Neyroanatomiya: Pons (Beyin körpüsü)

Post date:

Author:

Category:

Körpü (Varolii körpüsü)- Pons, beyin əsasında yerləşir. Köndələn yastıq şəklindədir. Uzunluğu 2,0-3,0 sm, eni 3,0-3,5 sm-ə bərabərdir. Beyinciyin iki yarımkürəsini bir-birinə bağlayan körpüyə bənzədiyi üçün belə adlanır. Yuxarıdan orta beyinlə, aşağıdan isə uzunsov beyinlə qonşudur və beyinciyin önündə yerləşir. Körpünün ön (ventral) və arxa (dorsal) səthləri var.

Ventral səthi

  • Sulcus pontocruralis: körpünü beyin ayaqcıqlarından (crus cerebri və yaxud da pedunculus cerebri) ayıran şırımdır.
  • Sulcus bulbopontinus: Körpünün aşağı kənarı ilə uzunsov beyni (bulbus ) ayıran şırımdır və burada içəridən bayıra doğru n.abducens (VI), n.facialis (VII), n. vestibulocochlearis (VIII) kəllə sinirləri kökləri çıxır.
  • Yan tərəfdə körpü nazikləşərək köndələn liflərdən əmələ gələn beyinciyin orta ayaqcığına (pedinculus cerebellaris medius) keçir və beyinciklə birləşir. Həmin yerdən-körpünün ön səthində bayır tərəfdə-üçlü sinirin, n.trigeminus (V) kəllə sinir kökləri xaric olur.
  • Sulcus basilaris (əsas şırım): Körpünün ön səthindəki bu şırımda a.basilaris (əsas arteriya) yerləşir.

Dorsal səthi

  • Körpünün dorsal (arxa) səthi rombabənzər çuxurun yuxarı yarım hisssəsini təşkil edir.
  • Körpünü orta beyindən arxa səthdə n.trochlearis (IV) adlı kəllə siniri ayırır.
  • Körpünü uzunsov beyindən arxa səthdə dördüncü mədəciyin yan ciblərini birləşdirən dördüncü mədəcəyin beyin zolaqları- stria medullaris ventriculi quarti ayırır.
  • Körpünün arxa səthinin ortasında sulcus medianus posterior- körpü arxası orta şırım, yerləşir və aşağıda onurğa beyninin mərkəzi kanalı ilə birləşir.
  • Arxa orta şırımın hər iki tərəfində eminentia medialis- içəri hündürlük yerləşir.
  • İçəri hündürlüyün alt hissəsində isə colliculus facialis- üz sinir qabarcığı yerləşir. Bu hündürlük üz sinirinin nüvələrinin böyük akson dəstələrinin uzaqlaşdırıcı sinir nüvəsini içəri tərəfədən dolanması nəticəsində əmələ gəlir.
  • İçəri hünndürlük hüdudi şırımla- sulcus limitans, əhatə olunmuşdur.
  • Hüdudi şırımın yuxarı və aşağı ucları genişlənərək yuxarı və aşağı çuxurcuq – fovea superior (cranialis) et inferior (caudalis) əmələ gətirir. Aşağı çuxurcuq uzunsov beyindədir.
  • Hüdudi şırımın yuxarı bayır tərəfində göy yer – locus caeruleus adlanan nahiyə var. (Sinir hüceyrələrindəki piqmentllərlə əlaqəli həmin nahiyə göy rəngə çalır. Noradrenalinin də sintezinin olduğu yerdir.)
  • Rombabənzər çuxurun yan bucaqlarında area vestubularis- dəhliz meydançası adlanan hündürlük var və burada dəhliz-ilbiz sinirinin nüvələri yerləşir.
https://slideplayer.biz.tr/slide/10550583/

Körpünün köndələn kəsiyi iki hissədən ibarətdir:

  • Ön və ya körpünün əsas hissəsi (pars basillaris pontis)
  • Arxa və ya körpü qapağı (tegmentum pontis)
  • Qalın liflərdən əmələ gəlmiş trapesiyayabənzər cisimcorpus trapesoideum bu iki hissəni bir-birinə birləşdirir.

Ön hissə (pars basillaris pontis)

  • Boylama və köndələn liflər və onların arasında yerləşən körpü nüvələrindən (nuclei pontis) təşkil olunmuşdur.
  • Boylama liflər (fasciculi longitudinales) qabıq-onurğa beyni (piramid), qabıq-nüvələr və qabıq-körpü yolundan təşkil olunmuşdur.
  • Köndələn liflər (fibrae pontis transversae) isə körpünün nüvələrindən başlayır çarpazlaşaraq əks tərəfdə beyinciyin orta ayaqcağına keçir və körpü-beyincik yolunu əmələ gətirir.

Arxa və ya körpü qapağı (tegmentum pontis)

  • Uzunsov beyində yerləşən retikulyar formasiyanın körpüyə doğru olan uzantılarından təşkil olunub.
  • Burada tor törəmə lifləri və onlar arasında yerləşən tor törəmə nüvələri-nuclei reticulares, qalxan (afferent) sinir yollar (bu liflər uzunsov beyindəki yolların davamıdır) və bəzi kəllə sinirlərinin nüvələri (5,6,7,8) yerləşir.
  • Leminiscus medialis də burda yerləşir.
https://www.medizin-kompakt.de/corpus-trapezoideum-trapezkoerper-

Corpus trapesoideum– Eşitmə yolların çarpazlaşdığı yerdir. Trapesiyayabənzər cismin dorsal nüvələrinin bayır səthində bayır (eşitmə) ilgəyi keçir.

Körpüdə yerləşən kəllə sinir nüvələri

  • Nucleus tractus mesencephalic nervi trigemini-Üçlü sinirin orta beyin nüvəsi (5-ci kəllə sinirinin çeynəmə ilə əlaqəli proprioseptiv hissiyyata nəzarət hissəsi)
  • Nucleus principalis nervi trigemini ( 5-ci kəllə sinirinin baş-boyunda toxunma və təzyiqlə əlaqəli olan hissəsidir. Buynuz qişa (kornea) refleksi ilə əlaqəlidir.)
  • Nucleus motorius nervi trigemini– 5. kəllə sinirinin hərəki neyronlarıdır.
  • Nuc. Nervi abducentis (hərəki)– 6. kəllə siniridir.
  • Nuc. nervi facialis (hərəki)– 7. kəllə siniridir və üzdəki mimiki əzələləri innnervasiya edir.
  • Nucleus salivatorius superior– üz sinirinin parasimpatik nüvəsidir.
  • Nuclei vestibulares /cochleares-8. kəllə sinir nüvəsidir. Həm körpünün aşağı, həm də uzunsov beynin yuxarı səviyyəsində var və rombabənzər çuxurun yan bucağında yerləşir. Bura area vestibularis- dəhliz meydançası adı verilir.
https://www.slideserve.com/yitro/brainstem
https://www.anatomynote.com/human-anatomy/nerves-system/cranial-nerve-anatomy-in-detail/

Mənbə:

Prof. Dr. Kaplan Arıncı-Anatomi 2. cild

Tusdata-Anatomi (2017)

İnsan anatomiyası-2.cild

  • V.B.Şadlinski
  • Ş.İ.Qasımov
  • N.T.Mövsümov

STAY CONNECTED

19,717FansLike
2,185FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....