Nikola Tesla kimdir?

Post date:

Author:

Category:

Fizika sahəsində görkəmli alim, elektrotexnika və radiotexnika sahəsində unikal ixtiraların müəllifi, adı əfsanələşmiş Nikola Tesla 1856-cı il iyulun 10-da, o vaxtkı Avstriya imperiyasının (indiki Xorvatiya) Smilyan kəndində dünyaya gəlmişdir. Atası Milutin Tesla (1819-1879) serb provaslav kilsəsinin Sremsk yeparxiyasının (dini inzibati vahid) keşişi idi. Anası Giorgina Tesla keşiş qızı idi. Onların 5 övladı olmuşdur. Nikola ailənin 4-cü övladı idi.
Nikola ibtidai məktəbin birinci sinfini Smilyan kəndində oxumuşdu.1862-ci ildə Nikolanın atasının rütbəsi böyüdülür və ailə Qospiçə köçür. Nikola burada ibtidai məktəbin 3 sinfini oxuyur, sonra üçillik aşağı realni gimnaziyada təhsil alır, 1870-ci ildə oranı bitirir. Həmin ilin payızında Nikola Karlovas şəhərində Ali realni məktəbə daxil olur.1873-cü ilin iyulunda Nikola kamillik attestatı alır. Atasının məsləhətinə baxmayaraq, vəba epidemiyası yayılmış Qospiçə qayıdır və yoluxur (doğrudur, mənbələrdən hələ də aydın deyil ki, bu, həqiqətən də vəbaya yoluxma idimi?). Həkimlər hesab edirdilər ki, Nikola öləcək. Bir az özünə gəldikdən dərhal sonra atasından xahiş edir ki, təhsilini davam etdirməyə icazə versin. Həm də söz verir ki, əgər razılıq alsa, “özü-özünü sağaldacaq, çünki yaşamaq istəyir”.
Bütün ümidlərini itirmiş ata, nəhayət, razılıq verir və onda həkimləri heyrətləndirən hadisə baş verir: Tesla bir neçə günə sağalır. Xəstəlik 9 ay davam etmişdi. Sağalmış Teslanı Avstriya-Macarıstan ordusuna üçillik xidmətə çağırmalı idilər. Qohumları onu kifayət qədər sağlam hesab etmədilər və dağlarda gizlətdilər. O, geriyə yalnız 1875-ci ilin yayında qayıtdı.
Həmin il Nikola Qrasda ali texniki məktəbə (Qras Texniki Universiteti) daxil oldu və burda elektrotexnikanı öyrənməyə başladı. Elektrotexnika mühazirələrində Qrammın maşınının işini müşahidə edən Nikola belə bir fikrə gəlir ki, sabit cərəyan maşını təkmil deyil. Lakin professor Yakov Peşl onun ideyasını kəskin tənqid edir, bütün kurs qarşısında elektrik mühərriklərində dəyişən cərəyanın istifadəsinin mümkünsüzlüyü haqqında mühazirə oxuyarkən Nikolanın ünvanına kəskin tənqidi fikirlər söyləyir. Üçüncü kursda olarkən Nikola qumara qurşanır. Öz xatirələrində Tesla yazırdı ki, onu bu oyuna təhrik edən “təkcə əylənmək istəyi yox, həm də qarşıya qoyduğu məqsəd yolunda uğursuzluqları idi”.
1879-cu il arelin 17-də Nikolanın atası vəfat etdi. Nikola Qospiçə əvvəllər oxuduğu realni gimnaziyaya müəllimliyə düzəldi. Amma burada işləmək onu qane etmirdi. Ailənin gəliri az idi, yalnız iki dayısı Peter və Pavelin maddi dəstəyi ilə Nikola 1880-ci ilin yanvarında Praqaya gedə bildi və burada Praqa Universitetinin fəlsəfə fakültəsinə daxil oldu. O, cəmi bir semestr oxudu və özünə iş axtarmağa məcbur oldu.
1882-ci ilə qədər Nikola Tesla Budapeştdə hökümət teleqraf şirkətində mühəndis-elektrik işlədi. Həmin vaxt şirkət telefon xətlərinin çəkilişi və mərkəzi telefon stansiyalarının tikintisi ilə məşğul olurdu.
1882-ci ilin fevralında Tesla elektrik mühərriklərində fırlanan maqnit sahəsi adlanan hadisəni necə tətbiq etməyi düşündü.
Teleqraf şirkətində iş Teslaya dəyişən cərəyanla işləyən mühərrik yaratmaq fikirlərini həyata keçirməyə imkan vermişdi. 1882-ci ilin sonunda o, Parisdə Kontinental Edison şirkətinə (Continental Edison Company) işə qəbul olundu. Kompaniyanın ən böyük işlərindən biri Strasburqda dəmiryolu vağzalı üçün elektrik stansiyasının tikintisi idi. 1883-cü ildə Tesla Strasburqa köçür və burada elektrik stansiyasının tikintisində yol verilmiş qüsurları aradan qaldrımağı və bir sıra problemləri həll etməyi bacarır. Eyni zamanda o, yeni mühərrikin modeli üzərində işləyir.
1884-cü ilin yazında elektrik stansiyasının tikintisi başa çatır və Tesla Parisə qayıdır və şirkətin mükafat kimi ona 25 min dollar verəcəyini gözləyir. Ona çatacaq mükafatı almağa cəhd edərkən başa düşür ki, bu pulu ona verməyəcəklər və təhqir olunduğunu düşünərək işdən çıxır.
1884-cü il iyulun 6-da Tesla Nyu-Yorka gəlir və Tomas Edisonun şirkətində elektrik mühərriklərinin və sabit cərəyan generatorlarının təmiri üzrə mühəndis kimi işləməyə başlayır.
Edison Teslanın yeni ideyalarını kifayət qədər soyuq qarşlayır və getdikcə ixtiraçının şəxsi axtarşılarına mənfi fikirlərini açıq bildirir. 1885-ci ilin yazında Edison vəd verir ki, əgər Tesla onun yaratıdığı sabit cərəyan elektrik maşının konstruktiv olaraq yaxşılaşdırsa, ona 50 min dollar verəcək (indiki bir milyon dollar). Nikola aktiv olaraq işə başlayır və tezliklə Edisonun maşınının 24 yeni variantını, istismar xassələrini yaxşılaşdıran yeni komutator və tənzimləyici təklif edir. Bütün təkmilləşdirmələri bəyənərək mükafat haqqında olan suala Edison Teslaya rədd cavabı verir və qeyd edir ki, bu mühacir hələ Amerika yumorunu pis bilir. Təhqir olunmuş Tesla dərhal işdən çıxır.
Edisonun kompaniyasında cəmi bir il işləyən Tesla işgüzar dairələrdə məhşurlaşır. Onun işdən çıxmasını bilən elektrotexniklər klubu Teslaya elektrik işqlandırılması ilə məşğul olan şəxsi kompaniyasını qurmağı təklif edirlər. Dəyişən cərəyanın istifadəsi üzrə onun təklifi klub üzvlərini həvəsləndirmir və onlar əvvəlki təkliflərini dəyişərək küçələrin işıqlandırılması üçün qövs lampları yaratmağı təklif edirlər. Bir ildən sonra layihə hazır oldu. Pul əvəzinə sahibkarlar ixtiraçıya yeni lampların istismarı üçün yaradılmış kompaniyanın aksiyalarının bir hissəsini təklif edirlər. Belə variant ixtiraçını təmin etmədi, kompaniya isə ona şər atmağa, nüfuzdan salaraq ondan yaxa qurtarmağa çalışırdı.
1886-cı ilin payzından 1887-ci ilin yazına qədər gənc ixtiraçı yardımçı işlərdə işləməyə məcbur olur. O, xəndəklər qazmaqla məşğul olur, “harda gəldi yatır, nə tapdı yeyir”. Həmin dövrdə Tesla onunla eyni vəziyyətdə olan mühəndis Braunla dostlaşır. Braun özünün bir neçə tanışını razı sala bilir ki, Teslaya kiçik maddi yardım göstərə bilsin. Bu pulla 1887-ci ilin aprelində yaradılmış “Tesla Ark Layt kompani” yeni qövs lampaları ilə küçə işıqlandırmalarını qurmaqla məşğul olurdu. Tezliklə kompaniyanın perspektivliliyi ABŞ-ın digər şəhərlərindən böyük sifarişlərlə təsdiq olundu. İxtiraçının özü üçün isə kompaniya qarşıya qoyduğu məqsədə çatmaq üçün vasitə idi.
1900-cü ildən sonra Tesla texnikanın müxtəlif sahələrində çoxlu sayda ixtiralara patentlər alır.
1914-cü ilin yayında Serbiya Birinci müharibəsinin başlanmasına səbəb olan hadisələrin mərkəzində olur. Tesla Amerikada qalaraq serb ordusu üçün vəsait toplamaqda iştirak edir. Elə həmin vaxt o, super silah yaratmaq haqqında düşünür: “Vaxt gələcək ki, hansısa elm dahisi elə maşın yaradacaq ki, bir hərəkətlə bir və ya bir neçə ordunu məhv edə biləcək”.
1915-ci ildə qəzetlər yazırlar ki, Tesla fizika üzrə Nobel mükafatına namizəd göstərilib. Eyni zamanda Tomas Edisonun da namizədliyi irəli sürülüb. İxtiraçılara təklif olunub ki, mükafatı yarı bölsünlər. Bəzi mənbələrin yazdığına görə, ixtiraçıların qarşılıqlı ədavəti gətirib ona çıxardı ki, hər ikisi ondan imtina etdilər. Həqiqətdə, namizədliyi irəli sürülsə də, 1915-ci ildə Edisona mükafat təklif olunmayıb. Tesla isə ilk dəfə 1937-ci ildə namizəd kimi irəli sürülüb.
1917-ci il mayın 18-də Teslaya Edison medalı verilir (Tesla onu almaqdan qəti imtina etsə də).
Yaşlı vaxtında Teslanı minik maşını vurur, onun qabırğaları sınır. Xəstəlik kəskin ağ ciyər sətəlcəmi yaradır ki, bu da xroniki hala keçir. Tesla yataq xəstəsi olur.
Tesla 1943-cü ilin yanvarın 7-dən 8-ə keçən gecə ürək çatşımazlığından vəfat edir.

 

 

 

Teslanın ixtiraları və elmi işləri: dəyişən cərəyan

1889-cu ildən Tesla yüksəktezlikli və gərginlikli cərəyanları təqdim etməyə başladı. Yüksəktezlikli elektromexaniki generatorların ilk nümunələrini ixtira etdi. 1891-ci ildə yüksəktezlikli transformator ixtira etdi və bununla da elektrotexnikanın yeni sahəsinin yüksəktezliklər texnikası sahəsinin inkişafına zəmin yaratdı.
Tesla yüksəktezlikli cərəyanların tədqiqatının gedişində təhlükəsizlik məsələlərinə diqqət yetirirdi. Öz bədənində təcrübə apararaq o, müxtəlif tezlikli və güclü dəyişən cərəyanların insan orqanizminə təsirini öyrənirdi. Tesla tərəfindən işlənib hazırlanmış çoxlu qaydalar yüksəktezlikli cərəyanlarla iş zamanı təhlükəsizlik texnikasının müasir əsaslarına daxil edilmişdir. O, müəyyən etmişdi ki, tezliyi 700 Hs-dən çox olan elektrik cərəyanı orqanizmə zərər vurmadan bədənin səthi ilə axır. Tibbi tədqiqatlar üçün Teslanın yaratdığı elektrotexniki aparatlar bütün dünyada geniş yayılmışdır.
Böyük gərginlikli yüksəktezlikli eksperimentlər ixtiraçıya çirklənmiş səthlərin təmizlənməsi üsulunu yaratmağa imkan verdi. Dəriyə analoji təsirlər göstərdi ki, xırda səpgiləri götürmək, məsamələri təmizləmək və mikrobları öldürmək olar. Bu üsul müasir elektroterapiyada istifadə olunur.

Sahələr Nəzəriyyəsi

1888-ci ildə Tesla fırlnan maqnit sahələri hadisəsinin mahiyyətinin elmi təsvirini verdi. Həmin ildə Tesla çoxfazalı dəyişən cərəyanın köməyi ilə elektrik enerjisinin ötürülməsi sistemlərinin ixtirasına görə əsas patentləri aldı. Tesla hesab edirdi ki, ikifazalı sistemlər daha qənaətlidir. Və ABŞ-da bir sıra elektrik qurğuları, o cümlədən Niaqara hidro elektrik stansiyası (1895-ci ildə) işə salındı.

Radio

Tesla birincilərdən biri olaraq radioəlaqədə istifdə oluna bilən etibarlı cərəyanalma üsulunu atentləşdirdi. Patent U.S.Patent 44792 1891-ci il martın 10-da ABŞ-da verilmişdi. Tesla 1891-ci ildə açıq mühazirələrdə radioəlaqənin prinsiplərini təsvir və nümayiş etdirdi. 1893-cü ildə naqilsiz əlaqə üzərində intensiv iş apardı və dirəkli antennanı ixtira etdi.

 

 

Rezonans

Tesla katuşkası indi də bəzən məhz ildırımı xatırldan uzun qığılcım boşalmalarını almaq üçün istifadə edilir. 1998-ci ildə Stenforddan olan mühəndis Qreq Ley ictimaiyyətə “sifarişlərlə ildırım effekti”ni nümayiş etdirdi. O, nümayiş zamanı nəhəng Tesla kontorunun altında yerləşən metallik qəfəsdə metallik “sehrli çubuğ”un köməyi ilə ildırım yaradırdı. Yaxın vaxtlarda o, ABŞ-ın cənub-qərbində daha iki “Tesla qülləsi” tikmək üçün vəsait toplamaq kompaniyasına başladı. Layihə 6 milyon dollara başa gələcəkdi. Lakin ildırım təlimçisi qurğunu Federal aviasiya idarəsinə sataraq borcu qaytaracağına əmin idi. Onun köməyi ilə aviatorlar ildırıma düşmüş təyyarə osillyator haqqında məlumat verir. Tesla qeyd edir ki, istənilən predmetin rezonans tezliyini tənzimləyib onu dağıtmaq olar. Məqalədə Tesla qeyd edirdi ki, o, cihazı evin dirəklərindən birinə birləşdirib və müəyyən bir müddətdən sonra ev titrəməyə başladı, kiçik zəlzələ oldu. Tesla çəkici götürüb ixtirasını dağıdır. O, hadisə yerinə gələn yanğınsöndürənlərə və polislərə söyləyir ki, bu, təbii zəlzələ idi, öz köməkçilərinə tapşırır ki, bu haqda sussunlar.

Teslanın əbədiləşmiş xatirəsi

  • Sİ sistemində maqnit induksiyasının vahidi Tesla adlanır.
  • Xorvatiyanın paytaxtı Zaqrebdə Nikola Tesla adına küçə var və həmin küçədə onun heykəli qoyulub.
  • Xorvatiyanın kurort şəhəri Poreçdə dəniz sahili var ki, Nikola Teslanın adını daşıyır.
  • Belqrad yaxınlığındakı Suriçdəki hava limanı Nikola Teslanın adını daşıyır.
  • Serb pullarının üzərində Teslanın şəkilləri var.
  • Belqradın mərkəzi hissəsində Nikola Tesla muzeyi var.

 

 

Tesla haqqında filmlər

  • The Secret of Nikola Tesla,  1980  Orson Welles  J. P. Morgan
  • Nikola Tesla, The Genius Who Lit the World, 1994  Tesla Memorial Society  Nikola Tesla Museum in Belgrade, Serbia.
  • The Prestige,  2006  by Christopher Nolan,  rock star David Bowie portraying Tesla.

Mənbə:
Vaqif Abbasov: Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri.
səh 267-277.

https://www.biography.com/people/nikola-tesla-9504443

https://teslaresearch.jimdo.com/edison-s-continental-1882-1885/

https://www.enerjibes.com/nikola-tesla/

Redaktə etdi: Xanım Sadıqova

STAY CONNECTED

20,393FansLike
2,282FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir. 

Ən çox bilinən 3 narkotik maddə və onların orqanizmə təsirləri

Kokain Kokain və elmi adıyla benzoylemetil ekgonin Formulu: C17H21NO4 Kokain...