Neyroanatomiya:Mesencephalon (orta beyin)

Post date:

Author:

Category:

Orta beyin körpü və ara beynin arasında yerləşir. Ortalama uzunluğu 2 sm-dir və beynin ən kiçik hissəsidir. Beyin körpüsünü orta beyindən ön səthdə körpü-ayaqcıq şırımı-sulcus pontocruralis, arxa səthdə isə n.trochlearis-blok sinirinin kökləri ayırır. Ara beyin (diencephalon) ilə sərhədini arxa bitişmə-comissura posterior ilə məməciyəbənzər cisimlərin- corpus mamillare aşağı kənarını birləşdirən hüdudi xətt təşkil edir. Orta beynin üzəri bütövlükdə uc beyin-telencephalon ilə örtülmüşdür. Mezensefalonun ortasından keçən aqueductus mesencephali (cerebri, Silvi)-orta beynin (Silvi) su kəməri üçüncü mədəciklə dördüncü mədəciyi birləşdirir. Orta beynin su kəmərinin çevrəsi mərkəzi boz maddə- substantia grisea centralis, ilə əhatə olunmuşdur.

https://teachmeanatomy.info/neuroanatomy/brainstem/midbrain/
https://quizlet.com/341306970/mesencephalon-flash-cards/

Orta beynin ön, yan və arxa olmaqla 3 səthi var.

Ön səth

  • Beyin ayaqcıqları-pedunculi cerebri, Arxa tərəfdə beyin körpüsündən başlayaraq ön tərəfdə beyin yarımkürələrinin kütləsinə daxil olurlar. Beyin ayaqcıqları boylama sinir liflərindən təşkil olunmuş yastıq şəklində törəmədir.
  • Beyin ayaqcıqlarının körpüyə yaxın yerindən, içəri şırım (sul.medialis mesencephali, sul.oculomotorius) adlanan şırımdan gözün hərəki siniri-n.oculomotorius (III) çıxır.
  • Ön və arxa hissəsinin arasında qalan şırım orta beynin bayır şırımı-sulcus lateralis mesensephalici adlanır və bu şırımdan blok sinir kökləri-n.trochlearis kəllə əsasına çıxır.
  • Ayaqcıqlar arası çuxur-fossa interpeduncularis, beyin ayaqcıqları arasında yerləşən çuxurdur.
  • Arxa dəliklənmiş maddə-substantia perforada posterior ayaqcıqlararası çuxurun dibini örtən boz maddədir.
https://slideplayer.com/slide/5135302/

Arxa səth

  • Yuxarı təpəciklər (Colliculi superior) – Görmənin reflektor mərkəzi hesab olunur.
  • Aşağı təpəciklər (Colliculi inferior)– Eşitmə analizatorunun reflektor mərkəzidir.
  • Əzgiləbənzər cisim (Corpus pineale)– Yuxarı və aşağı təpəcikləri bir-birindən ayıran boylama şırımın yuxarı ucunda yerləşir.
https://slideplayer.com/slide/5135302/

Yan səthi

  • Təpəciklərdən bayır tərəfdə önə və yuxarı gedən cüt ağ zolaqlar yuxarı və aşağı təpəcik qolları adlanır.
  • Yuxarı təpəcik qolları (brachium colliculi (cranialis) superioris)- Yuxarı təpəcikdən başlayır və bayır dizəbənzər cisimdə tamam olur.
  • Aşağı təpəcik qolları (brachium colliculi (caudalis) inferiores)- Aşağı təpəcikdən başlayır və içəri dizəbənzər cisimdə tamam olur.
https://slideplayer.com/slide/5135302/
https://teachmeanatomy.info/neuroanatomy/brainstem/midbrain/
https://www.pinterest.com/pin/412783122090989364/?nic_v1=1abDt%2BClFLVG74QkaP%2BB1zGwg%2Bm74f2CgCHtyp2O6L1RxKdcecj36MSz%2FZ%2BS8xMkwb

Daxili quruluşu

Orta beynin köndələn kəsikdə beyin ayaqcıqları (pedunculi cerebri) və orta beyin qapağı (tectum mesencephali) olmaqla iki hissəsi var.

1.Beyin ayaqcıqları-pedunculi cerebri

Orta beynin su kəmərinin-aqueduct mesencephalic, ön tərəfində qalan hissəsidir.

İki hissədən ibarətdir:

  • Ön: Beyin ayaqcığı əsası-basis pedunculi cerebri
  • Arxa: Beyin ayaqcığı qapağı-tegmentum mesensephali

Qara maddə-substantia nigra, arxa və ön hissələr arasındakı piqmentli boz maddədir. Qara maddə ön tərəf retikulyar hissə-pars reticularis, arxa tərəf kompakt hissə-pars compacta olmaqla iki hissədən ibarətdir. Dopaminin birincil deposudur.

1. Pedunculus Cerebri- Beyin ayaqcıqları da iki hissədən ibarətdir: Ön və arxa hissə.

A) Pars Anterior (Ön hissə)Crus cerebri

  • Qara maddənin ön tərəfində yerləşir.
  • Beyin qabığından kəllə sinir nüvələrinə və onurğa beyninə gedən efferent (enən) sinir liflərindən ibarətdir.
  • Onun içəri 1/5 hissəsini qabıq-nüvə yolu, alın-körpü yolu, bayır 1/5 hissəsini gicgah-təpə-ənsə-körpü yolu və orta 3/5 hissəsini qabıq-onurğa beyni yolu (piramid) əmələ gətirir.
https://www.earthslab.com/anatomy/midbrain/

B) Pars posterior (Arxa hissə)Beyin ayaqcığı qapağı (Tegmentum mesencephalicum)

  • Körpünün arxa hissəsinin davamıdır, afferent sinir liflərindən və orta beyin nüvələrindən təşkil olunmuşdur.
  • Qırmızı nüvə (Nucl.ruber)– adlanan nüvə beyin ayaqcığı qapağında qara maddə ilə orta beynin mərkəzi boz maddəsi arasında yerləşir və görmə qabarından başlayıb aşağı təpəciyə qədər davam edir.
  • Bu nüvədən ekstrapiramid sistemə aid olan qırmızı nüvə-onurğa beyni yolu-tractus rubrospinalis, başlayır.
  • Qapaq çarpazlarını (Foreli çarpazı) qırmızı nüvə-onurğa beyni və qapaq-onurğa beyni yolu, beyin ayaqcıqlarının qapağında əks tərəfdəki eyni yollarla çarpazlaşaraq əmələ gətirir.
Şəkildə yuxarı və aşağı təpəcəyin en kəsiyindəki çarpazlaşmalar göstərilmişdir.
https://slideplayer.com/slide/5135302/

2.Orta beyin qapağı (dörd təpə) – Tectum mesensephali

  • Orta beynin su kəmərinin arxasında qalan hissədir.
  • Beyin ayaqcıqlarının üzərində, döyənək cismi qabarının altında yerləşir.
  • Orta beyin qapağı üzəri ağ maddədən əmələ gəlmiş qapaq səfhə- lamina tecti ilə örtülmüş iki cüt simmetrik hündürlükdən (təpəcikdən) təşkil olunmuşdur.
  • Yuxarı təpəciklər (Colliculi superior)- Yuxarı təpəcik nüvələri-nucl.colliculi superioris, yerləşir.
  • Aşağı təpəciklər (Colliculi inferior)Aşağı təpəcik nüvələri- nucl.collucili inferioris yerləşir. Eşitmə ilgəkləri (bayır ilgəklər) və beyin-qapaq yolu burda tamam olur.
  • Hər iki hündürlük birlikdə lamina tecti- qapaq-səhfə adlanır.
  • Təpəciklər xaricdən ağ maddə məntəqə qatı – stratum zonale, ilə örtülmüşdür.

Orta beyində yerləşən kəllə sinirləri

  1. Nuc.nervi oculamotorii (Gözün hərəki sinirinin nüvəsi– III) – Yuxarı təpəciklər səviyyəsində məzkəzi boz maddənin ön səthində orta xəttə yaxın yerləşir. Göz əzələlərini innervasiya edir.
  2. Nuc.oculomotorius accessesorius (Yakuboviç nüvəsi və ya əlavə nüvə, Edinger-Westphal nüvəsi)– gözün hərəki sinirinin aşağısında yerləşən parasimpatik nüvəsidir. İşıq refleksi və akkomodasiya ilə əlaqəlidir.
  3. Nucl. nervi trochlearis (Blok sinir nüvəsi-IV)- Aşağı təpəciklər səviyyəsində yerləşir. Kəllə daxilində çarpazlaşan yeganə kəllə siniridir.
  4. Nuc.mesencephalicus nervi trigemini ( Üçlü sinirin orta beyin yolu nüvəsi-hissi kökü)– Orta beynin mərkəzi boz maddəsinin yanlarında yerləşir. Çeynəmə qüvvətinə nəzarət edir.
https://slideplayer.com/slide/5135302/
https://slideplayer.com/slide/5135302/
https://slideplayer.com/slide/5135302/
  • İçəri ilgəklər (Leminiscus medialis) – burada yerləşir. Pazabənzər və nazik dəstə nüvələrinin çıxıntılarıdan əmələ gələn qövsi liflərdir.
  • Bayır ilgək (Leminiscus lateralis) – orta beynin aşağı təpəciyində yerləşir. Eşitmə ilə əlaqəlidir.
https://slideplayer.com/slide/5135302/

Retikulyar formasiya bütün səviyyələrində görünür.

https://slideplayer.com/slide/5135302/

Mənbə:

Prof. Dr. Kaplan Arıncı – Antomi 2. cilt

Tusdata- Anatomi, 2017

İnsan anatomiyası II cild

  • V.B.Şadlinski
  • Ş.İ.Qasımov
  • N.T.Mövsümov

STAY CONNECTED

19,727FansLike
2,187FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....