Niyə insan əti yemirik?

Post date:

Author:

Category:

İnsanlar başqaları üçün təhlükəli ov ola bilərlər, ancaq bir insanı çox kaloriyalı qida saymaq olar (Daha əvvəl Fiji adasında tapılmış kəllə sümüyü kimi hanniballıq dəlillərinə rəğmən). Bir insanın ortalama enerji(kalori) miqdarına əsaslanan yeni və bir qədər ürküdücü olan araşdırma Homo erectus, Homo erectus əcdadları, Neandertallar və erkən modern insanlar da daxil olmaqla insanların qidalanmasının (təkcə nə yediyi yox, necə yediyi də) əksərən ritual formasında olduğunu irəli sürür.

Bir tədqiqatçı orta hesabla bir insan bədənində tam olaraq neçə  kilokalori olduğunu tapmaq üçün 1945 və 1956-cı illər arasında meyitlərini elmə həsr etmiş 4 yetkin insanın biokimyasını öyrənən bir araşdırmadan faydalandı.
Ortalama olaraq yetkin bir insan  tərkibində karbohidrat, yağ və protein olan 125.822 kaloriyadan əmələ gəlir. Bu miqdar 60-dan çox insanın qida ehtiyacını qarşılayacaq qədərdir.(Bədənin enerji baxımından ən zəngin olan hissəsi tək bir yerdir? Hər bir insanda 49.399 koloriyalıq yağ vardır. Ən az yağ haradadır? Dişlərdə cəmi 36 kaloriya vardır).
Bu miqdarlar kaloriya üçün minimum sərhədləri təmsil edir, çünki Neandertallar və digər nəsli tükənmiş əcdadlarımızda çox güman ki, müasir insanlardan daha çox əzələ kütləsi olub. Yenə də tədqiqatçılar bu gün elmi işlərdə mamontlar(3.600.000 kaloriya), tüklü kərgədanlar(1.260.000 kaloriya) və vəhşi öküzlər(979.200 kaloriya) kimi digər heyvanlarla müqayisə etsək, qədim ovçuların özləri qədər hiyləgər və təhlükəli olan insanabənzər əcdadlarımızı və ya digər insanları demək olar ki, ovlamadığı məlum oldu.
Avropada tapılan 9 paleolitik ərazidə 936.000-dən 14.700 il əvvələ qədərki bəzi hanniballıq nümunələrinin aclıqdan və ya təbii səbəblərdən ölmüş bədənin “leş”ə çevrilməsini istəmədiklərindən (bu bir ritual ola bilər, meyit çürümədən onu yemək) qaynaqlana biləcəyini irəli sürür. Lakin çox vaxt araşdırma daha çox tarix öncəsi hanniballığın əsasən təbiətdə ritual olduğunu və bir düşmən üzərində qələbə qazanıldığını , yəni əsir düşən zaman edildiyinia aşkara çıxardır.

*Qrafikdə toxumaların və orqanların maddələrin enerji dəyərləri göstərilib

Qrafik:J.Cole/Bilim Raporları

Mənbə:
http://www.sciencemag.org/news/2017/04/why-don-t-we-eat-each-other-dinner-too-few-calories-says-new-cannibalism-study

STAY CONNECTED

20,176FansLike
2,248FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Yuxularımızı idarə edə bilərikmi?Lüsid yuxu nədir?

Çox gözəl bir yuxu görərkən heç bitməməsini istədiyiniz olubmu ? Əgər olubsa, yuxuda olduğunuzu anlamısız deməkdir. Buna “Lüsid yuxu” deyilir. Lüsid...

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...