Neyroanatomiya: Qalxan yollar (Afferent yollar)

Post date:

Author:

Category:

  • Hissiyyatı nəql edən liflər implusları hissi mərkəzə və ya ümumi hissiyyatın qabıq mərkəzinə (gyrus postcenteralis (mərkəzarxası qırışıq) və lobulus paracenteralis (mərkəzyanı paycıq) arasında yerləşir.) daşıyarsa ekstroseptiv (səthi, şüurlu və ya iradi proprioseptiv) hissiyyat, beyinciyə daşıyarsa qeyri-iradi proprioseptiv (dərin, şüuraltı) hissiyyat adlanır.
  • İmplusları medulla spinalisdən beyin kötüyü (truncus encephalicus), hissiyyatın qabıq mərkəzi və ya beyincik (cerebellum) istiqamətində daşıyan yollar qalxan, afferent və ya hissi yollar
  • Hərəki mərkəz (motor cortex-alın payının (lobus frontalis) mərkəzönü qırışığında(gyrus precentralis) yuxarı orta alın qırışıqlarının arxa hissəsində və mərkəzyanı qırışıq arasında yerləşir.) və beyin kötüyündən periferiyaya daşıyan yollar isə enən, efferent və ya hərəki yollar adlanır.

Afferent Yollar

  • Qoxu hissiyyatı xaric bütün hissiyyat növləri mərkəzlərinə 3-cü neyronlarla daşınır.
  • Qoxu xaric qabığa daşınan (iradi) bütün hissiyyatların 3-cü neyronları talamusda yerləşir.
  • Əgər bir afferent yol hardasa çarpazlaşırsa, çarpazlaşan hər zaman ikinci neyronun aksonları olur.
  • Yol çarpazlaşmadan öncə hər hansısa kütlə ilə tutulsa simptomlar ipsilateral (eyni tərəfdə), çarpazlaşmadan sonra isə kontrolateral olaraq üzə çıxır( əks tərəfdə).

1. FASCICULUS GRACİLİS (Qolli) VƏ FASCICULUS CUNEATUS (Burdax)

Nəql olunan hissiyyat:

  • Diskriminasiya hissiyyatı ( dəridəki iki fərqli qıcığın fərqləndirilməsidir)
  • Vibrasiya hissiyyatı
  • Şüurlu proprioseptiv hissiyyat (pozisiya və kinesteziya).

Reseptorları: əzələ vətərlərində, Holci tendon orqanında (Golgi tendon organ) Paçini və Meysner kapsullarında yerləşir.

  • Nəql edildiyi bölgə: Hissiyyatı T6 seqmentinin aşağıya fasciculus gracilis, T6-ı seqmentinin yuxarıya isə fasiculus cuneatus daşıyır. Arxa ciyədə, funiculus posteriorda ipsilateral olaraq qalxırlar. F.gracilisi F.cuneatusu bir-birindən arxa ara şırım, sulcus intermedius posterior ayırır. Bu şırım T6 seqmentindən aşağıda görünmür.
  • Fasciculus gracilis-gövdənin aşağı hissəsi və aşağı ətraflardan,
  • Fasciculus cuneatus– gövdənin yuxarı hissəsi və yuxarı ətraflardan hissiyatı beynə daşıyır.
  • Fasciculus gracilis medulla spinalisin bütün köndələn kəsiklərində görünsə də, fasciculus cuneatus sadecə T6 seqmentindən yuxarıdakı köndələn kəsiklərdə görülür.
  • Kəsiklərdə, funiculus posteriorda (arxa ciyədə) fascicul gracilis iç tərəfdə , fasciculus cuneatus bayır tərəfdə yer alır.

1.Neyron: Ganglion Spinale, onurğa beyin düyünlərində

2.Neyron: Nucleus gracilis ve nucleus cuneatus (Bulbusun (medulla oblangta=uzunsov beyin) aşağı hissəsində yerləşən bulbar nüvələrdir.)

  • Çarpazlaşır: Decussatio Lemniscorumda (decussatio lemnisci medialis-içəri ilgəklər çarpazını əmələ gətirir).
  • İkinci neyronun aksonların qövs əmələ gətirdiyi yer Fibrae arcuatae internae (Daxili qövsi liflər) adlanır.
  • İkinci neyronların uzantıları çarpazlaşıb əks tərəfə keçdikdən sonra həmin bu yollar lemniscus medialis olaraq adlanır.

3. Neyron: Thalamusda (görmə qabarı) nucleus ventralıs posterolateralis (NVPL)-də yerləşir.

  • Kortikal (qabıq) mərkəzi: Primer somatik hissi qabıq mərkəzdir (Brodmanın 3, 1, 2 nömrəli sahəsidir)

Patoloji vəziyyətlər:

Bu yollarla əlaqəli pataloji vəziyyətlər əmələ gəlsə simptomlar medulla spinalis lezyonlarında ipsilateral, uzunsov beyindəki çarpazlaşma yeri onun yuxarısında yerləşən orqanlarda (pons, mesencephalon (orta beyin) və thalamus) yəni leminiscus medialis lezyonlarında olarsa kontralateral olaraq üzə çıxır.

2.TRACTUS SPINOCEREBELLARIS ANTERIOR VƏ POSTERIOR

  • Əzələlərdən, vətərlərdən, bağlardan və oynaqlardan gələn qeyri-iradi (şüuraltı) proprioseptiv implusları cerebelluma (beyinciyə) daşıyır.
  • Hər ikisi funiculus lateralisdən (yan ciyədə) qalxır.
  • Gövdənin aşağı hissəsi və aşağı ətraflarla əlaqəlidir.
  • Tr.spinocerebellaris posterior T1-L2; (C8-L3) seqmentlərindən
  • Tr.spinocerebellaris anterior isə L1 seqmentinin aşağısından qeyri-iradi (şüuraltı) proprioseptiv implusları cerebelluma (beyinciyə) daşıyır.

1.Neyron: Ganglion Spinale

2.Neyron: Nucleus thoracicus posterior- döş nüvəsi; (nusleus dorsalis) və ya Klark(Clarke) nüvəsi

Çarpazlaşır:

  • Tractus spinocerebellaris posterior çarpazlaşmır.
  • Tractus spinocerebellaris anterior biri medulla spinalisdə ( arxa buynuza daxil olan kimi əks tərəfə keçir), digəri isə beyincikdə olmaqla iki dəfə çarpazlaşır.
  • Spinoserebullar yolların lezyonlarında ipsilateral olaraq ( eyni tərəfdə) əzələ kordinasiyası pozulur və bunun nəticəsində xəstə yıxılmamaq üçün ayaqlarını geniş qoyur. (“sərxoş yerişi”)

3.TRACTUS CUNEOCEREBELLARIS

  • T1 (və ya C8) seqmentinin yuxarısında qalan seqmentlərdə tractus spinocerebellaris posteriorun davamı olaraq qəul edilir. Fasciculus cuneatus funiculus posteriorun daxilində (arxa ciyədə) yüksəlir.
  • Yuxarı ətraflar və gövdənin yuxarı yarısından gələn dərin (qeyri-iradi proprioseptiv implusları) hissiyyatı daşıyır.

1.Neyron: Ganglion Spinale

2.Neyron: Bulbusda yerləşən Klark nüvəsinin homoloqu sayılan nuc.cuneatus accessoriusdur.

  • Tractus spinocerebellaris posterior və tractus cuneocerebellaris pedunculus cerebellaris inferiordan (beyinciyin aşağı ayaqcığından) keçir.
  • Tractus spınocerebellaris anterior isə pedunculus cerebellaris superiordan (beyinciyin yuxarı ayaqcığından) keçən yeganə afferent yoldur.

4.TRACTUS SPINOTHALAMICUS LATERALIS VƏ ANTERIOR

Nəql olunan hissiyyat:

  • Tractus spinothalamicus lateralis- Gövdədən ağrı və hərarət(temperatur) hissiyyatını daşıyır.
  • Tractus Spinothalamicus anterior- Gövdədən toxunma və təzyiq hissiyatını daşıyır.

1.Neyron: Ganglio Spinale

2.Neyron: Cornu posteriusda (arxa buynuzda) substantia gelatinosadadır (jelatinəbənzər maddə; Lamina II).

Çarpazlaşır: Commissura alba anterior (Ön ağ bitişmə)-medulla spinalisdə

Lemniscus spinalis– tr.spinothalamicus lateralis və anteriorun beyin kötüyündə birlikdə yüksələn liflərinin adıdır.

3.Neyron: Nucleus ventralis posterolateralis (NVPL)- talamusda

Kortikal (qabıq) mərkəz: Hissiyyatın qabıq mərkəzi (Brodmanın 3, 1, 2 nömrəli sahəsi)

Qırmızı oxla göstərilən Comissura alba anteriordur.
  • Spinotalamik yolların lezyonlarında simptomlar həmişə kontralateral və bir seqment aşağıdan etibarən ortaya çıxır.
  • Ağrı və temperatur hissiyyyatı tamamilə itsə də, toxunma və təzyiq hissiyyatı tam olaraq itmir. Çünki bu hissiyyat ipsilateral olaraq fasciculus gracilis və cuneatus vasitəsilə də daşınır.
  • Tractus spinothalamicus anteriorun bilateral lezyonlarında qıdıqlanma və qaşınma hissiyyatları da itir.

Digər Afferent Yollar

5.Tractus spinoreticularis (Qırmızı nüvə-onurğa beyni yolu)

  • Ağrı hissiyyatına verəcəyimiz cavab reaksiyaları üçün retikulyar formasiyaya məlumat daşıyır. (Əzələlərə qeyri-iradi impluslar daşıyır.)

6.Tractus spinotectalis (Onurğa beyni-qapaq yolu)

  • Kəskin ağrı hissiyyatını daşıyır. (yanıq, donma kimi mexaniki zədələnmələrdən əmələ gələn zədələnmələr)
  • Colliculus superiorda (orta beynin yuxarı təpəciyində) qurtarır.
  • Spinovizual refleksle əlaqəlidir.

7. Tractus spino-olivaris

Fasciculus proprius (Xüsusi yan dəstə)

  • Onurğa beyninin ayrı-ayrı seqmentlərini birləşdirən assosiativ liflərdən təşkil olunmuşdur.
  • Spinal reflekslərin funskiyaları ilə əlaqəlidir.

ÜÇLÜ SİNİRİN TƏRKİBİNDƏ GEDƏN YOLLAR (TRİGEMİNAL YOLLAR)

  • Başın, üzün dərisindən və bir sıra ( göz alması, dişlər, dil, təbil pərdəsi və.s.) orqanlardan ümumi hissiyyatı, yəni ağrı, temperatur, toxunma və təzyiqi hissiyyatını daşıyır.

1.Neyron: Üçlü düyündə yerləşir. 5 (gang. trigeminale),7 (gang.geniculi), 9, 10. (gang. superiusları) kəllə sinirlərinin öz ganglionlarındadır.

2.Neyron:

  • Baş və üzdən gələn ağrı və temperatur hissiyyatı-Bulbusda yerləşən Nuc.spinalis nervi trigeminiyə daşınır.
  • Baş və üzdə toxunma və təzyiq (Pressure) hissiyyatı- Ponsda (beyin körpüsü) yerləşən Nuc.Principalis nervi trigeminidədir

İkinci neyronların aksonları beyin kötüyündə(ponsda) çarpazlaşıb əks tərəfə keçdikdən sonra Lemniscus trigeminalis adı altında thalamusa ( görmə qabarına) qalxır.

3.Neyron:Thalamusda yerləşən Nucleus Ventralis PosteroMedialisdir (NVPM)

  • Üçüncü neyronların aksonları parietal paydakı gyrus postcentralis üzərindəki 3,1,2, nömrəli Brodmann sahəsinə (hissi mərkəz) doğru gedir.
  • Nuc.mesencephalicus nervi trigemini: Baş və üzdən qalxan qeyri-iradi propriosetiv hissiyyat ilə əlaqəli nüvədir.
  • Dişləmə gücünü idarə edir.
  • Orta beyində (Mesencephalon) yerləşir.
  • Yeganə nüvədir ki birinci neyronları periferiyada yox, Mərkəzi sinir sistemində yerləşir.
https://link.springer.com/chapter/10.1007/978-981-13-2333-1_2
https://teachmeanatomy.info/head/cranial-nerves/trigeminal-nerve/

Davamını buradan oxuya bilərsiniz: Neyroanatomiya: Enən yollar (Efferent yollar)

Mənbə:

Tusdata-Anatomi(2017)

SMT Anatomi Atlası

İnsan anatomiyası 2. cild

  • V.B.Şadlinski
  • Ş.İ.Qasımov
  • N.T.Mövsümov

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Rosenhan təcrübəsi – Ağıllı və dəliləri həqiqətən də, fərqləndirə bilirik?

Stanford universitetinin professoru David Rosenhan 1973-cü ildə psixiatrların (əslində elə bütün cəmiyyətin) psixologiyası normal olan və olmayan şəxsləri həqiqətən fərqləndirib-fərqləndirməyəcəyini görmək...

Matilda effekti – Cinsiyyətə görə təyin edilən etibar

Elmdə ən önəmli kəşflərə verilən nüfuzlu Nobel mükafatının indiyədək 800-dən çox kişi alim sahibi olsa da, qadın mükafatçıların 50-dən az olduğunu...

Edip kompleksi: mifologiya və psixologiya

"Kor Edip uşaqlarını tanrılara tapşırır", Benini Qaqnero (The blind Oedipus commending his children to the Gods, Benigne Gagneraux), Nationalmuseum, Stokholm