Opera nədir? // Ensiklopedik bilgi

Post date:

Author:

Category:

Opera – aktyorluğa əsaslanan böyük bir musiqi əsəridir. Mövzu səs və teatr artistləri tərəfindən ifa edilir və oynanılır, eyni şəkildə musiqi də mövzunu dilə gətirir. Opera ən yüksək səsli musiqi əsəri sayıla bilər.

Opera Renessans dövründən sonra İtaliyada görülmüş bir teatr növüdür. İlk örnəklərinin Politian-ın “Orfeo”-sundan ya da “pastoral” adlanan teatr növündən yarandığı düşünülür, çünki bu növ teatrlarda xor ilə oxunan mahnılarla birlikdə musiqi də vardı. Amma teatr tarixçiləri, ümumiyyətlə, operanın başlı başına bir teatr növü kimi ortaya çıxdığına inanırlar.
Florensiyada “Camerata” adlanan bir musiqi alimləri cəmiyyəti qədim yunan pyeslərini yenidən diriltmək istəmişdi.
1595-də mövzusunu yunan mifologiyasından aldıqları “Dəfnə” adlı pyesi başdan-ayağa şeir halında, musiqi ilə oynadılar. 1637-də Venesiyada ilk böyük teatr (opera) yaradılanda bu əsərlər çox bəyənildi. Dərhal başqa şəhərlərə də yayıldı. 18-ci əsrin əvvəlində Venesiyada 11 opera daha açılmış, 400-ə yaxın əsər yazılıb, səhnəyə qoyulmuşdu. İngiltərədə ilk opera “Rodosun mühasirəyə alınması” adı ilə 1656-da yazılıb, səhnələşdirildi. Parisin məşhur Opera teatrı 1862-də inşa edilməyə başlandı, 1874-də tamamlandı. Opera Komik teatrı isə 1898-də tikildi. Opera xüsusi struktur və təsislər istəyən bir teatr növü olduğu üçün digər quruluşlarla birlikdə inkişaf etmişdir.

 

Operanın bölmələri

Opera yazılı bir əsərə əsaslanır; eyni zamanda, bunu bəstə ilə oxuyub, oynamaq üçün aktyorlar və bəstəni ifa etmək üçün böyük bir orkestr tələb edir.

Bir opera başlıca olaraq 2 hissədən ibarət olur:

1) Mövzunu izah edən, əsasən, şeir halında yazılan söz hissəsi (libretto);
2) Musiqi.

Librettolar, ümumilikdə, bilinən tragediya mövzularından alınır. Məşhur operaların çoxu belədir. Ya ümidsiz bir eşqi, ya da sonu mütləq ölümlə bitən bir aldatma haqqında danışır, musiqini isə orkestr ifa edir, mahnıları da artistlər ya tək-tək, ya da xor halında oxuyurlar.

Musiqi əsas götürülərək operanın hissələri belədir:

Uvertüra – Florensiyada ilk operalar səhnələşərkən hələ oyun başlamadan öncə “simfoniya” adlanan qısa bir musiqi parçası çalınırdı. Sonradan buna “uvertüra” (açılış) deyildi. Uvertüralar, demək olar, həmişə operanın mövzusunu qısa izah edən bəstələrdir. Üç hissəlidir, ümumi olaraq orta hissəsi sürətli çalınır. “Scarlatti forması” adlanan italyan uvertürasında isə orta hissə ağır, başlanğıc və final hissələri sürətli çalınır.

Reçitativ – orkestrla sıx birlik halında, danışırmış kimi sərbəst şəkildə çalınan ya da söylənən hissədir. Reçitativlər ariyaların doğulmasına yol açmışdır.

Ariya – operada sopranonun ya da bəlli-başlı şəxslərin uzun-uzadı solo olaraq ifa etdikləri hissədir. Ariyanın birinci bölməsi bir söhbət ədasındadır. İkinci bölmə daha ritmik olur, ümumilikdə, “andante” tempindədir. Üçüncü bölmə isə “alleqro” tempi ilə oxunur.

Xor – bütün aktyorların ya da bir çox aktyorun birlikdə oxuduğu ariyadır. Xoru yaradan səslər kişi səsləridirsə, “kişi xoru”, qadın səsləridirsə, “qadın xoru” adını alır. Bir neçə nəfərdən 150-200 nəfərə qədər xor topluluğu ola bilər.

Final – operanın son hissəsidir. Burada orkestr, xor və solo səslər həmişə birlikdə çalıb oxuyurlar. Ümumi olaraq finallar çox təmtəraqlı bitir.

Balet – operaların uyğun yerlərində balerinalar tərəfindən edilən rəqslərdir. Baletin üstün olduğu operalara “baletli operalar” deyilir.

 

Operanın növləri

Tarixi inkişaf ardıcıllığına görə operalar bu növlərə ayrılır:

Opera – mövzusu kədərli, mahnılı, başdan–ayağa musiqili əsərlərdir. Demək olar ki, bütün musiqiçilər bu tərzdə operalar bəstələmişlər.

Opera-komediya – (it. Opera buffa) 17-ci əsrdə bəzi operalara gülməli ünsürlər də əlavə edildi. Beləcə, opera-komediya (güldürən opera) növü meydana gəldi. Buna bir çox dillərdə “opera buffa” da deyilir.

 

 

Mənbə:

Opera Nedir? Özellikleri Nelerdir?

 

Redaktə etdi: Fatimə Əliyeva

STAY CONNECTED

20,400FansLike
2,280FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir. 

Ən çox bilinən 3 narkotik maddə və onların orqanizmə təsirləri

Kokain Kokain və elmi adıyla benzoylemetil ekgonin Formulu: C17H21NO4 Kokain...