Neyroanatomiya: Telencephalon (Uc beyin-beyin yarımkürələri)

Post date:

Author:

Category:

  • Sağ və sol beyin yarımkürələri bir-birindən fissura longitudinalis cerebri-boylama yarıq vasitəsilə ayrılır.
  • Falx cerebri-beyin orağı, beyin yarımkürələri arasındakı dura mater hissəsidir.
  • Corpus callosum- döyənək cismi beyin yarımkürələrini bir-birilə birləşdirir.
  • Tentorium cerebelli- beyin çadırı, Ənsə payı və beyincik arasında yerləşir.
  • Beyin yarımkürələrinin çıxıq yuxarı-bayır, yastı içəri və girintili-çıxıntılı aşağı səthləri var.
https://en.wikipedia.org/wiki/Cerebellar_tentorium
https://eref.thieme.de/ebooks/1124610#/ebook_1124610_SL47018875
https://viamedici.thieme.de/lernmodule/anatomie/gro%C3%9Fhirn+telencephalon
https://slideplayer.com/slide/6889599/

Beyin yarımkürələri 4 hissədən ibarətdir:

  • Cortex cerebri (pallium)- çəpkən, beyin yarımkürələrinin üzərini örtən boz maddədir.
  • Substantia alba encephali- beynin ağ maddəsi, beyin yarımkürələrinin daxilində yerləşən ağ maddədir.
  • Nuclei basales və ya nucll. subcorticales- əsas və ya bazal (qabıqaltı) nüvələr, ağ maddənin daxilində yerləşən boz maddə yığıntılarıdır.
  • Rhinencephalon- qoxu beyni, beyin yarımkürələrinin daxilində içəri səthdəki anatomik törəmədir.

Çəpkəndə yerləşən şırımlar və qırışlar

  • Mərkəzi şırım (Roland)- sulcus centralis, içəri səthdən bayır səthə önə və aşağı istiqamətdə gedir. Önündə mərkəzönü qırışıq (Brodman 4 nömrəli sahə), arxasında isə mərkəzarxası qırışıq (Brodman 3,1,2) yerləşir.
  • Bayır şırım (Silvi)-sulcus lateralis, beynin bayır səthinin ortalarından öndən arxaya doğru uzanan dərin şırımdır. Bu şırım beynin aşağı səthindən başlayır, daha sonra bayır səthə keçərək yuxarıya, aşağıya və önə doğru uzanan 3 şaxə verir: Ön, arxa və qalxan (ascendens). Bu şırımı aralıqda dibində adacıq (beşinci pay)- insula, görünür.
  • Təpə-ənsə şırımı- sul.parieto-occipitialis, təpə və ənsə payını ayırır. Ənsə payının 5 sm. önündən başlayaraq önə və aşağı doğru gedir. Mahmız şırımı- sulcus calcarinus, ilə birləşir.
  • Mahmız şırımı- sulcus calcarinus, beyin yarımkürələrinin içəri səthində arxa tərəfdə yerləşir. Ənsə payının içəri səthində öndən arxaya doğru gedir və ənsə qütbündə qurtarır.
  • Qurşaq qırışığı- gyrus cinguli, qurşaq şırımı ilə döyənək cismi (corpus callosum) arasında yerləşir. Döyənək cisminin ön aşağı ucundan ona paraləl olaraq davam edib yuxarıya arxaya doğru gedir.
  • Dolama şırım- sulcus collateralis, gicgah və ənsə qütbünün aşağı bayır kənarı paralel olaraq uzanır.
  • Ön və arxa qorxu ətrafı şırımlar- sul. paraolfactoria anterior et posterior, döyənək cisminin altında, alın payının içəri səthində yerləşir.
  • Döyənəkaltı meydan- area subcallosa, aşağı alın qırışığının içəri səthində ön və arxa aqoxu qırışıqlarının arasında yerləşir.
https://eref.thieme.de/cockpits/clAuge0001/0/coAuge0342/4-7262
https://en.wikipedia.org/wiki/Central_sulcus

Beyin yarımkürələrindəki paylar:

Alın payı-lobus frontalis

  • Beyin yarımkürəsinin ön tərəfində yerləşir.
  • Arxada mərkəzi şırıma, öndə isə alın qütbünə (polus frontalis) qədər uzanır.
  • Mərkəzönü şırım- sulcus precentralis, mərkəzönü şırım, alın payının yuxarı bayır tərəfində mərkəzi şırıma paralel və öndə yerləşir.
  • Mərkəzi şırım və mərkəzönü şırım arasında mərkəzönü qırışıq- gyrus precentralis, yerləşir.
  • Mərkəzönü qırışıqdan alın qütbünə doğru iki şırım uzanır: yuxarıda olan yuxarı alın şırımı-sul. frontalis superior və aşağıda olan isə aşağı alın şırımı- sul.frontalis inferior. Bu şırımlar isə 3 qırışıq əmələ gətirir.
  • Yuxarı alın qırışığı- gyrus frontalis superior, boylama yarıqla yuxarı alın şırımı arasında yerləşir.
  • Orta alın qırışığı- gyrus frontalis medius, yuxarı və aşağı alın şırımları arasında yerləşir.
  • Aşağı alın qırışığı- gyrus frontalis inferior, aşağı alın şırımı ilə bayır şırım arasında yerləşir.
  • Aşağı alın qırışığı bayır şırımın ön və qalxan şaxələri vasitəsilə 3 hissəyə ayrılır:
https://en.wikipedia.org/wiki/Superior_frontal_gyrus
  1. Qapaq hissə- pars opercularis, qalxan şaxədən arxada
  2. Üçbucaq hissə- pars triangularis, qalxan şaxə ilə ön şaxə arasında
  3. Gözyuvası hissəsi- pars orbitalis, ön şaxədən aşağıda yerləşir.
  • Alın payının gözyuvası hissəsinin üzərində beynin boylama yarığına pararlel qoxu şırımı- sul. olfactorius, gedir. Qoxu şırımında qoxu soğanağı- bulbus olfactorius, var. Qoxu şırım ilə boylama şırım arasında düz qırışıq- gyrus rectus, yerləşir.
  • Qoxu şırımının bayır tərəfində H hərfinə oxşar gözyuvası şırımları- sulci. orbitales, yerləşir.
  • Bu şırımlar arasında qalan qırışlar isə gözyuvası qırışıqları- gyri orbitales, adlanır.
  • Sulcus paracentralis-mərkəzyanı şırım, yuxarı alın qırışığının içəri tərəfində yerləşir.
  • Lobus paracentralis- mərkəzətrafı paycıq, mərkəzyanı şırımla qurşaq şırımının arxa ucu arasında, mərkəzönü və mərkəzarxası qırışıqların içəri səthində yerləşir.
https://en.wikipedia.org/wiki/Olfactory_sulcus
https://commons.wikimedia.org/wiki/File:Gyrus_cinguli.png

Təpə payı- lobus parietalis

  • Mərkəzi şırımdan arxada çəpkənin yuxarı səthinin orta hissəsində yerləşir.
  • Arxada köndələn ənsə şırımı- sul. occipitalis transversus, içəri səthdə isə təpə-ənsə şırımı- sul. parietoocpotalis ilə ənsə payından, aşağıda bayır şırımla- sul.lateralis, gicgah payından ayrılır.
  • Mərkəzarxası şırım- sul. postcentralis, təpə payının yuxarı-bayır səthində, mərkəzi şırımdan arxada, ona paralel yerləşir.
  • Mərkəzarxası şırımdan sagital istiqamətdə arxaya doğru gedən təpədaxili şırım- sul. intraparietalis, vasitəsilə 3 qırışığa bölünür:
  1. Mərkəzarxası qırışıq-gyrus postcentralis, mərkəzi şırımla mərkəzarxası şırım arasında yerləşir.
  2. Yuxarı təpə paycığı- lobulus parietalis superior, boylama yarıqla təpədaxili şırım arasında yerləşir.
  3. Aşağı təpə paycığı- lobulus parietalis inferior, təpədaxili şırımla bayır şırım arasında yerləşir. və iki qırışığa ayrılır:
  4. Kənarüstə qırışıq- gyrus supramarginalis, bayır şırımın arxa hissəsini əhatə edir.
  5. Bucaq qırışığı- gyrus angularis, yuxarı gicgah şırımının arxa ucunu örtür.
https://radiopaedia.org/images/37385341

Ənsə payı- lobus occipitalis

  • Çəpkənin arxa hissəsində yerləşir.
  • Ön tərəfdə təpə-ənsə şırımı, arxa tərəfdə isə köndələn ənsə şırımı vasitəsilə təpə payından ayrılır.
  • Yuxarı və aşağı ənsə şırımları vasitəsilə yuxarı və bayır ənsə qırışıqlıqlarına bölünür.
  • İçəri səthində olan mahmız şırımı- sul. calcarinus, ənsə payının içəri səthini iki hissəyə ayırır. Yuxarıda qalan hissə cuneus-paz, aşağıda qalan hissə isə gyrus lingualis- dil qırışığı adlanır.
https://radiopaedia.org/articles/calcarine-fissure
https://www.pinterest.es/pin/349240146103787565/

Gicgah payı- lobus temporalis

  • Yuxarıda bayır şırım vasitəsilə alın və təpə paylarından, arxa tərəfdə təpədaxili şırımın arxa ucunu bayır şırımın arxa ucu ilə birləşdirən xəyali xəttlə ənsə payından ayrılır və çəpkənin bayır-aşağı hissəsində yerləşir.
  • Bayır şırıma pararlel yuxarı və aşağı gicgah şırımı- sul. temporalis superior et inferior, aşağı səthində isə ənsə-gicgah şırımı- sul. occipitotemporalisdolama şırımı- sul. collateralis, yerləşir.
https://radiopaedia.org/articles/superior-temporal-gyrus?lang=us
https://radiopaedia.org/articles/superior-temporal-gyrus?lang=us
  1. Yuxarı gicgah qırışığı- gyrus temporalis superior, bayır şırımla yuxarı gicgah şırımı arasında yerləşir. Bu qırışığın bayır şırıma baxan səthi köndələn şırımlar- sulcus temporalis transversi, vasitəsilə köndələn (Heşli) gicgah qırışıqlarına- gyri temporalis transversi (Heschli) bölünür.
  2. Orta gicgah qırışığı-gyrus temporalis medius, yuxarı və aşağı gicgah şırımları arasında yerləşir.
  3. Aşağı gicgah qırışığı – gyrus temporalis inferior, aşağı gicgah və ənsə-gicgah şırımları arasında yerləşir.
  4. Bayır ənsə-gicgah qırışığı- gyrus occipitotemporalis lateralis, ənsə-gicgah şırımı ilə dolama şırımı arasında yerləşir.
  5. Dənizatıyanı qırışıq- gyrus parahippocampalis, bayır ənsə-gicgah qırışığının içəri tərəfində yerləşir, ondan dolama şırım və həmin şırımın önə doğru davamı olan burun şırımı- sulcus rhinica, ilə ayrılır. Dənizatıyanı qırışıq içəri tərəfdən dənizatı şırımı- sulcus hippocampi əhatə etmişdir. Dənizatıyanı qırışığın arxa hissəsi dil qırışığı- gyrus lingualis adlanır. Dənizatıyanı qırışıq çəpkənin içəri səthində yerləşən qurşaq qırışığının davamıdır və ön ucu qarmaq- uncus adlanır. Bu qırışıq döyənək cisminin- corpus collusum, arxa ucunda nazikləşərək boğaz- isthmus, vasitəsilə qurşaq qırışığı ilə birləşir və onunla birlikdə tağ qırışıq- gyrus fornicatus, əmələ gətirir.
https://eref.thieme.de/cockpits/clAuge0001/0/coAuge0347/4-7330
https://en.wikipedia.org/wiki/Fusiform_gyrus
https://www.slideshare.net/TetyanaKnyazevych/nervous-system-terminal-brain

Adacıq payı- lobus insularis

  • Bayır şırımın dibində yerləşir və alın, təpə, gicgah payları ilə xaricdən əhatə olunub.
  • Həmin payların adacığı örtən hissəsi qapaq- operculum, adlanır.
  • Qapağın 3 hissəsi var: Alın- operculum frontale, alın-təpə- operculum frontoparietale və gicgah qapağı- operculum temporale.
  • Adacıq qapaqdan dərin dairəvi şırım- sulcus circularis insulae vasitəsilə ayrılır.
  • Daxildən yarımkürələrin qabıqaltı nüvələrinə söykənir.
  • Xaricdən mərkəzi şırım vasitəsilə ön və arxa paya bölünüb.
  • Ön pay üzərində 5-8 ədəd qısa, arxa pay üzərində isə uzun qırışıqlıqlar var.
  • Adacıq aşağıda və öndə ön dəliklənmiş maddə ilə qırışıqsız nahiyə -astana- limen insulae, vasitəsilə birləşir.
https://www.kenhub.com/de/library/anatomie/insula
http://alfin2100.blogspot.com/2012/07/the-insular-brain-of-champion.html

Ağ maddə- Substantia Alba

Liflər sistemi

Assosiativ liflər sistemi– sagital istiqamətdə gedirlər.

  • Eyni yarımkürənin ağ maddəsinin tərkibində müxtəlif funksional nahiyələrin mərkəzlərini bir-birilə birləşdirir.
  • Qısa və
  • Fasciculus longitudinalis superior (Yuxarı boylama dəstə)- Ən uzun assosiativ yoldur. Alın payını ənsə payı ilə birləşdirir.
  • Fasciculus arcuatus (Qövsi dəstə)– Alın payında eşidilən sözləri qavrama mərkəzi (Vernike mərkəzi,22) ilə alın payındakı motor nitq mərkəzinə (Boroka mərkəzi, 44-45) yəni danışma mərkəzinə bağlayır.
  • Cinguium (Qurşaq)– hafizə ilə əlaqəlidir.
https://alchetron.com/Arcuate-fasciculus

Proyeksion liflər– vertikal istiqamətdə gedirlər.

  • Beyin qabığını qabıqaltı nüvələr, beyin kötüyü, beyincik və onurğa beyni ilə birləşdirir.
  • Beyin qabığını beynin aşağı törəmələri ilə əlaqələndirir.
  • Afferent və efferent olmaqla iki yerə bölünür.
  • Daxili kapsul- capsula interna, Beyin qabığına gələn (afferent) və buradan diğər beyin törəmələrinə gedən (efferent) liflərin görmə qabarı (thalamus), nuc. caudatus (quyruqlu nüvə) nuc. lentiformis (mərciməyəbənzər nüvə) arasından keçərkən əmələ gətirdiyi yastı “V” hərfi formasındakı anatomik quruluşdur. İki ayağı (crus) ve bir dizi (genu) vardır.
  • Daxili kapsulun dizindən– fıbrae corticonucleares (qabıq-nüvələr yolu)
  • Crus posterius (arxa ayaqcıqdan)- fıbrae corticospinales (qabıq-onurğa beyni yolu),
  • Crus anterior (ön ayaqcıqdan)- tractus frontopontinus (alın-körpü yolu), görmə qabarı-qabıq dəstəsi- fasciculus thalamocorticalis,
https://pt.slideshare.net/MUBOSScz/9-telencsuppl2a/4
  1. Pars sublentiformis-radiatio acustica,
  2. Pars retrolentiformis- radiatio optica keçir.

Kommisural liflər- Bitişmə liflər

  • Hər iki yarımkürənin simmetrik nahiyələrini bir-birilə birləşdirən ağ maddədən təşkil olunmuşdur.
  • Corpus callosum- döyənək cismi, ən böyük komissural yoldur.
  • Commissura anterior- Ön bitişmə, qoxu yollarının çarpazlaşdığı yerdir.
  • Commissura posterior- Arxa bitişmə, göz bəbəyinin (pupilla) işıq refleksi ilə əlaqəli olan neyronların aksonlarının çarpazlaşdığı yerdir.
  • Commissura habenula- yüyənlər bitişməsi, yaddaş-hafizə ilə əlaqəli yüyən yüyən nüvələrini birləşdirir.
  • Commissura fornicis (hippocampi)- tağ bitişməsi, döyənək cismindən sonra ən böyük yoldur. Dənizatı yanı qırışıqları bir-birilə birləşdirir.

Mənbə:

Prof. Dr. Kaplan Arıncı – Antomi 2. cilt

İnsan anatomiyası II cild

  • V.B.Şadlinski
  • Ş.İ.Qasımov
  • N.T.Mövsümov

STAY CONNECTED

19,717FansLike
2,185FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....