Özüm özümü klonlaya bilərəmmi? Genlər və klonlama

Post date:

Author:

Category:

Tibb sahəsində klonlama mühüm və qlobal maraq doğuran məsələlərdən biridir. Klonlama dedikdə bir çoxunun ağlına fantastik təsvirlər gələ bilər , amma real dünyada məsələ tamam başqadır. O zaman klonlama nədir ? Gəlin ətraflı öyrənək.
Bioloqlar ”klonlama” terminini fərqli mənalarda işlətmələrinə baxmayaraq termin bioloji kopyalamanı əldə etmək mənasını verir. Əsasən daha geniş yayılmış üç mənada cərəyan edir: genlərin kopyalanması, hüceyrələrin kopyalanması, fərdlərin kopyalanması.

Bir fərdin kopyalanması xüsusilə bitkilər və ya heyvanlar kimi çox hüceyrəli bir orqanizmanın klonlanması mümkün deyil. Bir fərdin genləri kopyalana bilər , amma fərdin özü kopyalana bilməz. ”özüm özümü kopyalaya bilərəmmi?” sualının cavabının pik nöqtəsi budur ki , birazdan bu hissəyə yenidən toxunacağıq.

Genlərin klonlanması , ya da ümumi bir ifadə ilə desək  DNT parçalarının klonlanması dünyanın dörd bir tərəfində bir çox genetik laborotoriyalarda mütəmadi olaraq edilir. Klonlama sahəsində daha çox istifadə olunan texnologiyalardan biri 1990-cı illərdə Kary Mullis tərəfindən kəşf edilən ”PCR”-dir (Polymerase chain reaction/polimeraz zəncirvari reaksiya). Mullis bu kəşfi sayəsində Nobel mükafatına layiq görüldü. Bəs tu texnikanın rolu nə idi? Bu texnologiya sayəsində bir genin , ya da DNT parçasının demək olar ki , bir birinin eynisindən milyardlarla kopyasını bir neçə saat ərzində əldə etmək mümkündür. Bir DNT parçasının belə mükəmməl bir üsulda çoxaldılması genetiklərə daha sərfəli imkanlar yaratmışdır.

PCR iş prinsipi

Hüceyrələrin klonlanmasına gəldikdə isə bu sahədə istifadə olunan texnologiya avadanlıqları keçmiş zamandan qalan avadanlıqlar olduğu üçün klonlamada daha mükəmməl nəticələr əldə etmək qeyri-kafi idi. Hüceyrə klonlama iki təbii üsul ilə baş tutan bir prosesdir. Birincisi bakteriya və başqa orqanizmaların klonlama ilə çoxalmasıdır. Yəni tək bir hüceyrənin eyni iki hüceyrəyə ayrılması kimidir. Hüceyrə klonlama , yəni hüceyrənin kopyalanması bitkilər , ya da heyvanlar kimi çox hüceyrəli orqanizmalarda da meydana gəlir. Məsələn dəri, əzələ və ya qırmızı qan hüceyrələrini yaradarkən çoxalırlar.

Fərdlərin klonlanması təbii bir prosesdir. Məsələn tək yumurta əkizləri nümunəsində iki fərd döllənmiş tək bir yumurtadan inkişaf edir. Bu əkizlərə ”tək yumurta əkizləri” deyilir , çünki genetik olaraq bir birilərinin eynisidir. Biraz öncə qeyd edildiyi kimi bu proses təbii proses olduğu qədər də çox nadir bir prosesdir. Tək yumurta əkizlərinin doğulması insanlarda nisbətən nadir baş verir. Ancaq heyvanlarda , məsələn Armadillolarda bu tez-tez rastlanan bir hadisədir. Armadillolarda bir yumurtadan 4 balanın da dünyaya gəlməsi təsadüf edilir.

Dolly və Lan Wilmut

Klonlama sahəsində məşhur ilklərdən biri də Dolly qoyunudur. 1997-ci ildə çox hüceyrəli bir heyvanın ilk uğurlu süni klonlanması olduğu üçün mətbuat və ictimaiyyət tərəfindən müsbət qarşılandı. Dolly qoyunu əslində genotipin mənbəyi olaraq yetkin bir hüceyrənin istifadə edilməsi ilə süni olaraq klonlanmış ilk məməli heyvandır. Bundan başqa təxminən 80 il əvvəl qurbağalar və amfibi canlılarda süni klonlama ilə əldə edilmişdir.
Sual oluna bilər ki , bir heyvanın klonlanması necə olur? İlk olaraq dişinin yumurtalarındakı informasiya alınır , ya da təsirsiz hala gətirilir. Klonlanmaq üçün seçilən fərddən somatik (bədən) hüceyrələr alınır və genetik informasiyanın olduğu hüceyrə nüvəsi , təsirsiz hala gətirilmiş yumurta hüceyrələrinə yerləşdirilir. Daha sonra bu formada döllənmiş yumurta hüceyrələrinin embrional inkişafı başladılır. Beləliklə klonlama üçün seçilən fərdə eynilə bənzər çox sayda fərd yaratmaq mümkün olur. Bir fərd təqribən bir trilyon hüceyrədən meydana gəldiyi halda bir dəri parçasında milyonlarla hüceyrə ola bilər. Nəzəri olaraq kiçik bir dəri parçasından yüzlərlə ya da minlərlə hüceyrənin genetik materialları alınıb , genetik olaraq təsirsizləşdirilmiş yüzlərlə və ya  minlərlə yumurta hüceyrəsinə yerləşdirilə bilər. Bu üsulu bol miqdarda süd verən bir inəyə tətbiq edərək iqtisadi baxımdan bol məhsullu inək sürüsü əldə etmək olar.
Bu üsulu insana tətbiq etmək məsələsi sadecə ağılsızlıq olar. İnsanların klonlanması keşmişdən bugünə qədər səsləndirilmiş , amma ciddiyə alınmamışdır. Bəlkə də , önümüzdəki zamanlarda elm və texnologiya sahəsindəki böyük irəliləyiş və inkişaf belə bir addım atmaq üçün imkan yarada bilər , amma bugün üçün bu prosesin qarşısında duran əngəllər və problemlər bu məsələni qeyri-mümkün edir.

Bəs insan ilə heyvanların klonlanmasında fərqlər nədir? Yuxarıda qeyd etdiyimiz kimi bu mövzuya yenidən qayıdaraq ətraflı məlumat verək.
İnsan klonlana bilərmi? Bu sualın qısa və net cavabı ”XEYR”-dir. Çünki klonlanan genlərdir , fərd deyil. Tibbi terminlə desək , klonlanma zamanı genotip klonlanır , fenotip deyil. Lakin bir insanın genotipinin klonlanmasıda çox mürəkkəb bir proses olduğu kimi bu prosesin qarşısında duran texniki problemlərdə böyükdür. Məsələn 1996-cı ildə məşhur Dolly-nin klonlanması lahiyəsinin rəhbəri Lan Wilmut , 270 sınaqdan sonra müsbət nəticə əldə etmişdi. Məməli klonlamada müvəffəqiyyət nəticəsi heç vaxt 100% olmasa da , illər keçdikcə tarix yazacaq ölçüdə olmuşdur. Lan Wilmut klonlamada bir neçə illik əziyyətdən sonra “Həyatda qalma şansımız 4%-dən daha da aşagıdır və çoxu hamiləlik doğumundan tez bir əvvəl müvəffəqiyyətsizliklə nəticələnir. İnsanlarda bu çox zalımca olardı” deyə bildirmişdi. Klonlama adı altında Eynşteynlər, Linkolnlər kopyalamağa çalışarkən Hitler, Stalin və ya Rasputin yarada bilərsiniz. Nobel mükafatının sahibi, məşhur genetik George Beadle 60-70 il əvvəl belə  qeyd etmişdi:
“Bir çoxumuz Hitlerin genlərinin çoxaldılmasını müdafiə etdik , amma fərqli bir mədəni kontekstdə Hitlerin həqiqətən insanların böyük liderlərindən biri olmayacağını və ya Eynşteynin siyasi bir cani olub çıxmayacağını kim deyə bilərki?”
Bugünə qədər klonlanan heyvanlar arasında siçanlar , keçilər , qoyunlar , inəklər , donuzlar , atlar və başqa məməlilər olub. Lakin nəticə baxımından bütün örnəklərdə doğuş proseslərinin böyük bir qismi öz-özlüyündən abortla nəticələnir. Bundan əlavə Wilmut-un qeyd etdiyi üzrə bir çox örnəklərdə dölün ölümü doğuşdan tez bir əvvəl baş verir. İnsanlarda bunun sağlamlıq ve psixoloji baxımdan dağıdıcı nəticələri olacaqdır.
Məməlilərdə ümumi olaraq məhdud sayda uğurlu doğuşdan sonra , klon balalar böyüyüb sağlam fərdlər halına gələ bilməz. Belə görünür ki , bugünə qədər böyük çoxluqla , bəlkə də , örnəklərin bütün hər birində klonlama ilə yaranan heyvanlar , bir sıra problemlərlə birlikdə erkən ölüm , immunitet sistemi , qaraciyər və böyrək daxil digər orqanların çökməsi kimi ciddi sağlamlıq problemlərinə məruz qalmışdır. Dolly qoyununun belə bir neçə il yaşadıqdan sonra öldürülməsi tələb edilmişdir , çünki sağlamlığı sürətlə pozulurdu. Wilmut bu səbəbdən 2001-ci ildə bunun üzərindən belə bir yazı qeyd etmişdir: ”Həyatda qalanlarda da  tənəffüs və qan dövranında pozulmalar müşahidə edilir. Diqqətə çarpan şəkildə sağlam olub həyatda qalmağı bacaranlar belə qan dövranı sistemində pozulmalar , ya da böyrək və beyin qüsurlarına məruz qala bilər”
Bu kimi qüsurların səbəbləri tam olaraq dəqiq bilinmir. 2002-ci ildə klonlama ilə yaradılan siçanların plasentaları və qaraciyərlərində analiz edilən 10.000 gendən 400-nün pis işlədiyi göstərilmişdir. Klonlamada uğurlu olma şansının aşağı olma problemi gələcək zaman üçün həll olunan bir məsələdir. Lakin insanların klonlanması tibbi problemlərlə yanaşı ictimaiyyət və mətbuatın etirazları ilə qarşılaşacaq bir məsələdir. Qarşı çıxanların çoxluq təşkil etməyi qaçınılmazdır. Digər tərəfdən əslinə baxsaq insanların klonlanması bir çox ölkədə qadağan edilmişdir. 2004-cü ildə qanunvericilik orqanlarının  kök hüceyrə araşdırmalarına dəstək və ya icazə verilməsi məsələsini dəyərləndirən bir neçə ölkədə klonlama məsələsi gündəmə gəlmişdir. Kanada parlamenti 12 mart 2004-cü ildə müəyyən şərtlər altında embrionlardan alınan kök hüceyrələrlə edilən araşdırmalara icazə verən qanunlar qəbul etmiş, lakin insan klonlanması, sperma satışları, yumurta hüceyrə bağışlayanlara və daşıyıcı qadınlara ödəniş edilməsini qadağan etmişdir. 2004-cü ildə 9 iyul tarixində Fransız parlamenti kök hüceyrə araşdırmalarına icazə verdiyi halda insanların klonlanmasını ”insan oğluna qarşı cinayət” kimi dəyərləndirən bir qanun qəbul etmişdir. Əks halda çoxaltma məqsədi altında klonlama prosesinin 20 il həbslə cəzalandırılmasını qeyd etmişdir. 23 iyul 2004-cü ildə Yaponiya Elm və Texnologiya Şurası insan embrionlarının elmi və araşdırılma məqsədi ilə klonlanmasına icazə vermişdir , amma fərdlərin klonlanması qadağan edilmişdir. Nəticə baxımından görünür ki , insanın klonlanması qarşısında tibbi problemlərlə yanaşı bir sıra siyası əngəllər  vardır. Son olaraq qeyd etdiyimiz kimi bir insanın genlərinin klonlanmağı tibbi , o cümlədən genetik mühəndislik baxımdan mümkündür , amma bir fərdin özünün klonlanması mümkün deyil. Anatomik və fizioloji özəllikləri xaricində bir fərdi təşkil edən xarakter ve xasiyyət genotiplə təyin edilə bilməz.

 

Redaktə etdi : ZİYA M.

STAY CONNECTED

18,759FansLike
1,986FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.