Osminoqların beyinlərindəki genləri dəyişdirə bildikləri kəşf edildi!

Post date:

Author:

Category:

Osminoq, kalmar və mürəkkəb balıqlarını elm adamları öz aralarında zarafatla “yadplanetli”  adlandırırlar. İndi bu ləqəbi təxminən doğrulayan bir özəllikləri kəşf edildi: öz genetik kodlarını formalaşdırıb dəyişdirə bilmə bacarığı!

Dünyaca məşhur elmi jurnallarından olan “Cell”-də dərc olunan məqaləyə görə, digər heyvanlarla müqayisədə başayaqlılar, yəni osminoq, kalmar və mürəkkəb balığı ailəsi DNT-lərindəki qaydalara dəqiqliklə riayət etmək məcburiyyətində deyillər, çünki dəyişdirə bilirlər. Bu prosesə RNT tənzimləməsi (RNA editing) deyilir. Başayaqlılarda, xüsüsilə də, sinir sistemlərində çox yüksək səviyyədə RNT tənzimləməsi mexanizmi fəaliyyət göstərdiyinin fərqinə varan tədqiqatçılar bu barədə araşıdıraraq osminoq, kalmar və mürəkkəb balığında müxtəlif vəziyyətlərə asanlıqla uyğunlaşa bilmək qabiliyyətini, davranış və zəkalarını tədqiq etməyə çalışmışlar. Başayaqlılar lazımi vəziyyətlərdə genetik kodlarına müdaxilə edərək müxtəlif cür proteinlərin ortaya çıxmasını təmin edə bilirlər.

Elm adamlarına görə, bu sistem başayaqlılarda görülən yüksək zəka ilə kompleks davranış formalarını açıqlayan və DNT mutasiyası yerinə RNT tənzimləməsi üzərindən işləyən xüsusi bir təkamül mexanizminə işarə edir. Tapıntılara görə, osminoq lazımi gördükləri genetik tənzimləməni “daşıyıcı molekul” adı verilən və hüceyrədən aldığı genetik məlumatı zülala çevirmək üzrə hüceyrə içərisində olan kodu daşıyan molekul üzərindən edir.

RNT molekulu, DNT molekulu ilə “qohumdur” və hüceyrə içində genlərdən zülal istehsal mərkəzlərinə gedən yolda genetik kodları daşıyan molekul olaraq fəaliyyət göstərir.

Elm insanları başayaqlıların beyinlərindəki RNT molekullarının 60%-dakı genetik kodlarda yenidən tənzimləmələr etdiklərini təsbit etmişlər. İnsanlardan həşəratlara qədər digər bütün heyvanlarda bu nisbət təxminən 1% görülür. Zülalların yenidən təşkil edilməsi xüsusiyyəti başayaqlılarda qeyri-adi dərəcədə yüksəkdir. Belə ki, onlar bu proteinlərlə beyin hüceyrələrinin quruluşunu belə dəyişə bilirlər.

Başayaqlıların “yadplanetli” olduqları deyiminin dillərdə dolaşdığından bəhs etdik. Bunun, əlbəttə ki, elm dünyasında bir zarafat olduğu və kalmar və ya mürəkkəb balığında hamımıza məlum olan DNT-lərin mövcud olduğu bir reallıqdır. Ancaq fərqləri də olduqca gözə çarpan bu dəniz canlılarının belə xarakterizə edilməsinin də haqlı səbəbləri var. Məsələn, müəyyən müddətlik rənglərini dəyişdirmələri buqələmunların dəyişimindən daha kompleks bir davranış formasıdır. Qanlarının mavi olması və polyarlaşmış işıqda görə bilmə bacarıqları da bu xüsusiyyətlərindəndir. Üstünə indi öz genetik kodlarını RNT səviyyəsində yüksək nisbətdə dəyişdirdikləri də əlavə olunanda daha çox “yadplanetli” adı ilə xatırlanmaları təbii hal kimi görünür.

Əslinə qalsa, hər birimiz “yadplanetli”yik. Bioloji olaraq çox dərin fərqlərimiz yoxdur. Belə ki, sadəcə istifadə yollarımız və istiqamətlərimiz fərqlidir. Osminoqlar kimi beyin hüceyrələrimizi yüksək dərəcədə formalaşdıra biləcək genetika texnologiyasının inkişaf etdiyi günlər gəlsə, bəlkə də, bir çox şeyin öhdəsindən gələ bilərik. Bir sözlə, hələ təbiətdən öyrənəcəyimiz çox şey var.

Mənbələr:

http://www.cell.com/cell/fulltext/S0092-8674(17)30344-6

https://www.newscientist.com/article/2127103-squid-and-octopus-can-edit-and-direct-their-own-brain-genes/?utm_source=NSNS&utm_medium=ILC&utm_campaign=webpush&cmpid=ILC%257CNSNS%257C2016-GLOBAL-webpush-squid

Redaktə etdi: Fatimə Əliyeva

STAY CONNECTED

20,112FansLike
2,238FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Şıxəmməd Əyyubovhttp://rezonanss.com
Bakı Mühəndislik Universitetində təhsil alıram, əlavə olaraq əsasən riyaziyyat, fizika, astronomiya ilə maraqlanıram.

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...

Superkompüter nədir? (Ensiklopedik bilgi)

Superkompüter – çoxprosessorlu hesablama sistemidır və ilk superkompüter amerikan mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır və məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində...