Ogüst Kont – sosiologiyanın “baş kahini”dir / Sosiologiya

Post date:

Author:

Category:

Ögüst Kont (Auguste Comte, 1798-1857) cəmiyyət haqqında yeni elmin, sosiologiyanın banilərindən biri idi. “Sosiologiya” termini Kontun “Müsbət fəlsəfə kursu”nda (Cours de philosophie positive. Altı cilddə, 1830-1842) onun tərəfindən öncə istifadə olunan sosial fizika (physique sociale) ifadəsinin əvəzi olaraq daxil edilmişdir.
Kont sosiologiyanın yaranmasını elmin tarixi nöqteyi-nəzərdən yaranması kontekstində nəzərdən keçirmişdir. O, belə hesab edirdi ki, bəşəriyyətin intellektual inkişafı üç mərhələdən gəlib keçir: teoloji, metafizik və pozitiv. Kont güman etmişdir ki, teoloji və metafizik təfəkkürdən xilas olan riyaziyyat, fizika və biologiya kimi elmlər artıq
pozitiv mərhələdədirlər, amma insanı öyrənən fənnlər hələ də teoloji və metafizik spekulyasiyalarla səciyyələnirlər. Kont onları pozitiv (elmi) mərhələyə hərəkət etdirmək istəyirdi. Bu mənada, o, pozitiv sosial elm olaraq sosiologiyanın atasına çevrilir.

“Pozitiv” (və “pozitivizm”) sözlərindən onun tərəfindən istifadə olunması polemik səslənməyə malikdir. O, teoloji və metafizik spekulyasiyaların əleyhinə yönəlmişdir. Pozitiv elmi fənn Kontun anlamında empirik, obyektiv və antispekulyativdir. O, bizə verilən hadisələrlə və empirik tədqiqatın gedişində aşkar edilmiş nizamlı əlaqələrlə məşğul olur. Klassik mexanika pozitiv elmin nümunəsi ola bilər və sosiologiya mümkün olduğu dərəcədə bu modelə əməl etməlidir. Fizikanın təbii elm olduğu mənada sosiologiya sosial elm olmalıdır.

Pozitiv təfəkkür üsulu həmçinin, onun konstruktivliyi, metodoloji olması və mütəşəkkil olması mənasında müsbətdir. Restavrasiyanın fransız tərəfdarları kimi, Kont da belə hesab edirdi ki, Maarifçilik ideyaları mənfi və dağıdıcı rol oynadılar. Ənənələrin və hakimiyyətin tənqidi yalnız köhnəlmiş siyasi sistemin aradan
qaldırmasına deyil, həm də terrorla və xaosla başa çatan inqilaba gətirib çıxardı. (Russo və Volter gilyootina doktorları (docteurs en guillotine) adlanırlar. Restavrasiya filosofları (o cümlədən, Bonald və de Mestr)
kimi Kontu da inqilabdan sonrakı dövrün əxlaqi böhranı narahat edirdi. O, onun səbəbini Reformasiya zamanında doğulan və Maarifçilik dövründə öz kulminasiya nöqtəsinə yetişən individualizmdə (“qərb dünyasının xəstəliyində “) görürdü. Bu “xəstəliyin” aşkar simptomları xalqın suverenliyi, fərdin bərabərliyi və azadlığı kimi ideyalar, ailəyə,
dinə, kilsəyə və ictimaiyyətə qarşı getdikcə dərinləşməkdə olan neqativ münasibət idi.

Bu individualizm həmçinin, Hobbsdan Kanta doğru gedən ənənəyə xas olan “metodoloji individualizm” formasında da ifadə olunurdu. Bu mütəfəkkirlər üçün fərd sosial fəlsəfənin başlanğıc nöqtəsidir (baxın: İctimai müqavilə), cəmiyyət isə fərdlərin birləşməsi kimi başa düşülürdü. Amma Konta görə, xətti nöqtələrə aid etmək
mümkün olmadığı kimi, cəmiyyət də fərdlərə doğru endirilə bilməz. Analiz məqsədi ilə cəmiyyət yalnız qruplara və icmalara bölünə bilər. Bu qruplardan ən fundamental olanı ailədir.

Restavrasiyanın konservativ tərəfdarlarından Kontu iki müddəa fərqləndirir.
Əvvəla, o, sosial olaraq birləşdirici qüvvə kimi katolisizmi rədd edir. Konservativ sosial filosoflar köhnə cəmiyyətin əvvəlki feodalkatolik prinsiplərinə qayıtmaq istəyirdilər. Kont bu prinsipləri bəşəriyyətin inkişafının ilkin dövrünə aid edir və təsdiq edir ki, onlar pozitivizmin prinsipi ilə əvəz olmalıdır. Pozitivizm – yeganə prinsipdir ki, öncə katolisizmə məxsus olan yeri tuta bilər. Pozitivizm beləliklə, bizim qarşımızda müasir cəmiyyətin “birləşdirici qüvvəsi” (religion, “din”) olaraq dayanır

İkincisi, Kont təbiətşünaslığı və ona əsaslanan texnologiyanı restavrasiyanın tərəfdarlarına nisbətən daha müsbət qiymətləndirir. Deməli, sosiologiya cəmiyyət haqqında təbii elm olaraq, mümkündür ki, yeni effektiv sosial texnologiya üçün əsas yarada bilərdi. Sosiologiya cəmiyyətin idarə olunmasının elə bir aləti olmalıdır ki, bu
zaman o, nizama salınmışdır və uzlaşdırılmış bir şəkildə fəaliyyət göstərir.
Bununla belə, Konta görə, sosiologiya başqa elmlərlə eyni sırada dayanan bir elm deyildir, o, elmi iyerarxiyanın zirvəsidir. Eyni zamanda, o, orta əsr katolisizminə analoji olaraq, yeni cəmiyyətin birləşdirilməsinin kvazidini prinsipidir. Bu təsəvvürlər Kontun təlimində tədricən hakim olmağa başladı (nəzər salın: “Pozitiv siyasətin sistemi”, Systeme de politique positive, 1851 -1854). Onun ilk əsərlərinin tarazlaşdırılmış və antimetafizik ruhu öz yerini
pozitivist “dinin” qızğın müdafiəsinə verir. Kontun pozitivizmi bu mərhələdə yeni və dünyəvi dilin köməyi ilə ifadə olunmuş özünəməxsus restavrasion katolisizmə çevrilir. Kont üçün pozitiv sosiologiyanın başa düşdüyü mənada cəmiyyətin özü Böyük mahiyyətdir (Le Grand Etre).

Öz həyatının sonunda Kont demək olar ki, əhəmiyyətli dəstək qazanan yeni humanistik dinin banisi olaraq
çıxış edir. Fransada, İngiltərədə və ABŞ-da hətta bu dini vəz edən “kilsələr” belə yarandı.

Elmi sosiologiyanın Kontsayağı proqramının tərəfdarları (Con Styuart Mill və Spenser) onun “Systeme de politique positive” əsərindən doğulan neodini ideyaları bir qayda olaraq etinasız buraxırdılar. Lakin XIX əsrdə Kontun sosiologiya haqqında cəmiyyət barədə “təbii elm” kimi əsas təsəvvürləri bir çox tərəfdarlar qazandı.
Sosiologiyanın bu “baş kahin”inin təsiri sosioloji metodun başlıca xüsusiyyətləri məsələn, Dürkheym tərəfindən yenidən ifadə olunmasında hiss olunur (“Sosiologiyanın metodu”, Les regies de la mtthode sociologique, 1895).

Dürkheym sonrakı Kontun əsərlərindənyalnız əhəmiyyətsiz dərəcədə istifadə etmişdir, amma onun “Pozitiv
fəlsəfə kursu” əsərinə əhəmiyyətli dərəcədə istinad etmişdir. Kontun sosiologiya tarixi üçün əhəmiyyətini qısaca olaraq, üç müddəada ifadə etmək olar:

  1.  O, “cəmiyyət haqqında təbii elm” pozitiv proqramını işlənib
    hazırlanmışdır ki, bu da, indi hələ də bir çox tərəfdarlara malikdir.
  2.  O, vurğulayırdı ki, “sosial faktlar” elə təbii hadisələr kimi
    son dərəcə obyektiv olaraq öyrənilə bilərlər.
  3.  O, təsdiq etdi ki, müntəzəm ictimai qarşılıqlı əlaqələrinin
    sosioloji idrakı sosial-siyasi problemlərin həllini sadələşdirə bilən yeni
    sosial texnologiyanın inkişaf imkanını açır.

 

Mənbə:  Qunnar Skirbekk Nils Gilye – Fəlsəfə Tarixi

 

Əlavə oxu:  Sosiologiyanın qurucusu Ogüst Kont (Auguste Comte)

STAY CONNECTED

19,697FansLike
2,177FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Mühəndis sözünün etimologiyası və formalaşması (Ensiklopedik bilgi)

Mühəndis sözünün ingilis dilində hərfi mənasını daşıyan “engineer” sözü “to engine” felindən yaranmışdır. “Engine” və “ingeniouse” sözləri “yaratmaq” mənasını daşıyan (to create) latın sözü olan “ingenerate” sözündən yaranmışdır....

Kralların zəhəri və ya zəhərlərin kralı – Arsen

Napoleon Bonapartı öldürən, Claude Moneti kor edən, Vinsent Van Qoqun ağlını itirib qulağını kəsməsinə səbəb olan...

Biotibbi texnikada elektronika amili

Biotibbi texnikanın inkişafı bilavasitə elektronika sahəsində əldə olunan naliyyətlərə əsaslanır. Buna görə də elektronikanın inkişaf mərhələlərinə uyğun olarq biotexniki vaisətlərdə müxtəlif...