Obsessiv-kompulsiv pozuntu (OKP) nədir?

Post date:

Author:

Category:

Obsessiv-kompulsiv pozuntu (OKP) sarışan fikirlərin (obsessiya) və ya sarışan hərəkətlərin (kompulsiya), daha çox isə onların hər ikisinin mövcudluğu ilə xarakterizə olunan, kəskin stress pozuntusuna və dezadaptasiyaya gətirib çıxaran psixi pozuntudur.

Obsessiya (akademik) – güclü təşviş yaradan, daim təkrarlanan arzuolunmaz fikirlər, meyillər və obrazlardır. Onlar ya birdən-birə, ya da hər hansı bir vəziyyət və hadisə ilə əlaqədar olaraq yarana bilər. Obsessiyaların daha çox rast gəlinən mövzusu infeksion xəstəliklərə yoluxma və infeksiya yayma qorxusu, ətrafına təsadüfi, ya da düşünülmüş zərər yetirmə qorxusu, kobud səhv etmə qorxusu, mənəvi və dini qadağaları pozma qorxusu, pedofil və homoseksual davranış törətmə qorxusu olur.

Obsessiya (sarışan fikirlər) nədir? (pasiyentlər üçün) – Obsessiya beyninizdə davamlı canlanan xoşagəlməz fikirlər, təsəvvürlər və ya istəklərdir. Obsessiyalar sizin gündəlik problemləriniz haqqında narahatlıqlarınız deyil. Əsas obsessiyalar bunlardır:

  • Bakteriya və virusa (məsələn, İİV) yoluxma qorxusu;
  • Qapıların bağlı olmasından, ocağın yanmasından, kiməsə xəsarət törətməsindən narahat olmaq;
  • Söyüş, küfr, cinsi əlaqə, zərərçəkmiş şəxs barədə usandırıcı fikir və ya təsəvvürlər;
  • Səhv və ya yanlış hərəkət etmək qorxusu;
  • Gördüyün işlərdə həddindən artıq vasvası olmaq;
  • Özünü başqalarının atdığı şeyləri toplamağa məcbur hiss etmək. Bunlar verilmiş nümunələrdir. Obsessiyalara bu cür hallar aiddir. Obsessiv fikirlər sizi həddindən artıq narahat edə və sizi bezdirə bilər. Siz normal şəkildə obsessiv fikirlərdən yaxa qurtarmağa çalışmalısınız, məsələn, bu fikirləri neytrallaşdırmaq üçün başqa şeylər fikirləşə bilərsiniz.

Kompulsiya – pasiyent “qeyri-adi, fövqəltəbii” şəkildə onu qorxudan hadisənin, sarışan fikirlərlərin qarşısını almaq və ya həyəcanı, gərginliyi azaltmaq üçün etməyə ehtiyac hiss etdiyi fiziki və ya psixi hərəkətlərdir (rituallar)

Kompulsiya nədir? (pasiyentlər üçün) – Kompulsiyalar sizi təkrar-təkrar etməyə məcbur edən fikir və ya davranışlardır. Adətən, kompulsiv davranış obsessiyaya cavab kimi ortaya çıxır. Kompulsiya obsessiya tərəfindən yaranan kədər və ya narahatçılığı aradan qaldırmağın bir yoludur. Məsələn, bakteriyalara yoluxmaq kimi obsessiv qorxuya cavab olaraq hər bir neçə dəqiqədən əllərinizi yuyursunuz. Buna başqa bir nümunə: qapının açıq qalmasından narahat olaraq siz davamlı olaraq bağladığınız qapını yoxlayırsınız. Digər kompulsiyalara təkrar-təkrar təmizləmək, saymaq, toxunmaq, sözləri sakitcə pıçıldamaq və s. daxildir.

Fiziki kompulsiyalar – tez-tez əl yuma, qapıları bağlama və s. kimi kənardan hiss olunan təkrarlanan hərəkətlərdir14.

Psixi kompulsiyalar – kənardan hiss olunmayan, xəstənin iradəsinə tabe olmayan və onu narahat edən fikrində təkrarlanan hesablama, dualar və qarğışlar kimi sarışan pozuntulardır. XBT-10-da diaqnostik meyarların siyahısının məhdudluğuna görə ÜST hazırda DSM-5 daha geniş klinik təsvir və tövsiyələrini XBT-11-də istifadə etməyi təklif edir. Bu prinsip XBT-11 və DSM- 5-in bir yerdə uyğunlaşdırılmasını təşkil edəcək. Hazırda obsessivkompulsiv spektrə obsessiv-kompulsiv pozuntulardan başqa aşağıdakı pozuntular da aiddir:

Bədənin dismorfoloji pozuntusu – öz xarici görünüşü barədə ətrafdakı insanlar tərəfindən hiss olunmayan və ya az hiss olunan bir, ya da bir neçə qüsurların olması haqqında fikirlərdir. Bu pozuntu sarışan hərəkətlərlə (məsələn, sarışan şəkildə güzgüdə özünə baxma, görünüşünə normadan artıq qulluq, “normal”lığını təsdiq etmək üçün başqalarından soruşmaq, öz görünüşünü daim başqaları ilə müqayisə etmə) təzahür edir və klinik ifadəli sosial dezadaptasiyaya gətirir. Kişilərdə bu pozuntu sarışan şəkildə intensiv fiziki çalışmalar və anabolik steroidlərin qəbulu yolu ilə əzələ kütləsini artırmağa cəhdlə təzahür edə bilər.

Patoloji yığıcılıq – həqiqi dəyərindən asılı olmayaraq lazımsız əşyalardan azad ola bilməməkdir. Bu pozuntu yaşayış sahəsinin istifadəsini çətinləşdirən lazımsız əşyaların toplanmasından ibarətdir. Belə lazımsız əşyalara, adətən, daha çox qəzetlər, jurnallar, kitablar, köhnə paltarlar, çantalar, yararsız məişət texnikası aid olur. Bunlar nəzəri cəhətdən pasiyentin ayrıla bilmədiyi istənilən lazımsız əşyalar ola bilər. Şizofreniya, demensiya və ya əqli geriliyi olan xəstələrdə patoloji yığıcılıq diaqnozu qoyulmur.

Bədən yönümlü sarışan davranış (trixotilomaniya, dermatilomaniya) – trixotilomaniya (saç dartma, tük örtüyünün seyrəlməsinə gətirib çıxardan saçqopartma) və ya dermatilomaniyadan (ekskoriasiya, dəri örtüyünün mikro zədələnməsinə səbəb olan dəri didmə) ibarət olan, onları azaltmaq və ya qarşısını almaq üçün yönəldilən təkrarlanan cəhdlərlə müşahidə olunan sarışan davranışdır.

Obsessiv-kompulsiv pozuntular spektrinə həm də referent qoxu pozuntusu, ipoxondrik pozuntu və tikoz pozuntunu da aid edirlər (Sindrom Turetta).

Epidemiologiya

Obsessiv-kompulsiv pozuntuya kimlərdə rast gəlinir? OKP istənilən yaşda yaşana bilər, əsasən, 19-30 yaşlararası, həmçinin uşaqlarda da inkişaf edə bilər. OKP-yə qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir.

Əhalinin 80%-nin müəyyən vaxtlarda sarışan fikirlər hiss etməsinə və təxminən 50%-nin müəyyən rituallar etməsinə baxmayaraq, OKP-nin klinik təzahürlü vəziyyətinə bir o qədər tez-tez rast gəlinmir. Bir il müddətində əhali arasında OKP-nin yaranma riski 1,1-1,8 %-ə bərabərdir, ümumi həyatı boyu isə hər bir adam üçün 1,6-3% təşkil edir. OKP-yə 18 yaşından yuxarı qadınlarda daha çox rast gəlinir, kişilərdə isə bu, daha erkən yaşlarda başlayır. 15 yaşa kimi olan uşaqlar arasında OKP-nin yayılması 0,25% təşkil edir. OKP-nin epidemioloji göstəriciləri sosial-iqtisadi vəziyyətdən və etnik mənsubiyyətdən asılı olmur.

 Müalicəsiz, spontan sağalma ehtimalı 20%-i keçmir, 50% hallarda gedişat fasiləsiz, 25% hallarda isə epizodik xarakter daşıyır. OKP-dən əziyyət çəkən xəstələrin yarısında suisidal (özünə qəsd) fikirlər, 25%-də isə suisidal cəhdlər qeyd oluna bilər.   

Obsessiv-kompulsiv pozuntuya nə səbəb olur?

OKP-nin inkişaf etmə şansı bu simptomlara yoluxmuş şəxslərin birinci dərəcəli qohumlarında (ana, ata, bacı, qardaş, övlad) daha çox müşahidə oluna bilər. Belə ki, burada bəzi genetik elementlər ola bilər. Lakin indiyə qədər OKP ilə bağlı heç bir gen tapılmayıb.

Obsessiv-kompulsiv pozuntunun risk amilləri

  • irsiyyətində OKP-nin və tik pozuntunun olması
  • qeyri-kafi həyat şəraiti
  • cinsi, dini və gigiyena sahəsində uyğunlaşa bilməyən mövqenin formalaşması ilə əlaqədar yaranan mədəni-sosial amillər
  • neqativ emosionallıq
  • inkişaf prosesinə davranışın təsiri, uşaqlıqda baş verən fiziki və cinsi zorakılıq
  • infeksiyadan sonra yaranmış autoimmun sindrom

Obsessiv-kompulsiv (sarışan-məcburi) pozuntular

Belə vəziyyətin əsas xüsusiyyəti təkrari sarışan fikirlərin və ya məcburi hərəkətlərin olmasıdır. Sarışan fikirlər stereotip şəkildə xəstənin təkrar-təkrar ağlına gələn ideyalardan, obrazlardan və ya arzulardan ibarətdir. Onlar demək olar ki, həmişə kədərləndiricidirlər və pasiyent, adətən, səmərəsiz onlara müqavimət göstərməyə çalışır. Bununla belə xəstə bu fikirləri nə qədər qeyri-iradi və pis olsalar belə özününkü sayır. Sarışan hərəkətlər və ya rituallar stereotip materiallardan ibarətdir ki, xəstə onları təkrar-təkrar yerinə yetirir. Onlar zövqalma üsulu və ya faydalı məsələlərin yerinə yetirilməsində atribut deyildirlər. Bu hərəkətlər xəstənin ehtiyat etdiyi xoşa gəlməz hadisənin baş verməsinin qarşısını almaq üsuludur, hansı ki, əks halda baş verərək onun özünə və ya xəstə tərəfindən digər şəxsə zərər yetirə bilər. Adətən belə davranış xəstə tərəfindən mənasız və ya effektsiz kimi başa düşülür və ona qarşı təkrari cəhdlər görülür. Demək olar ki, həmişə həyəcan müşahidə edilir. Əgər kompulsiv hərəkətlər tormozlanırsa, həyəcan daha da artır.

Əsasən sarışan fikirlər və ya düşüncələr – Onlar demək olar ki, xəstəyə əziyyət verən ideyalar, fikir obrazları və ya hərəkətə təhrik etmə formasını ala bilərlər. Bəzən ideyalar tam olmayıb, gündəlik həyata aid olan adi, lakin vacib qərar qəbul etmək qabiliyyətinin olmaması ilə əlaqədar sonsuz müzakirə olunan alternativ fikir olur. Sarışan düşüncələr və depressiya arasında əlaqə xüsusi ilə sıxdır, buna görə də obsessiv-kompulsiv pozuntu diaqnozuna o halda üstünlük vermək olar ki, əgər sarışan fikirlər depressiya epizodu olmadan yaranır və ya saxlanılır.

Əsasən kompulsiv hərəkətlər [sarışan rituallar] – Kompulsiv məcburi hərəkətlərin əksəriyyəti çirkin təmizlənməsinə aid olur (əsasən əllərin yuyulması), potensial təhlükəli situasiyanın yarana bilməməsi haqqında zəmanətin alınması üçün təkrari yoxlamalara və ya təmizkarlığa və səliqəliliyə riayət etməyə aid olur. Belə aydın davranışın əsasında pasiyenti gözləyən təhlükədən və ya onun özünün başqa birisini təhlükəyə düçar edəcəyi qorxusu durur və ritual hərəkətlər nəticəsiz qalır və ya təhlükənin qarşısını almaq üçün simvolik cəhdlər olur.

Obsessiv-kompulsiv pozuntular həyatınıza necə təsir edir?

OKP insanlara müxtəlif yollarla təsir edir. Məsələn, bəzi insanlar kompulsiyalara saatlarla vaxt sərf edir və buna görə də normal fəaliyyətlə məşğul ola bilmirlər. Bəziləri isə kompulsiyaları gizli şəkildə icra edirlər (rituallar kimi). Digər insanlar isə normal fəaliyyətlə məşğul olurlar, lakin təkrarlanan obsessiv fikirlərdən əziyyət çəkirlər. OKP işinizə (uşaqlarda məktəblə bağlı fəaliyyətlərə), münasibətlərə, sosial həyata və həyat keyfiyyətinizə təsir edir. OKP-dən əziyyət çəkən bir çox insan bu barədə həkimə və ya ətrafındakı insanlara heç nə demir. Onlara elə gəlir ki, başqaları onların dəli olduğunu düşünə bilər. OKP-dən əziyyət çəkənlərin bir qismi, xüsusilə başqalarına zərər vermək və ya cinsi əlaqəyə girmək fikirlərinə sahibdirlərsə, öz simptomlarından utanır. Nəticədə, bu insanlar depressiyaya düşürlər. Əgər OKP-dən əziyyət çəkirsinizsə, bilin ki, siz dəli və ya axmaq deyilsiniz. Bu, sizdən asılı deyil və adətən, müalicə olunandır. Əgər depressiyaya düşəcəyinizdən narahatsınızsa (məsələn, əhvalınız çox aşağıdır və ya əvvəllər həzz aldığınız işlərdən artıq zövq ala bilmirsinizsə), o zaman həkimə müraciət edin.

Obsessiv-kompulsiv pozuntuya necə diaqnoz qoyulur?

OKP-yə diaqnoz qoyulması üçün daha təfsilatlı qiymətləndirməyə ehtiyac duyulur. Bu, həkiminiz tərəfindən yerinə yetirilə bilər. Qiymətləndirmədə sahib olduğunuz obsessiv fikirlər və kompulsiyalar, onların sizə və gündəlik həyatınıza necə təsir etməsi dəyərləndirilir. Əgər OKP-dən əziyyət çəkdiyinizə şübhə edirsinizsə, həkimə müraciət edərək şikayətlərinizi bildirin. Diaqnostika aşağıdakı suallardan başlana bilər:

  • Olur ki, Siz tez-tez və çox yuyunasınız?
  • Olur ki, Siz dəfələrlə nəyi isə yoxlayasınız?
  • Olur ki, Siz əşyaları müəyyən qaydada yığmağa meyil edəsiniz?
  • Olur ki, Sizi incidən hansısa bir fikirdən azad olmaq istəyirsiniz, lakin bacarmısınız?
  • Olur ki, Siz necə görünməyiniz barədə daim narahatlıq keçirir və çalışırsınız ki, bu barədə düşünməyəsiniz?
  • Olur ki, ev işləri çox vaxtınızı alsın, hansı ki, bitirməkdə çətinlik çəkirsiniz?
  • Bu problemlər Sizin həyatınıza, məsələn, cəmiyyətdə işləməyə, ev işlərini görməyə, yaxınlarınız ilə münasibətə mane olur? Əgər uşaqlarda OKP müşahidə edilərsə, onlar OKP-li uşaqların müalicəsində təcrübəli həkim tərəfindən müalicə almalıdırlar.

Mənbə: Obsessiv-kompulsiv pozuntuların diaqnostika və müalicəsi üzrə klinik protokol(36 səhifə)

STAY CONNECTED

20,764FansLike
2,412FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.