Olmek sivilizasiyası / Mezoamerika mədəniyyəti

Post date:

Author:

Category:

Amerika qitəsi sivilizasiyalarının inkişaf tarixinin ən parlaq səhifəsi onun mərkəzi hissəsində yaşayan
xalqların mədəniyyəti ilə bağlıdır. Qitəni iki tərəfdən Sakit və Atlantik okeanları əhatə edir. Zəngin və
rəngarəng faunası olan bu ərazi yaşıl düzənlik və çəmənliklərdən, rütubətli tropik meşələrdən ibarətdir. Burada
məskunlaşmış tayfa və xalqlar makromayya, makrotomanqe, xokanaklar, naua və d. dil qrupundandır. Bunların
hər biri ərazinin mədəniyyətinə öz töfhəsini gətirmişdir. Mədəniyyət sahəsində xüsusi nailiyyətləri ilə seçilənlər
Mezoamerika(Bu anlayışı elmə gətirən meksikalı alim P.Kirxhofun əsaslandırıcı başlıca amil həmin regionun
mədəniyyətlərini ümumi cəhətləri ilə bağlıdır: yüksək sivilizasiyalar zonası adlandırılan bu əraziyə Meksikanın
2/3 hissəsi, Qvatemala, Beriz, Salvador, Qondurasın bir hissəsi, Nikaraqua, Kosta-Rika aiddir.) adlanan ərazidə
yerləşən əhalidir. Buranı Qədim Şərq sivilizasiyaları səviyyəsinə çatmış müstəqil yerli mədəniyyət beşiyi hesab
edirlər. Bu mədəniyyətlərin hər biri özlüyündə nə qədər fərdi olsalar da, onları birləşdirən ümumi cəhətlər də
mövcuddur. Bu cəhətlər, ilk növbədə təsərrüfatın idarəedilməsində, eyni təsərrüfatla məşğulluqda, ticarətin
inkişaf səviyyəsi və digər ictimai-sosial məqamlarda təzahür tapır.

Olmek sivilizasiyası

B.e.ə. 1500-1000-ci illərdə Atlantik sahillərində yerləşən Verakrus ştatında mədəniyyət öz yüksək səviyyəsinə çatır. Olmek xalqının adı ilə həmin ərazi sonralar elə bu cür də adlandırıldı. Alimlər, demək olar ki, bu xalqın mənşəyi haqqında heç bir məlumata malik deyillər. Təkcə o məlumdur ki, bu xalq müasir Tabask ştatının ərazisində 4000 il əvvəl məskunlaşmışdı. Qədim rəvayətə görə, onların sirli əcdadları su vasitəsilə həyata gəlmiş və möcüzələrə malik olmuşlar. Bu xalqın əcdadları Tamaançe kimi qəribə adı olan (“Biz evimizi axtarırıq” mənasını verir) ərazidə məskunlaşmışdı. Lakin günlərin bir günü naməlum səbəbdən bu xalqın müdrik adamları gəmilərə minib, bir də dünyanın axırında qayıdacaqlarını vəd edərək cənuba doğru üzürlər. Yerdə qalan insanlar isə, özlərini görkəmli rəhbərləri, ilk ruhaniləri olan Olmeka Uimtoninin şərəfinə – olmeklər adlandırırlar.

Tarixi mənbələrdə bu xalq yaquar hinduları kimi də adlanır. Olmeklər özlərini yaquarlarla (Cənubi Amerika pələngi) eyniləşdirir və bu heyvanı öz totemləri hesab edirdilər. Əfsanəyə görə, məhz ilahi heyvanla ölmüş qadının birliyindən olmek tayfaları meydana gəlmişdir. Bu ittifaqın bədii təzahürü olmek incəsənətində də hiss olunmaqdadır. Çoxlu sayda tapılmış daş heykəllər, keramik fiqurlar qeyri-adi çəhrayi, ağımtıl, parıltılı ağ rənglərdə yaquarların təsviri ilə tamamlanır. Bütün heykəllərdə, fiqurlarda yaquar təsviri başlıca yer tutur. Nadir hallarda “gülümsəyən insanlar” və qadın heykəllərinə də rast gəlinir. Bu sənət nümunələri yaquar xalqının geyim və adət-ənənələri haqqında təsəvvür yaradır. Heykəllərdən məlum olur ki, kişilər pambıq parçadan uzun köynək, kauçukdan səndəl geyinirdilər. Körpələrin alın-peysər sümüyü deformasiyasının taxta parçası və möhkəm sarğı ilə sıxılması nəticəsində formaya salınması təcrübəsi, qadınların üst və alt dişlərinin simmetrik yonulması, bədənin tatuirovka ilə bəzədilməsi və digər bu kimi istifadə edilən üsullar haqqında məlumat əldə etmək mümkündür.

Bədən bəzəkləri ilə yanaşı, bütün olmeklər zərgərlik məmulatlarından istifadəyə də geniş yer verirdilər. Bu xalq qızılı, gümüşü, qiymətli daş-qaşı deyil, obsidlan (tutqun şüşəyə oxşayan vulkanik mineral), yəşəm daşına, müxtəlif rəng çalarlarına malik nefrit daşına daha çox üstünlük verirdilər. Bu daşlardan yaquarın ürək və dişləri formasında asılqanlar, muncuqlar, dairəvi, kvadrat, gül formasında qulaq deşikləri üçün ziynət məmulatları hazırlayırdılar. Bütün bu sənət nümunələrindən fərqli olaraq “yaquarlara” daha çox monumental heykəltəraşlıq dünya şöhrəti gətirmişdir. Ölçüsü insan boyundan yüksək olan (hündürlüyü 2,5 m, ətraf ölçüsü 6 m 58 sm-ə bərabər) nəhəng daş heykəllər yaquarların rəmzi hesab edilirdi. Bu heykəllərin özlərinəxas simaları vardır. Heykəllərin üzləri yaquarlara xas cizgilərlə ifadə olunurdu. Heykəllərin başlarındakı müdafiə dəbilqələri müasir xokkey oyunçularının dəbilqələrini xatırladır. Heykəl və fiqurların hazırlanma keyfiyyətindən məlum olur ki, bu sənət növü əsrlər boyu inkişaf yolu keçmişdir. Ərazidə daşın olmaması onun quru və su yolu ilə gətirilməsi məcburiyyəti yaradırdı. Bütün bunlar xüsusi riyazi, mexaniki biliklərin yüksək səviyyəli ictimai təşkilatların olmasını tələb edirdi.

Bir çox alimlər belə hesab edirlər ki, Amerikada ilk imperiya məhz Olmek imperiyası olmuşdur. Bu fikri əsaslandıran başlıca məqamlar bu ərazidə şəhərlərin çoxluğu, nəhəng, əzəmətli memarlıq nümunələrinin mövcudluğu idi. Hindu Amerikasının qədim paytaxtlarından biri müasir San-Larenso hesab edilir. Öz vaxtında həmin şəhər dünyanın ən böyük paytaxtlarından sayılırdı. Burada 5 minə yaxın insanın yaşadığı güman edilir. E.ə. təxminən 900-cü ildə əhali bu şəhəri tərk edərək digər La-Venta adlı Olmek şəhərini salır. Bu yeni şəhərə də həmişəki kimi hər şeyə qadir yaquar allahı himayədarlıq edir.

Torpaq və onun komponentlərindən dini və memarlıq vasitəsi kimi istifadə edilməsi “yaquar”ların mədəniyyətini digər mədəniyyətlərdən fərqləndirirdi. Mağaralar yaquarın insana çevrilməsini həyata keçirən rəmzi məkan hesab edilirdi. Qayalıqlar, daş və piramidalar magik gücünə görə itaət, etiqad yerinə çevrilirdi. Bütün tikililər astronomik nizam qaydalarına görə yerinə yetirilirdi: fasadlar ulduzlara, səma cisimlərinə doğru istiqamətləndirilirdi. Bununla, olmeklərdə ulduz və onun hərəkətlərinə inam hissi formalaşırdı. Olmeklərin kosmik və kosmoqonik təsəvvürləri digər tikililərin – müqəddəs hesab edilən topla oyun üçün meydançaların yaradılmasında da təcəssüm tapırdı.

Belə meydançalardan biri müasir rayon sayılan Verakrusa ərazisindəki El-Taxin meydançasıdır. Bu yer Kainat rəmzi sayılırdı. Həmin meydançada topla oyun dini dram mahiyyəti kəsb edirdi. Bu oyun cəldlik, məharət, dəqiqlik tələb edirdi. Oyunun mahiyyəti ondan ibarət idi ki, əl və ayaqların köməyi olmadan əlində kauçukdan top olan oyunçu divardakı daş dairəyə düşə bilərdisə, qələbə çalmış olurdu. Qaydaya görə topu çiyin, bud, dirsəklə hərəkətə gətirmək lazım idi. Xəsarət və zədələrdən qorunmaq üçün maska və sinəbənd taxılması zəruri idi. Məğlub olanın aqibəti ölümlə nəticələnirdi. Onun ölümü qurban rəmzi kimi yeni günəşin doğulmasına güc verirdi.

Olmeklər Amerika qitəsində ilk dəfə olaraq yazısı ilə şöhrət tapmış xalq hesab edilir. Bu yazı heroqliflərdən ibarət idi. Yazı tərzi soldan sağa, yuxarıdan aşağı doğru istiqamətlənərək ən arxaik variantdır. Onlar yazıda müxtəlif nöqtə, xətlərdən istifadə etməklə orijinal rəqəmlər sistemini də yaratmışlar. Məhz bu xalq ilk dəfə olaraq hesab sistemini sıfırdan başlamağı lazım bilmişdi. Çox güman ki, müasirlərimiz böyük bir qitədə b.e.ə. II minillikdə mövcud olmuş bu mədəniyyət haqqında çox şeyi bilmir. Lakin qəti söyləmək olar ki, bu mədəniyyət tarixin səhifəsindən silinsə də, o gələcək sivilizasiyalar üçün mənbə rolunu oynamışdır.

Mənbə: Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik. Bakı, 2010.

STAY CONNECTED

20,764FansLike
2,413FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.