyələrə bölünür.

Ön ciyə-funiculus anterior-ön orta yarıqla ön yan şırım arasında

Yan ciyə-funiculus lateralis -ön yan və arxa yan şırimlar arasında

Arxa ciyə – funiculus posterior– arxa yan şırımla arxa orta şırım arasında yerləşir.

Arxa ciyə boyun və yuxarı (I-IV) döş seqmentləri nahiyəsində arxa ara şırımsulcus intermedius posterior vasitəsilə bayır pazabənzər dəstə-fasciculus cuneatusiçəri nazik dəstə –fasciculus gracilis, adlanan dəstələrə ayrılır. Onurğa beyninin boz maddəsi onun hər yarısında ön sütun –columna ventralis və arxa sütun–columna dorsalis əmələ gətirir.

Quruluşca onurğa beyni 2 maddədən: xaricdə ağ maddə substantia alba, daxildə boz maddədən substantia grisea, təşkil olunmuşdur. Sağ və sol yarıda olan boz maddələr mərkəzi ara maddə-substantia intermediocentralis, vasitəsilə birləşmişdir və onun da mərkəzində sinir borusu mənfəzinin kaudal hissəsinin qalığı mərkəzi kanal-canalis centralis, yerləşir.

Mərkəzi kanal vasitəsi ilə mərkəzi ara maddə ventral və dorsal hissələrə ayrılır və ön boz bitişmə – commisura grisea anterior və arxa boz bitişmə-commisura grisea posterior, adlanır. Mərkəzi kanal yuxarıda IV mədəciklə birləşir. Aşağı ucu isə büzdüm siniri köklərinin arasında genişlik – uc mədəcik (Krausi) ventriculus terminalis, əmələ gətirir.

Uc mədəcik (Krausi) ventriculus terminalis

Ön boz bitişmə en kəsikdə ön buynuz – cornu anterius və arxa boz bitişmə en kəsikdə arxa buynuz – cornu posterius, adlanır. Onurğa beyninin VIII boyun, I–XII döş və I–III bel seqmentlərində mərkəzi ara maddənin yanlara çıxması nəticəsində yan buynuz – cornu laterale, əmələ gəlir.

Ön buynuz iri hərəki sinir hüceyrələrindən təşkil olunmuşdur və beş nüvə toplusundan ibarətdir. Nüvələrdən ikisi ön (içəri–bayır), ikisi arxa (içəri və bayır), biri isə mərkəzi nüvə adlanır. Ön buynuzda yerləşən hüceyrələrin aksonları onurğa beyninin ön yan şırımından xaric olur və onurğa beynı sinirlərinin ventral (hərəki) kökünü əmələ gətirirlər.

Arxa buynuzu ön buynuzdan nazik və uzun olub kiçik sinir hüceyrələrindən təşkil olunmuşdur. Arxa buynuzun əsası (kökü)-radix cornus posterioris, boynu – cervix cornus posterioris, başı-caput cornus posterioris və zirvəsi–apex cornus posterioris, vardır. Arxa buynuzun zirvəsi jelatinəbənzər maddə-substantia gelatinosa ilə əhatə olunmuşdur, Bu maddədə yerləşən kiçik sinir hüceyrələri öz çıxıntıları vasitəsilə onurğa beyninin müxtəlif seqmentlərini bir-birilə rabitələndirir. Jelatinəbənzər maddəni arxa tərəfdən əhatə edən süngəri məntəqə–zona spongiosagliya toru ilə əhatə olunur və tərkibindəki sinir hüceyrələrinin çıxıntıları iki qonşu seqment arasında rabitə yaradır. Süngəri maddə arxa tərəfdən hüdudi məntəqə-zona terminalis, ilə əhatə olunmuşdur. Arxa buynuzun əsasında VIII boyun və II bel seqmentləri arasında döş nüvəsi-nucl. thoracicus, yerləşir. Arxa buynuzun mərkəzində yerləşən sinir hüceyrələri onun xüsusi nüvəsini təşkil edir. Arxa buynuzun orta hissəsi bayır tərəfdən ağ tor maddə–substantia reticularis alba deyilən səfhə ilə örtülmüşdür.

Yan buynuzlar kiçik sinir hüceyrələrindən təşkil olunmuş ara–bayır nüvə-nucl.intermediolateralis, adlanan simpatik sinir sisteminin mərkəzi hissəsindən ibarətdir. Həmin neyronların aksonları VIII boyun, bütün döş və I–III bel sinirlərinin ön köklərinin tərkibində xaric olur və birləşdirici şaxələr vasitəsilə simpatik kötük qanqlionlarında qurtarırlar. Onurğa beynində ara–bayır nüvədən başqa qeyri-iradi proprioseptiv impulsların aparıcı yolunun ikinci neyronu sayılan ara–içəri nüvə nucl. intermediomedialis, vardır.

Onurğa beyninin boz maddəsi sinir liflərindən əmələ gəlmiş xüsusi dəstələr fasculi propri, ilə əhatə olunur və arxa buynuzların hüdudi məntəqəsi –zona terminalis ilə birlikdə onurğa beyninin seqmentar aparatına aid edilir.

Onurğa beyninin ön yan şırımından hərəki sinir liflərindən təşkil olunmuş ön kök – radix anterior, xaric olur. Arxa-yan şirimdan ise arxa kök – radix posterior, onurğa beyninə daxil olur. Arxa köklər onurğa beyni düyünlərinin mərkəzi çıxıntılarından əmələ gəlmişdir. Həmin düyünlərin periferik çıxıntıları isə fəqərəarası dəliklərdə ön köklə birləşir və hər tərəfdə bir ədəd onurğa beyni siniri – n.spinalis, əmələ gətirir.


Onurğa beyni sinirlərinin miqdarı 31 cütdür. Bunlardan 8 cütü boyun,12 cütü döş, 5 cütü oma və 1 cütü büzdüm siniri adlanır.
Onurğa beyni sinirləri tərkibcə qarışıq sinirlərdəndir. Onurğa beyninin ağ maddəsinin, yəni ciyələrinin tərkibində olan liflər qalxan – afferent, enən – efferent olmaqla onurğa beynini beyin ilə birləşdirir. Eyni zamanda ağ maddənin tərkibində onurğa beyninin seqmentlərini birləşdirən assosiativ liflər, ön ciyələri bir-biri ilə birləşdirən və civə liflərinin orta xəttdə çaprazlamasından əmələ gələn ağ bitişmə – commisura alba, birlikdə onurğa beyninin aparıcı yollarını təşkil edir.

Mənbə:

İnsan Anatomiyası- II cild

V.B.Şadlinski

Ş.İ.Qasımov

N.T.Mövsümov

STAY CONNECTED

19,724FansLike
2,186FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....