Niyə kompyuterlər tamamilə şüurlu ola bilməz?

Post date:

Author:

Category:

Bir çox qabaqcıl süni intellekt layihəsi, beyin funksiyalarının çoxsaylı məlumatları kodlaşdırması və emal etməsi fikrinə əsaslanan şüurlu bir maşın qurmaq yolunda çalışdıqlarını söyləyir. Görünür, beyin funksiyaları dəqiq öyrənildikdən sonra onları kompyuterə proqramlaşdırmaq fəriziyyələri hələ də davam edir. Microsoft bu yaxınlarda sırf bunu etmək üçün bir layihəyə 1 milyard dollar xərcləyəcəyini açıqladı.

Əslinə qalsa indiyə qədər edilən superkomputer beyin yaratmaq cəhdləri nəticəsiz qalmışdır. 2013-cü ildə başlayan milyardlarla dollarlıq bir Avropa layihəsinin hal-hazırda böyük ölçüdə uğursuz olduğu anlaşılır.

Bu cəhd ABŞ-da buna bənzər ancaq daha az iddialı başqa bir layihəylə yerini dəyişib. Belə ki tətqiqatçılar beynin simulasiyasını yaratmaqdan daha çox onun funksiyalarını öyrənmək üçün bir proqram təminatı yaradır.

Bəzi tətqiqatçılar sinir sistemini simulasiyası etməyin biri yolu olduğunda israr etməyə davam edir. Ancaq bəziləri də mənim kimi düşünür ki, şüur hesablana bilən olmadığına görə bu cəhdlər uğursuz olacaq.

Bizim əsas arqumentimiz beyinlərin, görmə və qoxu kimi bir çox təcrübənin çoxsaylı komponentlərini birləşdirməsi və paketləşdirməsidir-hansı ki günümüzün kompyuterlərinin məlumatları qavraması, emal etməsi və saxlaması mümkün deyil.

Beyinlər kompyuterlər kimi işləmir

Yaşayan canlılar ətraf mühit və subyekt arasında aktiv bir şəkildə neyron bağlantıları quraraq təcrübələri yadda saxlayır. Bunun tam tərsi olaraq kompyuterlər məlumatları qısa-müddətli və uzun-müddətli yaddaş blokunda qeydə edir. Bu fərq beynin informasiyanı emal etmə formasının kompüterlərin işləmə mexanizmindən fərqlənməli olduğunu göstərir.

Zehin bir hərəkəti digərinə istiqamətləndirən elementləri tapmaq üçün ətraf mühiti fəal şəkildə araşdırır. Qavrama duyğu üzvlərlə aldığımız məlumatlarla birbaşa əlaqəli deyil. Belə ki, bir şəxs məlumatları şüurlu şəkildə şərh etmədən də bir çox bucaqdan bir stolu tanıya bilər və daha sonra bu nümunənin əvvəlcədən müəyyən edilmiş bir elementin alternativ formaları tərəfindən yaradılıb-yaradılmadığını yaddaşından soruşa bilər.

Bunun başqa bir perspektivi, ən sadə yaddaş işlərinin beynin bir çox sahəsi ilə əlaqəli olmasıdır – bəziləri olduqca böyükdür.

Belə ki, öyrənmə və təkmilləşdirmə bacarığımız neyronlar arasında olan güclü əlaqələrin dəyişilməsi kimi yenidən qurma və fizioloji dəyişikliklərlə əlaqədardır. Odur ki, bu dəyişikliklər sabit quruluşa malik bir kompyuterdə təkrarlana bilməz.

Hesablama və Qavrama

Son fəaliyyətlərimdə şüurun hesablana bilinməyəcəyinə aid əlavə səbəbləri vurğulamışam. Şüurlu bir insan nə düşündüyünü və düşündüyü şeyi dayandırıb fərqli bir şey haqqında düşünməyə başlaya bilər- düşüncənin ilkin zənciri ilə əlaqəsi olmasa da.

Ancaq bunu etmək kompyuterlər üçün qeyri-mümkündür. 80 il bundan əvvəl Britinayalı kompyuter mütəxəsisi Alan Turing kompyuterlerin özünü dayandırmasının bir yolu olmadığını göstərdi- bu isə şüurun əsas meyarıdır.

Onun arqumenti, özünəməxsus bir ziddiyyət yaradan bir məntiq hiyləsinə söykənir. Təsəvvür edin ki, təhlil olunan hər hansı bir prosesin dayandırılıb-dayandırılmayacağını müəyyənləşdirən ümumi bir proqram var. Bu prosesin nəticəsi ya “bəli, dayanacaq” və ya “yox, dayanmayacaqdır” olardı. Bu olduqca sadədir.

Lakin sonra Turing, hiyləgər bir mühəndisin dayandırma- yoxlama ( stop-checker) prosesini özündə cəmləşdirən yeni bir proqram yazdığını xəyal etdi-Stop-checker-in “bəli, o, dayanacaqdır” cavabını verdikdə proqramın işləməsini təmin etmək üçün bir təlimat.

Bu yeni proqramdakı dayandırma-yoxlama prosesini işə salmaq sistemdəki stop-checker-in səhv etməsinə səbəb olardı- Proqramın dayandırılacağını müəyyənləşdirərsə, proqramın təlimatları onu dayandırmamağını söyləyəcək. Digər tərəfdən, stop-checker proqramın dayandırılmamağını söyləsə, proqramın təlimatları hər şeyi dərhal dayandıracaqdır.

Bu heç də məntiqli görünmür- Və bu nəticə ilə Turning proqramı analiz etməyin və onu tamamilə dayandırmağın bir yolunun olmadığı qərarına gəldi.

Beləliklə, hər hansı bir kompüterin düşüncə zəncirini dayandıra biləcəyinə və başqa düşüncə sərhəddinə keçə biləcək bir sistemi təqlid edəcəyinə əmin olmaq qeyri-mümkündür – Hələ ki bu qabiliyyətə dair əminliyimiz şüurun təbiətinə xasdır.

Hətta Turing bu fəaliyyətindən əvvəl, alman kvant fizikasının yaradıcısı Werner Heisenberg fiziki hadisənin təbiəti və bir müşahidəçinin bu barədə şüurlu bilikləri arasında müxtəlif fərqlər olduğunu göstərmişdi. Bu, avstriyalı fizik Ervin Schrödinger tərəfindən şüurun bütün əməliyyatları məntiqi arqumentlərə qədər sadələşdirməyi yəni kompüter kimi konkret bir prosesə uyğunlaşdırıla bilməz şəklində şərh edildi.

Bu fikirlər, beyində şüuru idarə edən bənzərsiz yalnızca bir quruluşun olmadığı tibbi araşdırmalarla təsdiqlənir. Əksinə, MRT görüntüsü, beynin müxtəlif bölgələrində fərqli idrak vəzifələrinin olduğunu göstərir. Bu, neyroşünas Semir Zeki’ni “şüurun vəhdət olmadığı və bunun əvəzinə zaman və məkanda paylanan çox sayda şüurun olduğu” qənaətinə gətirdi. Bu cür limitsiz beyin tutumuna, müəyyən bir sərhəddə malik kompüter heç bir zaman üstün gələ bilməz.

Mənbə:

https://curiosity.com/topics/why-a-computer-may-never-be-truly-conscious-curiosity/?fbclid=IwAR0FpCzHZDJo1SlvkkDF6eb09LgVA0wV1DC8FCAHv-vIYcmnrsTOPAKwhm0


STAY CONNECTED

19,107FansLike
2,050FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Karl Saqan – Təkamül (Dünya necə yarandı?)

Müəllif: Karl Saqan (ing. Carl Sagan) – “Cosmos” (II fəsil) Təkamül? Dörd milyard il əvvəl...

Yer kürəsinin həqiqətdə neçə yaşı var?

Yerin yaşı: Planetimizin həqiqi yaşının izlərini axtaran fosil axtarıcılar və radiometrik yaş təyini. Müəllif: Stifen Bakster (ing. Stephen...

Böyük Partlayış nəzəriyyəsi: Bütün zamanların ən böyük partlayışını necə sübut etdilər?

Müəllif: Naycl Henbest (ing. Nigel Henbest) – “Cambridge” Universitetinin doktoru, astronom, “The History of Astronomy” kimi 50-dən çox...