Bağırsaq qazları niyə pis qoxur?

Post date:

Author:

Category:

Bu dəfəki mövzumuz  insanların (o cümlədən bir çox heyvanın) çıxardığı o pis qoxu haqqında olacaq. Konkert olaraq ona bir ad verməyi seçmədik. Və yazımızda da  ‘o qoxu’ deyə xitab edəcəyik. Hamımız bilirik ki, siz etmirisiz amma edənlər var. Ayıb olsun onlara deyərək yazımızın elmi tərəfini oxumağa davam edin.
 
 
Zülallların həzmi nəticəsində əmələ gələn aminturşuların böyük hissəsi nazik bağırsaqlardan sorulub, qana keçir. Lakin onların az bir qismi qidanın həzmə uğramayan komponentləri  və su ilə birlikdə yoğun bağırsaqlara düşür. Yoğun bağırsaqlardan böyük miqdarda su sorulur, bağırsaq möhtəviyyatı tədricən qatılaşır və nəhayət bərk kütləyə çevrilir. Burada qida kütlələri həm də simbioz (şərikli) həyat sürən bağırsaq bakteriyalarının təsirinə məruz qalır. Yoğun bağırsaq bakteriyalarla ( E. Coli, Bact. Methanicus və s.) kifayət qədər zəngindir. Buna görə nəcisin ümumi kütləsinin 25-30%-ni bakteriyalar təşkil edir. Bu bakteriyalerın orqanizm üçün fizioloji əhəmiyyəti böyükdür, belə ki onlar kobalt duzlarından və üzvi maddələrdən B12 vitamini sintez edərək, orqanizmin bu vitaminə təlabatının ödənilməsində iştirak edirlər. Bağırsaq bakteriyalarının simbioz həyatının otla qidalanan heyvanların orqanizmi üçün əhəmiyyəti daha böyükdür. Çünki, məhz bakteriyalar sellülozanı bu heyvanların orqanizminin mənimsəyə biləcəyi birləşmələrə çevirir.
Məslə mövzusu olan o pis qoxulu havanınyaranmasına nəzər salsaz fayda var.
Bağırsaq bakteriyalarının təsiri nəticəsində yoğun bağırsaqda üzvi maddələr qıcqırma və çürümə proseslərinə uğrayır. Karbohidratlar, lipidlər, və bəzi aminturşu molekullarının karbon skeleti fermentativ dəyişikliyə uğrayıb, sirkə, süd və yağ (butirat) turşusuna çevrilə bilər. Bu proses qıcqırma adlanır. Bundan əlavə, azotlu üzvi birləşmələr olan aminturşular bağırsaq bakteriyalarının ferment sisteminin təsiri altında aminsizləşmə, karboksilsizləşmə və digər fermentativ dəyişikliklərə uğrayır ki, buna da çürümə deyilir. Aminturşuların çürüməsi nəticəsində bağırsaqlarda CO2, ammonyak, metan, indol, skatol kimi maddələr əmələ gəlir. Bu maddələrin əmələ gələməsi çürümə zamanı bağırasaqlarda zülal hidrolizi məhsullarının (aminturşuların) dekarboksilləşmə, aminsizləşmə, metilləşmə və dimetilləşmə, oksidləşmə və reduksiya reaksiyaların uğraması ilə əlaqədardır. Aminturşuların əksəriyyəti bağırsaq bakteriyalarının təsiri nəticəsində dekarboksilləşmə reaksiyasına uğrayıb, toksik təsirli aminlərə çevrilir. Bunlara meyit zəhərləri və ya ptominlər deyilir.

Əlavə məlumatlar: 

  • Buraxılmış tipik bir qazın 59%-i azot, 21%-i hidrogen, % 9-u karbondioksid,% 7-i metan və yalnız 4% -i oksigendən ibarətdir. Qidalanmanız sulfid cəhətdən nə qədər zənginse, qazınız da o qədər bərbad iy verər.


  •   Qazlı içkilər, yumurta, pendir, paxla və kələm kimi qidalar digərlərindən daha çox sulfid ehtiva edir. Qısacası bunları yediyinizdə buraxılan qazın (merkaptanlar və hidrogen sulfid)  yan qomşunuza çatması təəccüblənəcək bir şey deyil.


  •  Hər bir insan gün ərzində ortalama 14 dəfə xoşagəlməz o qazı çıxarar. Qadınlar da bu siyahıya daxildir. (və başda oxuduğunuzun əksinə bu ayıb bir şey deyil, sadəcə xoşa gəlməzdir)


  • Şimşəkdən fərqli olaraq ilk öncə səsi eşidilər.


  • Tərkibində olan metan və digər qazlar sayəsində yana bilər. Nadir hallarda, yanıcı qazların bağırsaqlarda yığılması bağırsaq əməliyyatlarında partlamalara səbəb olmuşdur.

 

Müəllif: Hikmət Həmdullayev

STAY CONNECTED

18,763FansLike
1,988FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.