Niyə bürclərə inanırıq?- Barnum və ya Forer effekti nədir?

Post date:

Author:

Category:

“ Bəzən birbiri ilə ziddiyyət təşkil edən, fərqli düşüncə və hisslər içərisində olan bir insansınız..”

Əgər bu cümlənin sizin xarakterinizi əks etdirdiyini düşünürsünüzsə, deməli siz də Barnum effektinin təsiri altındasınız.

Psixoloq Bertram R. Forer ( 1914-2000 ) 1948-ci ildə dərslərinin birində bir təcrübə aparır. O tələbələrinə, hər biri üçün ayrıca mükəmməl bir xarakter analizi hazırladığını deyir və 13 fikirdən ibarət yazı yazılmış vərəq paylayır.

Forer tələbələrindən yazıdaki fikirlərin onlara nə dərəcədə uyğun olduğunu “5” ballıq şkalaya görə qiymətləndirmələrini istəyir.

1: Mənə heç uyğun deyil.

2: Mənə o qədər də uyğun gəlmir.

3: Məni az-çox ifadə edir.

4: Mənə uyğundur.

5: Məni tamamilə düzgün ifadə edir.

Tələbələr orta hesabla mətnə 4.26 bal vermişdilər.

Yazı belə idi :

“Başqalarının sizi sevməsi heyran olmasına ehtiyac duyursunuz.  Özünü tənqidə açıqsınız. Üstünlüyə çevirə bilmədiyiniz bir qabiliyyətiniz var. Şəxsi zəiflikləriniz olsa da, ümumən onların öhdəsindən gələ bilirsiniz.   Cinsi gözləntiləriniz sizə problem yaradır.  Kənardan intizamlı və kontrollu görünürsünüz,   amma, həqiqətdə, narahat və gərginsiniz.  Bəzən düzgün bir şey etdiyinizə və ya düzgün seçim etdiyinizə əmin ola bilmirsiniz.  Hər dəfə bir qədər dəyişiklik istəyirsiniz, lakin  məhdudiyyətlərlə qarşılaşanda, narahat olursunuz.  Müstəqil biri olmağınızla fəxr edirsiniz.  Özünüzü başqalarına açmağın çox ağıllıca olmadığını düşünürsünüz. Bəzi vaxtlar canayaxın və sosial olursunuz, bəzən isə, asosial, qapalı, ətrafa qarşı tam maraqsız olursunuz. Bəzi ehtiraslarınız olduqca qeyri-realdır.  Təhlükəsizliyiniz həyatınızdakı əsas hədəflərdən biridir.“

Yazıda özünüzdən nələrsə görəbildiniz? )

Forer əslində xüsusi bir analiz tərtib etməmişdi. Həmin dövrdə çox satılan astrologiya jurnalının məqaləsindən təsadüfi cümlələr seçmişdi. Önəmli məqam budur ki, seçilmiş cümlələrin hər biri ayrı-ayrı və zidd bürclərə məxsus idi. Lakin bir çox tələbə, analizin öz xarakterlərini tamamilə əks etdirdiyini qeyd etmişdi. Forerin təcrübəsi ilə əldə edilən nəticə başadüşülən idi.

Astroloji (və ya xarakter) analiz zamanı hər zaman fərdə xas görünəcək qədər spesifik, lakin müvafiq topluluğun yüksək faizinə uyğun gələcək qədər ümumi ifadələr işlədilir. Qeyd edək ki, 1948-ci ildən sonra da bu təcrübə başqa psixoloqlar tərəfindən fərqli insan topluluqları ilə dəfələrlə aparılmışdır.

Nəticə isə hər zaman orta hesabla, 4.2 bal olmuşdur.

Bu da illər ərzində insanların, əksəriyyət etibariylə, hələ də astrologiyaya meylinin göstəricisidir. Forerin bəsit, lakin diqqətçəkən təcrübəsi ( ki bir çox insanlara görə elmin gözəlliyi də məhz elə bundadır) psixologiyaya “Forer effekti” ni gətirdi.

Bu effektlə bağlı bir başqa maraqlı araşdırma isə psixoloq Charles R. Snyder ( 1944-2006 ) tərəfindən aparılmışdır. Snyder əksər insanlara uyğun gələn ümumi bir şəxsiyyət analizi hazırladığını deyir. Təcrübə iştirakçıları birbirindən xəbərsiz  3 qrupa ayrılır.

Birinci qrupdakılara bu yazının istənilən insanın xarakteri üçün keçərli olduğunu deyir, ardından onlardan qiymətləndirmələrini xahiş edir.  

Ortalama nəticə : 3.2 ( 5 ballıq şkala ilə )

2-ci qrupdakılardan əvvəlcə hansı ayda doğulduqlarını soruşur, ardından isə bu yazının öz aylarına uyğun gələn astroloji analiz olduğunu deyir.

Bu iştirakçıların dəyərləndirməsi : 3.76

3-cü, son qrupdakılardan isə hansı tarixdə (gündə) doğulduqlarını soruşur. Ardından isə təqdim elədiyi yazının məhz həmin günə uyğun analiz olduğunu qeyd edir.

Təcrübə iştirakçılarının qiymətləndirməsi : 4.38

Qeyd edək ki, effektin kəşfi həmçinin əsas araşdırmalar Forerə məxsus olsa da psixologiyada daha çox tanınan ikinci adı “Barnum Effekti” dir. P.Taylor Barnum (1810-1891)  “Ringling Bros. And Barnum & Bailey” sirkinin qurucularından birisi və amerikalı iş adamı olmuşdur.  Dövrün ən məşhur şovmeni hesab olunan Barnum tez-tez “ hərkəsə uyğun nələrimizsə var” şüarından istifadə edirdi. Onun fikrincə bu şüar astrologiyanın arxa planındakı saxtakarlığın və buna rəğmən müvəffəqiyyətinin açarı idi.

Tədqiqatlar ilə astrologiyanın insanlar üzərindəki “uğuru”nun sirrini də açmaq mümkündür. Birincisi, təqdim olunan analizdə müsbət maddələr mənfi maddələrə nisbəti önəmlidir. (müsbətlər mənfilərdən çox olmalıdır, amma şişirdilməməlidir). Digəri isə odur ki, fərdlər qarşı tərəfə dürüst subyektiv və xoş rəy verəcək qədər güvənməlidirlər. Bu şərtlər təmin olunarsa, qeyri-real şərhlərə rəğmən, subyektləriniz sizin analizinizin onlara uyğun olduğunu söyləyəcəkdir.  “Qiymətləndirmə” yoxdur.  Elmi metod heç yoxdur.

Effektin iki fərqli adı isə 1956-cı ildə amerikalı klinik psixoloq Paul Meehl ( 1920- 2003) tərəfindən təklif olunmuşdur. “Forer effekti” onu kəşf edən alimə ithafən “Barnun effekti” adı isə məhz  bu effekti ilk dəfə iş modeli olaraq uğurla istifadə edən biznesmenə ithafən işlədilir.

MƏNBƏ :

https://evrimagaci.org/forer-barnum-etkisi-astroloji-ve-fallar-neden-bize-uyuyor-astrolog-ve-falcilar-kisiliginizi-nasil-tahmin-ediyorlar-2898

Redaktə etdi: Nisə Qulizadə

STAY CONNECTED

19,717FansLike
2,185FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....