Orta əsrlərdə hər kəs dünyanın düz olduğunamı inanırdı?

Post date:

Author:

Category:

Mif: “Orta əsrlərdə Dünyanın düz olduğuna inanılırdı. Hətta, buna görə Xristofor Kolumbun (Christopher Columbus) etməyə çalışdığı səyahətin nəticəsində onun Dünyanın kənarından düşəcəyindən qorxurdular. Avropalı elm adamları Kolumbun səyahətinin uğuru sayəsində Dünyanın düz deyil, yuvarlaq olduğunu anladılar.”

Həqiqət: Orta əsrlərdə hər kəsin Dünyanın düz olduğuna inanması fikri 19-cu əsrdə törəmiş uydurma bir bilgidir. Avropa xaricində, xüsusilə İslam coğrafiyasından alınan mətnlərdə orta əsrlərdə Dünyanın forması haqqında hakim olan düşüncənin “yuvarlaq Dünya” olduğu rahatlıqla anlaşılır. Düz dünya inancı böyük ölçüdə avropalılarla məhdud olan və olduqca qısa müddət hakim olmuş bir fikirdir. Hətta Avropadakı filosoflar və akademiklər arasında da heç bir zaman “düz Dünya” fikri qəbul edilməmişdir; sadəcə xalq arasında qismən yayılmış bir inanc olaraq qalmışdır. Ancaq, sanki orta əsrlərdə davamlı və bütün Dünya miqyasında elm insanlarını da əhatə edəcək şəkildə inanılan bir fikirmiş kimi önə sürülür.

 

Bilgi-1: Dünyanın yuvarlaq olduğuna dair ilk fikirlərə e.ə 6-cı əsrdə Pifaqorun yazılarında rast gəlinir.
Sonrasında isə Aristotel və Evklidin də bundan bəhs etdiyini görürük. Ptolomey Kolumbun dəniz səyahətinə çıxmasından 1300 il əvvəl Roma imperiyasının ən ehtişamlı olduğu dönəmlərdə yazdığı “Coğrafiya” adlı kitabında Dünyanın yuvarlaq olduğunun ümumi qəbul edilən bir həqiqət olduğunu yazırdı.

 

Bilgi-2: Orta əsrlərin əvvəllərində, xüsusilə Avropadakı bir çox insanın düz bir Dünya üzərində yaşadığımıza inandığı doğrudur. Ancaq bu, Avropanın problemi idi. Bu dövrdə İslam alimləri yunanlardan aldıqları bilgiləri qoruyub inkişaf etdirmələri sayəsində Dünyanın yuvarlaq olduğuna dair əhatəli bilgilərə sahib idi və Dünyanın düz olması haqqında söhbət belə getmirdi. Onsuz da Avropa da orta əsrlərin ortalarında İslam elminə çatdı və keçə bildi.
Beləliklə, Avropada da Dünyanın düz olduğuna inanan kimsə qalmadı.

 

Bilgi-3: Avropanın orta əsrlərdən qalmış mətnlərində belə hər zaman düz Dünya fikrinə rast gəlinir. Misal olaraq, 1200-1500-cü illər arasında yazılan universitet kitablarında Dünyanın kürə şəklində olduğu açıq-aydın ifadə edilir. Bu səbəbdən, bu düz Dünya fikri orta əsr Avropasında belə akademiyada qəbul edilmiş bir fikir deyildi. 1995-ci ildə Stanford Universitetinin riyaziyyat professoru Rober Asermen (Robert Osserman) yazdığı “Kainatın şeiri: Kosmosun riyazi bir analizi” başlıqlı kitabında Kolumbun “Dünyanın kənarından yıxılmaq” kimi bir narahatlığının əsla olmadığını bildirmişdir.

 

Mifin qaynağı: 1991-ci ildə yazdığı “Düz Dünyanı icad etmək” başlıqlı kitabında Kaliforniya Universitetinin köhnə professorlarından Cefri Börtn Rasl (Jeffrey Burton Russell) orta əsrlərdə hər kəsin düz Dünyaya inandığı fikrinin 1800-lü illərin yazıçıları olan Vaşinqton İrvin (Washington Irving) və Antuan-Jan Letron (Antionne-Jean Letronne) tərəfindən uydurulduğunu ifadə etmişdir. 1828-də İrvin tərəfindən yazılan “Xristofor Kolumbun həyatı və səyahətləri” başlıqlı kitab bioqrafik dildə yazılsa da, böyük bir hissəsi uydurmalardan ibarətdir. İlk dəfə bu kitabda avropalıların Kolumbun səyahətləri sayəsində Dünyanın yuvarlaq olduğunu anladıqları izah olunur. Bu, uydurma bir iddiadır və heç bir elmi və tarixi əsası yoxdur.
Bənzər şəkildə Letron tərəfindən yazılan kitablarda xristianların hamısının Dünyanın düz olduğuna inandığı yazılır. Bunun az qala tamamilə səhv olmasına baxmayaraq, Letron çox sayda istinad almışdır.

 

Mənbə:

https://evrimagaci.org/orta-cagda-herkes-dunyanin-duz-olduguna-mi-inaniyordu-2733

 

Redaktə etdi: Fatimə Əliyeva

STAY CONNECTED

20,092FansLike
2,240FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...

Superkompüter nədir? (Ensiklopedik bilgi)

Superkompüter – çoxprosessorlu hesablama sistemidır və ilk superkompüter amerikan mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır və məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində...