Niyə yoruluruq?

Post date:

Author:

Category:

Hər birimiz yorulmanın nə olduğunu az-çox bilirik. Yorulma uzun müddətli fəaliyyət nəticəsində iş qabiliyyətinin zəifləməsidir. Bəs bu hadisə niyə olur? İstənilən orqanın yorulması sinir sisteminə bağlı səbəbdən də ola bilər. Odur ki, gəlin əvvəlcə sinir sistemində-sinir hüceyrələri olan neyronlarda və onların arasındakı bağlantılarda- sinapslarda yorulmanın səbəblərini araşdıraq.

feeling-tired-saidaonline

Dedik ki, yorulma fəaliyyət nəticəsində olur. Bəs sinir hüceyrəsinin fəaliyyəti nədən ibarətdir? Hamıımız gündəlik danışıqda sinir sisteminin “tokla” işlədiyini, elektrik impulslarının göndərildiyini bilirik. Ancaq sinir sistemində bu elektrik impulsları elektronlar vasitəsilə deyil, müsbət yüklü ionlar vasitəsilə yaranır. İmpuls yaranan zaman hüceyrə çox da yorulmur, çünki yorulmaya səbəb olan yüksək enerji sərfiyyatı baş vermir. Çünki onsuz da hüceyrənin xarici ilə daxili arasında müsbət və mənfi ionlarının miqdarına görə müəyyən qədər gərginlik vardır.  Sadəcə qalır necə deyərlər dövrəni qapamaq ki, elektrik impulsu yaransın.

sinnnn

Yorulma isə ən əsas sinir impulsunun bir hüceyrədən digərinə ötürülməsi zamanı baş verir. Bunun üçün biz hüceyrələrin arasında olan bağlantıların- sinapsların quruluşuna baxmalıyıq. İmpuls yaranmış hüceyrəni A, ötürüləcək hüceyrəni B kimi işarələsək, sinaps A hüceyrəsinin ucluğundan , B hüceyrəsinin ona uyğun ucluğundan və bu ucluqlar arasındakı çox kiçik boşluqdan ibarətdir. Bu boşluğun ölçüsü 200-1000 anqstremə (0.02-0.1 mkm) bərabərdir ki, bu da bir millimetrdən (xətkeşin ən kiçik bölgüsü) 10 000 dəfə kiçikdir və içi maye ilə doludur.

 

neuronal_synapse A hüceyrəsində impuls yarandıqdan sonra, bu impuls mürəkkəb fermentativ proseslərə başlanğıc verir və çoxlu enerji hesabına (qeyd: hüceyrənin enerji mənbəyi ATF adlanan molekullardır) A hüceyrəsində olan mediatorla dolu qovuqcuq A hüceyrəsinin ucuna- sinapsa doğru getməyə başlayır. Və  ucuna çatdıqda qovuqcuqdakı mediator sinapsın boşluğuna tökülür. Biz mediatorlara xəbər aparan çaparlar kimi baxa bilərik. Onların əsas məqsədi B hüceyrəsinin ucundakı reseptorlara- növbətçilərə oyanmanın xəbərini verməkdir. Beləliklə mediatorlar sinaps boşluğundan da gedib çıxırlar B hüceyrəsinin ucuna- ordakı reseptorlara. Reseptorlarla birləşdikdən sonra yenə də mürəkkəb fermentativ proseslər nəticəsində B hüceyrəsində impuls- oyanma yaranır. Ancaq nə qədər ki, mediatorlar reseptorlara bitişikdir, yəni çaparların başı növbətçilərlə söhbətə qarışıb, yeni impulslar ötürülə bilməz- yeni xəbərləri çatdırmaq olmaz. Odur ki, burada işə mediatoru parçalayıb geri qaytaran qəhrəman başlayır. Nəzərə alsaq ki, ən məşhur mediator Asetilxolindir, onda bizim qəhrəmanımız da Xolinesteraza olacaq. Belə ki, o, asetilxolini parçalayır və yenidən A hüceyrəsinə qaytarır ki, yeni impulslar gələsi olsa, həm reseptorlar- növbətçilər boş olsun, həm də ki, impuls xəbərini göndərməyə çapar- Asetilxolin tapılsın.

synapse1

Yorulma da məhz bu proseslərin çoxlu getməsindən yaranır. Ən çox yorulma səbəbləri kimi neyromediatorların qismən və ya tamamilə tükənməsi, reseptorların inaktivasiyası, oyanma nəticəsində ion konsentrasiyasının anormal vəziyyəti, ATF-in hüceyrədə azalması,  oksigen çatmayanda yaranan süd turşusunun reseptorlara birləşərək asetilxolinə mane olması- növbətçilləri söhbətə tutaraq çapara imkan verməməsi göstərilir. Qeyd edək ki, neyromediatorların yenidən sintezi ATF miqdarından da ciddi sürətdə asılıdır. ATF miqdarının bərpa olması və süd turşusunun aradan götürülməsi üçün təmiz hava qəbul etmək, hər gün yüngül idmanla məşğul olaraq, ağrciyərin həcmini artırmaq ən yaxşı vasitədir. Əgər yorulmağımıza baxmayaraq iş fəaliyyətini davam etdiririksə çoxlu yuxumuz gələcək, bu sinir hüceyrələrinin enerjilərini bərpa etməsi üçün sizdən istəyidir. Əgər fikir vermədən uzun müddət gərgin iş rejimində işləsəniz sizdə xroniki yorğunluq sindromu əmələ gələ bilər. Həmçinin zəif qidalanma da yorulmanın əmələ gəlməsini sürətləndirir.

 

Guyton and Hall ; Physiology

 

Müəllif: Gündüz Osmanlı

STAY CONNECTED

18,763FansLike
1,988FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.