Neyroanatomiya:Medulla oblangata (Uzunsov beyin)

Post date:

Author:

Category:

Beyin kötüyünün (truncus encephali) aşağı bölümünü əmələ gətirir. Uzunluğu 25 mm, yuxarı ucunun eni 17-18 mm, aşağı ucunun eni isə 10-11 mm-ə bərabərdir. Birinci boyun fəqərəsinin yuxarısından başlayır, ənsə yamacına (clivus) qədər uzanır. Aşağıdan onurğa beyni, yuxarıdan isə körpü ilə qonşudur. Əlavə beyin qovuğunun-myelencephalon, törəməsidir. Yuxarı hüdudunu körpünün arxa kənarı, aşağı hüdudunu isə birinci cüt boyun sinirinin köklərinin çıxan yeri və piramid çarpazının aşağı kənarı təşkil edir. Uzunsov beyin əsası körpüyə birləşən kəsik konusa bənzəyir və beyin soğanağı- bulbus cerebri, adlanır. Ürək-damar, tənəffüs, qusma, asqırma və öskürmə mərkəzləri burda yerləşir.

https://www.scienceabc.com/humans/medulla-oblongata-definition-structure-and-functions.html

Onurğa beynin üzərindəki yarıq və şırımlar burda da davam edir:

  • Fissura mediana anterior
  • Fissura mediana posterior
  • Sulcus anterolateralis
  • Sulcus posterolateralis

Uzunsov beyninin ön səthi

  • Ön orta yarığın hər iki tərəfində piramid yollardan əmələ gəlmiş boylama hüdürlüklər piramidlər-pyramides, uzanır.
  • Piramidlər aşağıya doğru nazikləşir və bulbusun aşağı hissəsində hər iki tərəfin piramid yolları çarpazlaşaraq əks tərəfə keçir. Bu çarpazlaşma piramid çarpazı-decussatio pyramidum adlanır.
  • Çarpazlaşanlar yan piramid yol, çarpazlaşmayanlar isə ön piramid yol adlanır.
  • Uzunsov beynin ön yan şırımı (zeytun ilə piramid arasındakı şırımdır və sulcus preolivaris adlanır.) aşağı tərəfdə xarici qövsi liflər- fibrae arcuatae externa ilə əhatə olunub və bu şırımdan 10-15 kök vasitəsilə dilaltı sinir (XII) xaric olur.
  • Soğanağın (bulbus) yuxarı tərəfində və piramidin bayır tərəfində yerləşən oval şəklində hündürlük zeytun-oliva, vasitəsilə piramidlər ön yan şırımdan ayrılır.
  • Zeytunun daxilində zeytun nüvələri-nucl.olivaris yerləşir.
  • Zeytunun arxa tərəfində uzunsov beyni beyinciklə birləşdirən beyinciyin aşağı ayaqcığı – pedunculus cerebellaris inferior, yerləşir.
https://en.wikipedia.org/wiki/Anterior_external_arcuate_fibers
1. Medulla oblongata anterior surface.
2. Anterior median fissure.
3. Fourth ventricle.
4. Inferior olivary nucleus, with the accessory olivary nuclei.
5. Gracile nucleus.
6. Cuneate nucleus.
7. Trigeminal.
8. Inferior peduncles, seen from in front.
9. Posterior external arcuate fibers.
10. Anterior external arcuate fibers.
11. Internal arcuate fibers.
12. Peduncle of inferior olivary nucleus.
13. Nucleus arcuatus.
14. Vagus.
15. Hypoglossal.

Uzunsov beynin yan səthi

  • Ön yan və arxa yan şırımların arasında yerləşir.
  • Arxa yan şırım həm də zeytun arxası şırım- sulcus retro olivaris, adlanır.
  • Zeytun arxası şırımdan(sulcus retroolivaris) dil-udlaq siniri (IX) azan sinir (X) və əlavə sinirin(XI) kəllə kökləri onurğa beyni kökləri ilə birləşib ümumi kötük adı altında xaric olur.

Uzunsov beynin arxa səthi

  • Ortada arxa orta şırım-fissura mediana posterior, yerləşir və aşağıda onurğa beynində də eyni adlı şırımla davam edir.
  • Onurğa beyninin yuxarı seqmentlərində olan arxa ara şırım uzunsov beynin arxa ciyəsini iki hissəyə bölür: Nazik(içəri tərəfdə) və pazabənzər(bayır tərəfdə) dəstə
  • Bu dəstələr yuxarıda nazik nüvə qabarcığında-tuberculum gracilis, və pazabənzər qabarcıqda-tuberculum cuneatus qurtarır.
  • IX,X,XI kəllə sinirlərinin çıxdığı zeytunarxası şırımın (sulcus retroolivaris) arxasında onurğa beyninin yan ciyəsindəki qalxan yolların əmələ gətirdiyi qabars boz qabar – tuberculum cinereum (tuberculum trigeminale) deyilir.
  • Boz qabarın içərisindəki nüvə üçlü sinirin onurğa beyni yolu nüvəsi- nucl.tractus spinalis nervi trigemini adlanır.
https://quizlet.com/157850756/brainstem-overview-flash-cards/
  • Hüdudi şırımın aşağı ucunun genişlənməsi aşağı çuxurcuğu-fovea inferior (caudalis) əmələ gətirir.
  • Körpüdə yerləşən və içəri hündürlük-eminentia medialis, adlanan anatomik quruluş aşağıya doğru getdikdə nazikləşir və aşağı ucda (uzunsov beyində) dilaltı sinir üçbucağına- trigonum nervi hypoglossi, keçir. Bu üçbucaqda dilaltı sinir nüvəsi yerləşir.
  • Dilalti sinir üçbucağının aşağı bayır tərəfində azan sinir üçbucağı-trigonum nervi vagi, yerləşir. Bu üçbucaqda azan sinirin arxa vegetativ nüvəsi- nucl. dorsalis n. vagi yerləşir.
  • Area Postrema- qusma mərkəzi burda yerləşir. Hemato-ensefalik bariyer yoxdur.
https://quizlet.com/396868200/lab-part-iii-flash-cards/

Uzunsov beyində daxili qatı

  • Onurğa beynin davamı olduğu üçün uzunsov beyin də ağ və boz maddə yığıntılarından ibarətdir.
  • Rombabənzər çuxurun alt yarımını əmələ gətirir və daxilindəki neyronlar iç tərəfdə hərəki (onurğa beynin ön buynuzuna müvafiq), ortada parasimpatik (yan buynuza müvafiq), xaricdə isə hissi (arxa buynuza müvafiq) neyron yığıntıları olaraq paylanmışdır.
  • İçəri ilgək çarpazı-decussatio lemnisci medialis, daxili qövsi liflərin əmələ gətirdiyi çarpazlaşmadır.
  • Tor-törəmə (formatio reticulares) – zeytun nüvəsindən yuxarıda və yan tərəfdə səpələnmış hüceyrələrdir.

Uzunsov beyində yerləşən nüvələr:

  • Nuc.gracilis ve nuc.cuneatus- Piramid çarpazı yaxınlığında yerləşir.
  • Nuc. cuneatus accessorius
  • Nuc.tractus solitarii (Tək yol (dad) nüvəsi) – VII, IX, X kəllə sinirləri ilə əlaqəlidir. Dad analizatorunun aparıcı yolunun ikinci neyronları burda yerləşir. Ürək-damar və tənəffüs mərkəzlərinə nəzarət edən yolun afferent liflərinin gəldiyi nüvələr də burdadır.
  • Nuc.ambiguus (İki növlü nüvə)– IX, X, XI kəllə sinirlərinin ortaq hərəki neyronlarıdır.
  • Nuc.salivatorius inferior (Ağızsuyu ifrazetdirici aşağı nüvə)– Dil-udlaq (IX) kəllə sinirinin parasimpatik nüvəsidir.
  • Nuc.posterior (dorsalis) nervi vagi (Azan sinirin arxa nüvəsi) – Azan sinirin (X) parasimpatik nüvəsidir.
  • Nuc.spinalis nervi trigemini (Üçlü sinirinin onurğa beyni nüvəsi)– Baş və boyundən gələn ağrı-temperatur hissiyyatının ikinci neyronları burada yerləşir.
  • Nuc. nervi hypoglossi (Dilaltı siniri)

Mənbə:

Prof.Dr. Kaplan Arıncı- Anatomi 2.cild

Tusdata-Anatomi (2017)

İnsan anatomiyası 2. cild

  • V.B.Şadlinski
  • Ş.İ.Qasımov
  • N.T.Mövsümov

STAY CONNECTED

19,717FansLike
2,185FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....