Ölümcül Riyaziyyat Xətaları: “Tacoma Narrows” körpüsü

Post date:

Author:

Category:

ABŞ-ın Takoma əyalətindəki 1940-cı ildə boğaza inşa edilən Tacoma Narrows körpüsü açıldıqdan 4 ay sonra inanılmaz bir şəkildə çökənə qədər, ən yaxşı mühəndislik işlərindən biri idi.

Tikintisi başa çatdıqdan sonar dünyanın üçüncü ən böyük asma körpüsü sayılırdı. Ancaq ayaqlar arası məsafə 853 metr olmasına rəğmən genişliyi 11.9 metr idi. Bu da onun xəfif küləklərdə belə yellənməsinə səbəb olurdu.

Körpünün çöküşü mühəndislik və fizika  tələbələrinə örnək göstərilə biləcək bir hadisə kimi  dərs kitablarında yer almışdır.

Bəs mükəmməl bir mühəndislik örnəyi kimi qəbul edilən körpüdə edilən xəta nə idi?Körpünün inşasında poladdan az istifadə olunmasını səbəb kimi göstərmək olar, ancaq əsas səbəb bu deyildi. Əgər inşa edilən hər hansı bir tikili küləyin təsirilə yellənirsə nə qədər düzgün qaydada tikilməsinin heç bir önəmi yoxdur. Bu qəzanı azaltmaq üçün külək dəlikləri açmaq lazımdır. Təəssüf ki, Tacoma Narrows körpüsündə külək dəlikləri qoyulmamışdı.

7 noyabr  1940-cı ildə Tacoma Narrows köprüsü çox da güclü əsməyən bir gündə körpüdə rezonans yaranması səbəbindən uçdu. Halbuki layihəyə görə köprünün 140 km/saat sürətli küləyə davamlı olması lazım idi. Küləyin təsirilə körpü əvvəlcə  0.6 Hz tezliklə yuxarı-aşağı sallanmağa başladı. Sonra dönərək yellənməyə başladı. Eyni qaydada əsən küləyin nəticəsində getdikcə güclənən yellənmə tezliyi körpünün öz tezliyi ilə üst-üstə düşdü və körpü dağıldı. Körpü uçmadan əvvəl yollar bağlandığından körpü üzərindəki avtomobildə olan bir itdən başqa heç bir itki olmadı.

Qısası mükəmməl mühəndislik  işi olan Tacoma Narrows körpüsü külək dəliyi olmadığı üçün uçdu. Körpünün uçma anlarını aşağıdakı videodan da izləyə bilərsiniz.

Mənbə:

 

www.matematiksel.org/olduren-matematik-hatalari-tacoma-narrows-koprusu/

Müəllif: Şıxı Əyyubov

Redaktə: Aytac Şirinova

STAY CONNECTED

18,756FansLike
1,986FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Şıxəmməd Əyyubovhttp://rezonanss.com
Bakı Mühəndislik Universitetində təhsil alıram, əlavə olaraq əsasən riyaziyyat, fizika, astronomiya ilə maraqlanıram.

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.